Ali Məqamlı Rəhbərin informasiya bloku

Müxtəlif təbəqələrdən olan minlərlə insanın iştirakı ilə keçirildi

İslam İnqilabının Rəhbərinin təşəbbüsü ilə Şəhid Rəhbərin qırx mərasimi

İslam İnqilabının Ali Rəhbərinin təşəbbüsü ilə Şəhid Rəhbər Həzrət Ayətullah Seyid Əli Hüseyni Xamenei və onun ailə üzvlərinin pak cənazələrinin dəfninin qırxıncı günü ilə əlaqədar İmam Xomeyni (r.ə) adına müsəllada cəmiyyətin müxtəlif təbəqələrindən olan minlərlə insanın, üç hakimiyyət orqanının rəhbərlərinin, mülki və hərbi rəsmilərin iştirakı ilə anım mərasimi keçirildi.

Mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Hacı Əli Əkbəri qeyd etdi ki, müqavimət dərsi İnqilabın Şəhid Rəhbərinin ən mühüm dərslərindən biridir: “Şəhid Rəhbər elmi, əxlaqi və cihad zirvələrinin fatehi idi. O, 37 illik rəhbərliyi dövründə müdrik planlaşdırması və müqavimət modelini prioritetə çevirməklə İranı düşmənçiliklərdən qorumaqla yanaşı, ölkəni güclü İran və böyük elmi, texnoloji, mədəni, siyasi və infrastruktur nailiyyətləri əldə etmək istiqamətində qərarlaşdıra bildi".

Cənab Hacı Əli Əkbəri İranın regiondakı Müqavimət Cəbhəsi və təhlükəsizlik kəmərinin inkişaf etdirilməsini, habelə İranın müdafiə qüdrətinin artırılmasını Şəhid Rəhbərin digər bacarıqlarından olduğunu vurğulayaraq əlavə etdi: “Şəhadət onun İlahi missiyasının başqa bir fəslinin başlanğıcına çevrildi; İran xalqı və dünya azadlıqsevərlərində böyük bir dirçəliş yaratdı”.

Mərasimin xətibi xalqın bu hərəkatdakı əsas tələbinin tam çəkindiriciliyə nail olmaq üçün təcavüzkarlardan intiqam və təzminat almaq olduğunu bildirərək dedi: “Bü gün cinayətkar ABŞ prezidenti intiqam qorxusundan qida daşıyan maşına sığındığı kimi, tarixin zibil maşınına atılmalıdır və bu, dünya azadlıqsevərlərinin hər birinin gündəliyindədir. Təbii ki, intiqamın digər sütunlarından biri də ABŞ və sionist rejimin regiondan tamamilə kənarlaşdırılmasıdır; bu da mütləq reallaşacaqdır".

Bu mərasimdə Həmidrza Əhmədivəfa, Mehdi Adili və Yunis Şahmuradi Qurani-Kərimdən ayələr oxudular. Murtəza Taheri və Mehdi Rəsuli isə mərsiyə və növhələr oxudular.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /