Əhli-beyt (ə) aşiqi olan minlərlə insan İslam İnqilabının Şəhid Rəhbəri Həzrət Ayətullah-üzma Seyid Əli Hüseyni Xameneinin şəhadətə ucaldığı məkanın yaxınlığında toplaşaraq Şami-Qəriban mərasimi keçirdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin tərəfindən təşkil olunan bu mərasimdə Höccətül-İslam vəl-müslimin Təbatəbainejad çıxış etdi. O, Qurani-Kərimin ayələrinə istinad edərək Allah yolunun mücahidlərinin vəzifələrindən danışdı. Bu vəzifələrin düşmən qarşısında sarsılmazlıq göstərmək, Uca Allahın qüdrətinə və köməyinə güvənmək, ilahi çərçivələrə riayət etmək, birlik nümayiş etdirərək ixtilaflardan qaçmaq və çətinliklər qarşısında səbir etməkdən ibarət olduğunu vurğulayan natiq dedi: “Rəbbin qüdrətinə olan güclü iman insanda müqavimət ruhu yaradır. Belə ki, mömin İran xalqı da öz imanına söykənərək hegemon güclərə qarşı dayandı və qalib gəldi”.
Mərasimin davamında Mehdi Səmavəti “Təvəssül” duasını, Məhəmmədrza Bəzri isə Kərbəla şəhidlərinin faciələrinə həsr edilmiş növhə və mərsiyələr oxudular.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
