İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei milli güləş komandasını 23 yaşa qədər idmançılar arasında Yunan-Roma güləşi üzrə dünya çempionatında qazandığı qələbə münasibətilə təbrik edib.
Ali Rəhbərin müraciətinin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
İranın 23 yaşadək Yunan-Roma güləşi üzrə milli komandasının ABŞ-də keçirilən “Dünyanın ümidləri” adlı dünya çempionatında qazandığı qələbə münasibətilə qürurverici çempionları, zəhmətkeş məşqçiləri və bütün İran xalqını təbrik edirəm.
Vətən gənclərinin bu uğurlu çıxışı, İranın qürurverici bayrağının ucaldılması və müxtəlif arenalarda İslam Respublikasının dövlət himninin səslənməsi işıqlı və əzəmətli gələcəyin gerçəkləşməsi yolunda xalqımızın öz gənclərinə bəslədiyi ümidlərin parlaq təzahürüdür.
Mənim xeyir-duam başıuca İranın bütün gənclərinin yol yoldaşıdır.
Seyid Müctəba Hüseyni Xamenei
25 mehr 1405
17 oktyabr 2026
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
