Ali Məqamlı Rəhbərin informasiya bloku

Minlərlə İmam Hüseyn (ə) əzadarının iştirakı ilə keçirildi

İnqilabın Şəhid Rəhbərinin qətlə yetirildiyi məkanda Tasua gecəsi mərasimi

İmam Hüseynin (ə) Tasua gecəsi münasibətilə təşkil olunan matəm mərasimi cəmiyyətin müxtəlif təbəqələrindən olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyənin yaxınlığında – İnqilabın Şəhid Rəhbəri Həzrət Ayətullah-üzma Xameneinin şəhadətə ucaldığı məkanda keçirildi.

Bu il İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei tərəfindən təşkil olunan mərasimdə Höccətül-İslam vəl-müslimin Nasir Rəfii Həzrət Abbasın (ə) ziyarətnaməsinə istinad edərək Qəməri-Bəni-Haşimin (Həzrət Abbasın) İmama (ə) itaətkar saleh bir bəndə olduğunu vurğulayaraq dedi: “Saleh əməl insanı sevimli və nurani edir. Hamımız da bunun bir nümunəsini gördük. Allah-Taala saleh bəndə olan İnqilabın Şəhid Rəhbəri kimi uca bir şəxsiyyətə qarşı insanların qəlbində elə bir sevgi yaratdı ki, millət hələ də onun xatirəsi və məhəbbətinə xatir küçələrdəki səngərləri qoruyub saxlayır və bədxahları məyus edir”.

Mərasimin davamında Meysəm Motii Qəməri-Bəni-Haşim Həzrət Əbülfəzl-Abbasın (ə) və Kərbəla şəhidlərinin başına gətirilən faciələrdən danışdı. O, həmçinin İslam İnqilabının Şəhid Rəhbərinin, eləcə də İkinci və Üçüncü Müqəddəs Müdafiə dövrünün uca şəhidlərinin xatirəsinə həsr edilmiş növhələr oxudu.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /