İmam Hüseynin (ə) Aşura gecəsinə həsr edilmiş matəm mərasimi cəmiyyətin müxtəlif təbəqələrindən olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyənin yaxınlığında – İslam İnqilabının Şəhid Rəhbərinin şəhadətə ucaldığı məkanda baş tutdu.
Bu il İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei tərəfindən təşkil olunan mərasimdə Höccətül-İslam Əlizadə çıxış etdi. O, çıxışında düşmənin planlarını vaxtında müəyyənləşdirməyi, düzgün qərar qəbul etməyi və anında addım atmağı İnqilabın müdrik və şəhid Rəhbərinin ən bariz xüsusiyyəti kimi xarakterizə etdi.
Mərasimin davamında Mahmud Kərimi şəhidlər ağası Həzrət Əba Əbdillah Hüseynin (ə) və onun vəfalı tərəfdarlarının xatirəsinə həsr edilmiş mərsiyələr oxudu. O, habelə İslam İnqilabının Şəhid Rəhbərinin, eləcə də İkinci və Üçüncü Müqəddəs Müdafiə dövrünün uca şəhidlərinin xatirəsini yad edərək şeir və növhələr səsləndirdi.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
