Cümə günü axşam Həzrət Ayətullah-üzma Şəhid Seyid Əli Xameneinin qətlə yetirildiyi yerin yaxınlığında xalqın ayrı-ayrı təbəqələrindən olan insanların və əziz şəhid ailələrinin iştirakı ilə Həzrət Fatimeyi-Zəhranın (s) şəhadət ildönümünə həsr edilmiş “Qəriblər axşamı” adlı matəm mərasimi keçirildi.
Həzrət Ayətullah Seyid Müctəba Xamenei tərəfindən təşkil edilən bu mərasimin əvvəlində Cavad Heydəri Həzrət Vəliyyi-Əsrə (əf) təvəssül edərək Seyyidlər anasına (s) həsr edilmiş növhə oxudu. Daha sonra Höccətül-İslam vəl-müslimin Seyid Baqir Təbatəbainəjad Quran ayələrinə əsaslanaraq Ühüd döyüşündə müsəlmanların məğlubiyyətinə səbəb olan üç əsas amilin – “iradə və istək zəifliyi”, “ixtilaf və çəkişmə”, “dünyapərəstlik” amillərinin – təhlilini verdi. O, bildirdi: “Ehtiyatlı olmaq lazımdır. Çünki bu üç amil hər zaman haqq cəbhəsində məğlubiyyətə səbəb ola bilər. İran xalqı və müqavimət cəbhəsinə gəldikdə isə dözümü, qətiyyəti, möhkəm iradəsi və ictimai həmrəyliyi sayəsində Amerikaya böyük məğlubiyyət daddırdı”.
Mərasimdə, habelə Mahmud Kərimi Həzrət Siddiqənin (s) başına gələn müsibətlərdən söz açaraq ümmətin şəhid Rəhbərinin xatirəsini ehtiramla yad edib növhə oxudu.
“Fatimiyyə günləri” matəm mərasiminin sonuncu gecəsi sabah – şənbə günü, noyabrın 14-də Zeynəbiyyədə məğrib və işa namazlarından sonra keçiriləcəkdir.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
