İranın Ali Rəhbərinin Ofisi yaydığı elanda İslam İnqilabının Ali Rəhbəri tərəfindən Tehranda ümmətin Şəhid Rəhbərinin xatirəsinə həsr edilmiş anım mərasiminin keçiriləcəyini bildirib.
Elanın tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
مِنَ الْمُؤْمِنِینَ رِجَالٌ صَدَقُوا مَا عَاهَدُوا اللَّهَ عَلَیْهِ فَمِنْهُمْ مَنْ قَضَیٰ نَحْبَهُ وَمِنْهُمْ مَنْ یَنْتَظِرُ وَمَا بَدَّلُوا تَبْدِیلًا
“Möminlərin arasında Allahla bağladıqları əhd-peymana sadiq qalan kişilər vardır. Onlardan bəzisi əhdini yerinə yetirmiş (və şəhid olmuş), bəzisi də gözləyir. Onlar öz əhdlərini əsla dəyişdirməyiblər”.
Həzrət Vəliyyi-Əsrə (ə.f) salam və salavat göndərərək Həzrət Əba Əbdillah Hüseyn (ə) və onun vəfalı dostlarının matəm günləri, habelə İslam İnqilabının əzəmətli rəhbəri Həzrət Ayətullah-üzma Seyid Əli Hüseyni Xamenei və onun əziz ailə üzvlərinin şəhadəti münasibətilə bir daha başsağlığı veririk. Eyni zamanda İranın Şəhid Rəhbərinin son mənzilə yola salınmasında tarixi əzəmət və izdiham nümayiş etdirən xalqın qarşısında ehtiramla baş əyərək Mücahid Şəhid İmamı sevənlərin diqqətinə çatdırırıq:
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin (ömrü uzun olsun) tərəfindən 23 tir 1405-ci il (14 iyul 2026-cı il), çərşənbə axşamı günü saat 17:00-dan 19:00-dək Tehranın İmam Xomeyni adına müsəllasının şəbistanında anım mərasimi keçiriləcəkdir.
Heç şübhəsiz, seçilmiş əzadar xalqın bu mərasimdə iştirak etməsi Şəhid Xameneinin yolunu davam etdirmək istiqamətində möhkəm əhd-peymanı yeniləmək və o Şəhid İmamın layiqli xələfi ilə yenidən beyət etmək olacaqdır.
Ali Rəhbərlik Ofisi
21 tir 1405
12 iyul 2026
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
