Ali Məqamlı Rəhbərin informasiya bloku

İnqilab Rəhbərinin nümayəndələri Ayətullah Nuri Həmədanini ziyarət ediblər

İslam İnqilabının Ali Rəhbəri tərəfindən göndərilən nümayəndə heyəti bu gün günortadan sonra xəstəxanada Həzrət Ayətullah Nuri Həmədanini ziyarət edib.

Hüccətül-İslam vəl-müslimin Rəhimiyan, Məhəmmədi Əraqi, Məhəmmədiyan və Hacı Əli-Əkbəri Tehran xəstəxanalarından birinə gedərək İslam İnqilabının Ali Rəhbərinin salamlarını böyük təqlid mərcələrindən olan Həzrət Ayətullah Nuri Həmədaniyə çatdırıblar. Nümayəndələr habelə alimin müalicə prosesi və səhhətinin son vəziyyəti ilə tanış olublar.

İslam İnqilabının Ali Rəhbərinin nümayəndələri Həzrət Ayətullah Nuri Həmədaninin tezliklə sağalmasını arzu edərək, elmi-teoloji mərkəzlərin yaxın vaxtlarda yenidən bu böyük alimin elmi fəzilətlərindən bəhrələnəcəyinə ümidvar olduqlarını bildiriblər.

 

 

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /