Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
    • Namazın əhəmiyyəti və şərtləri
    • Namazın vaxtı
    • Qiblə
    • Namaz qılanın məkanı
    • Məscidin hökmləri
    • Başqa dini məkanların hökmləri
    • Namaz qılanın paltarı
    • Qızıl və gümüşdən istifadə etmək
    • Azan və iqamə
    • Qiraət və onun hökmləri
    • Namazın zikri
    • Səcdə və onun hökmləri
    • Namazın düzgün olmamasına səbəb olan işlər
    • Salam
    • Namazın şəkləri
    • Qəza namazı
    • Ata və ananın qəza namazı
    • Camaat namazı
      Çap versiyası  ;  PDF
       
      Camaat namazı

       

      Sual 551: İmam-camaat namazda hansı niyyəti etməlidir? Camaat namazı, yoxsa fərdi namaz niyyəti etməlidir?
      Cavab: Əgər camaat namazının fəzilətini əldə etmək istəyirsə, imam-camaat və camaat namazı niyyəti etməlidir. Əgər imam-camaat niyyəti etməsə və namaz qılsa, onun namazının və başqalarının ona iqtida etməsinin maneəsi yoxdur.

       

      Sual 552: Hərbi hissələrdə iş saatında camaat namazı təşkil edildiyi zaman bəzi hərbçilər işlərinin çoxluğuna görə camaat namazında iştirak etmirlər. Halbuki, bu işləri iş saatından sonra və ya sonrakı gün görmək mümkündür. Bu əməl namazı yüngül saymaqdırmı?
      Cavab: Namaz vaxtının əvvəlində və camaat namazı qılmağın fəzilətini əldə etmək üçün yaxşı olar idarə işləri elə bir şəkildə tənzimlənsin ki, hərbçilər bu ilahi vacib əməli camaat namazı şəklində və az bir müddət ərzində qıla bilsinlər.

       

      Sual 553: Dövlət idarələrinin namazxanalarında təşkil olunan camaat namazından qabaq və ya sonra, yaxud da iki namaz arasında müstəhəb əməlləri yerinə yetirmək, məsələn, müstəhəb namazlar qılmaq ya təvəssül duası oxumaq ya digər uzun duaları oxumaq barəsində sizin nəzəriniz nədir? Qeyd edək ki, bu müstəhəb əməllər camaat namazından daha uzun çəkir.
      Cavab: İslamın şüarlarından olan camaat namazında dualar oxumaq və müstəhəb əməllər yerinə yetirmək, əgər idarənin iş saatını tutmazsa və vacib işlərin təxirə düşməsilə nəticələnməzsə, bu əməlləri yerinə yetirməyin maneəsi yoxdur.

       

      Sual 554: Azan və iqaməsinin səsi eşidilən və çox sayda namaz qılanların iştirakı ilə təşkil edilən camaat namazının yaxınlığında ikinci camaat namazının təşkil edilməsi düzgündürmü?
      Cavab: İkinci camaat namazının təşkil edilməsinin maneəsi yoxdur. Amma möminlərin bir məkanda toplaşmaları və hamının bir camaat namazında iştirak etməsi daha uyğundur, beləcə, dini mərasim olan camaat namazının əzəməti artar.

       

      Sual 555: Bəzi şəxslər camaat namazı qılınarkən fərdi şəkildə namaz qılırlar. Bu işin hökmü nədir?
      Cavab: Əgər bu iş camaat namazını zəiflətmək və ədalətinə camaatın etimadı olan imam-camaata qarşı hörmətsizlik hesab olunarsa, icazə verilmir.

       

      Sual 556: Bir məhəllədə bir neçə məscid vardır və onların hamısında camaat namazı qılınır. İki məscid arasında bir ev vardır ki, bir məsciddən on ev və digər məsciddən iki ev qədər fasiləsi vardır. Bu evdə də camaat namazı qılınır. Bu camaat namazının hökmü nədir?
      Cavab: Yaxşı olar ki, camaat namazı vəhdət və insiyyət vasitəsi olsun, nəinki ixtilaf və təfriqə ab-havasının yaranmasına səbəb olsun. Hər halda, əgər məscidin yaxınlığındakı evdə camaat namazının təşkil edilməsi ixtilafa və pərakəndəliyə səbəb olmazsa, maneəsi yoxdur.

       

      Sual 557: Məscidin sabit imam-camaatının icazəsi olmadan – belə ki, bu imam-camaata Məscidlərin İdarəçiliyi Mərkəzi rəy veribdir - bir şəxs həmin məsciddə camaat namazı təşkil edə bilərmi?
      Cavab: Camaat namazı təşkil etmək məscidin sabit imam-camaatının icazəsinə bağlı deyildir. Amma yaxşı olar ki, məscidin sabit imam-camaatı camaat namazı qılmaq üçün həmin məsciddə hazır olduğu zaman kimsə ona mane olmasın. Hətta əgər ona mane olmaq fitnəyə və bu kimi hadisələrin baş verməsinə səbəb olarsa, bu iş haramdır.

       

      Sual 558: Əgər imam-camaat bəzən xoşagəlməyən və din aliminin şəninə uyğun olmayan bir söz işlətsə və ya bir zarafat etsə, bu əməl ilə ədalətdən düşürmü?
      Cavab: Əgər şəriətə zidd olan əməl olmasa, ədalətə xələl gətirmir.

       

      Sual 559: İmam-camaatı həqiqətən tanımadan ona iqtida etmək olarmı?
      Cavab: Əgər imam-camaatın ədaləti məmum (iqtida edən şəxs) üçün hansısa bir şəkildə sübuta yetibsə, ona iqtida etmək olar və camaat namazı düzgündür.

       

      Sual 560: Əgər bir şəxsin başqa bir şəxsin ədalətinə və təqvasına etiqadı olarsa, amma eyni halda, həmin şəxsin bəzən ona zülm etdiyinə etiqadı olarsa, onu tam şəkildə ədalətli hesab edə bilərmi?
      Cavab: Bu əməli – yəni onun zülm hesab etdiyi əməli - imam-camaatın bilərəkdən və ixtiyarlı şəkildə, həmçinin heç bir şəri icazə olmadan yerinə yetirdiyi onun üçün dəqiqləşməyənədək, imam-camaatın fasiq olduğuna hökm etməsinə icazə verilmir.

       

      Sual 561: Əmr bil-məruf və nəhy ənil-munkər edə bilən, amma bunu etməyən bir imam-camaata iqtida etmək olarmı?
      Cavab: Əmr bil-məruf və nəhy ənil-munkəri ancaq tərk etmək – belə ki, bu iş üçün mükəlləfin tutarlı bir səbəbi ola bilər - ədalətə xələl gətirmir və ona iqtida etməyə mane olmur.

       

      Sual 562: Ədalətin mənası sizin nəzərinizə görə nədir?
      Cavab: Ədalət mənəvi bir keyfiyyətdir ki, insanın daim təqvalı olmasına səbəb olur. Təqva, şəriətin vacib əməllərini tərk etməyə və haram əməllərini yerinə yetirməyə mane olan bir xüsussiyyətdir.

       

      Sual 563: Biz bir neçə gəncik və əza məclislərində, hüseyniyyələrdə bir yerə toplaşırıq. Namaz vaxtı olanda aramızdan ədalətli bir şəxsi irəli keçirir və ona iqtida edərək camaat namazı qılırıq. Amma bəzi qardaşlar bu işə irad tutur və bildirirlər ki, İmam Xomeyni (r.ə) din alimindən qeyri bir şəxsin arxasında namaz qılmağı haram bilir. Bizim vəzifəmiz nədir?
      Cavab: Din alimi hazır olduğu halda din alimi olmayan bir şəxsə iqtida etməsinlər.

       

      Sual 564: İki nəfər camaat namazı təşkil edə bilərmi?
      Cavab: Əgər imam-camaat və bir nəfər məmumdan ibarət camaat namazı təşkil etməyi nəzərdə tutursunuzsa, maneəsi yoxdur.

       

      Sual 565: Əgər məmum zöhr və əsr namazlarını camaatla qılarkən diqqətini cəm etmək üçün Həmd və Surəni qiraət etsə – halbuki Həmd və Surəni oxumaq ona vacib deyildir – onun namazının hökmü nədir?
      Cavab: Ahəstə qılınan namazlarda, o cümlədən, zöhr və əsr namazlarında ehtiyat-vacibə görə, məmum hətta diqqətini cəm etmək məqsədilə belə, Həmd və Surəni oxumamalıdır. Həmd və Surənin yerinə zikr deməsi müstəhəbdir.

       

      Sual 566: Əgər imam-camaat velosiped ilə camaat namazı qılmağa getsə və yol qaydalarına lazımınca riayət etsə, bunun hökmü nədir?
      Cavab: Bu əməl ədalətə və camaat namazına imamlıq etməyin düzgünlüyünə xələl gətirmir.

       

      Sual 567: Əgər bir şəxs camaat namazına çatmasa və yalnız namazın axırına çatsa, savab əldə etmək üçün təkbirətul-ehramı deyib əyləşsə və təşəhhüdü imam-camaatla birlikdə oxusa, imam-camaatın salamından sonra ayağa qalxıb birinci rəkəti qılsa, o, bu əməli dörd rəkətli namazların ikinci rəkətində də yerinə yetirə bilərmi?
      Cavab: Bu, yalnız camaat namazının axırındakı təşəhhüdə aiddir və camaat namazının savabını əldə etməkdən ötrüdür.

       

      Sual 568: İmam-camaat camaat namazının müqəddimə işləri üçün ücrət (zəhmət haqqı) ala bilərmi?
      Cavab: Maneəsi yoxdur.

       

      Sual 569: İmam-camaat eyni bir zamanda iki namaza (bayram namazı və ya hər hansı bir namaz) imamlıq edə bilərmi?
      Cavab: Gündəlik vacib namazlarda başqa məmumlar üçün camaat namazını bir dəfə təkrar qılmağa icazə verilir və hətta müstəhəbdir. Amma bayram namazında buna icazə verildiyi işkallıdır.

       

      Sual 570: Əgər imam-camaat işa namazının üçüncü və ya dördüncü rəkətində olsa, məmum isə ikinci rəkətdə olsa, Həmd və Surəni ucadan qiraət etmək məmuma vacibdirmi?
      Cavab: Sualda deyilənləri nəzərə alaraq, Həmd və Surəni ahəstə oxusun.

       

      Sual 571: Camaat namazında salamdan sonra əvvəlcə Peyğəmbərə (s) salavat ayəsi oxunur və namaz qılanlar Məhəmmədə və Ali-Məhəmmədə (Allahın salamı olsun onlara) üç dəfə salavat göndərirlər. Sonra üç dəfə təkbir deyirlər. Daha sonra dua və möminlər tərəfindən bəraət şəklində siyasi şüarlar uca səslə deyilir. Bu əməlin iradı varmı?
      Cavab: Ayə oxumaq və Peyğəmbərə (s) və onun Əhli beytinə (ə) salavat deməyin nəinki iradı yoxdur, hətta bəyənilən əməldir və savabı vardır. İslami şüarlar və İslam İnqilabının missiyasını və uca hədəflərini xatırladan İslam İnqilabının şüarlarını yaşatmaq bəyənilən əməldir.

       

      Sual 572: Əgər bir şəxs camaat namazının ikinci rəkətində məscidə çatsa və şəri məsələni bilmədiyinə görə, sonrakı rəkətdə yerinə yetirməli olduğu təşəhhüd və qunutu yerinə yetirməsə, onun namazı düzgündürmü?
      Cavab: Namazı düzgündür. Amma təşəhhüdü demədiyinə görə iki səhv-səcdəsi yerinə yetirməlidir. Ehtiyat-vacibə görə, səhv-səcdəsini yerinə yetirməmişdən qabaq unudulan təşəhhüdün qəzasını yerinə yetirməlidir.

       

      Sual 573: Namazda iqtida etmək üçün iqtida edilən şəxsin icazəsi şərtdirmi? Məmuma iqtida etmək düzgündürmü?
      Cavab: İmam-camaatın razılığı, iqtidanın düzgünlüyü üçün şərt deyildir. Əgər məmum öz namazını camaat namazı şəklində davam etdirirsə, ona iqtida etmək düzgün deyildir.

       

      Sual 574: İki nəfər – biri imam-camaat və digəri məmum olaraq camaat namazı təşkil edirlər. Üçüncü bir şəxs ikinci şəxsin imam-camaat olduğunu güman edib ona iqtida edir, amma namazdan sonra onun imam-camaat deyil, məmum olduğunu başa düşür. Üçüncü şəxsin namazının hökmü nədir?
      Cavab: Məmuma iqtida etmək düzgün deyildir. Amma əgər bir şəxs bilmədən məmuma iqtida etsə, bu təqdirdə əgər rükuda və səcdələrdə fərdi şəkildə namaz qılan şəxsin vəzifəsinə əməl etsə, yəni namazın hansısa bir rüknünü bilərəkdən və ya səhvən azaldıb-çoxaltmasa, namazı düzgündür.

       

      Sual 575: İşa namazı qılmaq istəyən şəxs məğrib namazı qılan şəxsə iqtida edə bilərmi?
      Cavab: Maneəsi yoxdur.

       

      Sual 576: Əgər məmumların namaz məkanı ilə müqayisədə imam-camaatın namaz məkanın hündürlüyünə riayət olunmazsa, bu, məmumların namazının düzgün olmamasına səbəb olurmu, yoxsa yox?
      Cavab: Əgər imam-camaatın namaz məkanı məmumların namaz məkanından şəriətin icazə verdiyi ölçüdən hündürdə olarsa (yəni bir qarış və ya daha hündür olarsa), bu, camaat namazının düzgün olmamasına səbəb olacaq.

       

      Sual 577: Əgər camaat namazının cərgələrindən biri tamamilə namazı qəsr qılan şəxslərdən təşkil olsa və ondan arxadakı cərgədə dayananların namazı tam olsa, bu təqdirdə əgər qabaq cərgədəki şəxslər namazın iki rəkətini qıldıqdan sonra dərhal sonrakı iki rəkəti qılmaq üçün iqtida etsələr, onların arxasındakı cərgədə dayananların namazı namazın axırıncı iki rəkəti üçün camaat namazı olaraq qalırmı, yoxsa fərdi namaz olur?
      Cavab: Sualda qeyd edildiyi kimi, əgər əvvəlki cərgədə dayananlar dərhal iqtida etsələr, camaat namazı olaraq qalır.

       

      Sual 578: Əgər bir şəxs camaat namazının birinci cərgəsinin axırında – cərgənin ya sağ tərəfində, ya da sol tərəfində – dayansa, onunla imam-camaat arasında dayanan məmumlardan qabaq camaat namazına başlaya bilərmi?
      Cavab: Əgər imam-camaat namaza başladıqdan sonra bu şəxs ilə imam-camaat arasında dayanan məmumlar iqtida etməyə tam hazır olub təkbir demək üzrə olsalar, bu şəxs camaat namazı niyyətilə namaza başlaya bilər.

       

      Sual 579: Əgər bir şəxs camaat namazının üçüncü rəkətinə çatsa və imam-camaatın birinci rəkətdə olduğunu düşünüb heç nə oxumasa, namazı yenidən qılmaq ona vacibdirmi?
      Cavab: Əgər rükuya getməmişdən öncə bunu başa düşsə, “qiraət”, yəni Həmd və Surəni oxumaq vacibdir. Əgər vaxt azdırsa, təkcə Həmdi oxumalı və rükuda özünü imam-camaata çatdırmalıdır. Amma əgər rükuya getdikdən sonra bunu başa düşsə, namazı düzgündür və ona heç nə vacib deyildir. Baxmayaraq ki, qiraəti səhvən tərk etdiyi üçün iki səhv-səcdəsi yerinə yetirmək ehtiyat-müstəhəbə[1] müvafiqdir.

       

      Sual 580: Dövlət idarələrində və orta məktəblərdə camaat namazının təşkil edilməsi üçün imam-camaata böyük ehtiyac vardır. Bizim məntəqədə məndən başqa din alimi olmadığına görə, mən bir namazı müxtəlif məkanlarda üç və ya dörd dəfə imam-camaat dayanaraq qılmaq məcburiyyətində qalıram. Nəzərə alsaq ki, bütün mərcəyi-təqlidlər ikinci camaat namazına icazə verirlər, ikidən çox camaat namazı qıldıqda “ehtiyat qəza namazı” niyyəti etmək olarmı?
      Cavab: Suala əsasən, ehtiyat qəza namazı niyyəti ilə camaat namazına imamlıq etmək düzgün deyildir.

       

      Sual 581: Universitetlərdən biri şəhərin məscidlərindən birinin yaxınlığında yerləşən korpuslarının birində öz işçiləri üçün camaat namazı təşkil edir. Həmin vaxtda həmin məsciddə camaat namazının təşkil edildiyini nəzərə alaraq, universitetin təşkil etdiyi camaat namazında iştirak etməyin hökmü nədir?
      Cavab: Məmumun nəzərində iqtidanın və camaat namazının şərtlərinə malik olan bir camaat namazında iştirak etməyin maneəsi yoxdur, baxmayaraq ki, həmin vaxtda yaxınlıqdakı məsciddə camaat namazı təkil olunur.

       

      Sual 582: Peşəsi qazilik olan, amma müctəhid olmayan bir imam-camaatın arxasında namaz qılmaq düzgündürmü?
      Cavab: Əgər o, səlahiyyətli şəxs tərəfindən qazilik vəzifəsinə təyin olunubsa və beləcə, peşəsi qazilik olubsa, namazda ona iqtida etməyin maneəsi yoxdur.

       

      Sual 583: Müsafir namazında İmam Xomeyniyə (r.ə) təqlid edən bir şəxs həmin məsələdə başqa bir mərcəyi-təqlidə təqlid edən imam-camaata - xüsusilə də, cümə namazında - iqtida edə bilərmi?
      Cavab: Ayrı-ayrı mərcəyi-təqlidlərə təqlid etmək iqtidanın düzgünlüyünə maneə deyildir. Amma məmumun mərcəyi-təqlidinin fətvasına görə qəsr, imam-camaatın mərcəyi-təqlidinin fətvasına görə isə tam olan, yaxud əksinə olan bir namazda iqtida etmək düzgün deyildir.

       

      Sual 584: Əgər imam-camaat təkbirətul-ehramdan sonra səhvən rükuya getsə, məmumun vəzifəsi nədir?
      Cavab: Əgər məmum camaat namazına başladıqdan sonra və rükuya getməmişdən qabaq bunu başa düşsə, fərdi namaz niyyəti etməsi və Həmd-Surəni oxuması vacibdir.

       

      Sual 585: Əgər orta məktəbin şəri büluğa çatmayan şagirdlərindən bir dəstəsi camaat namazının üçüncü və ya dördüncü cərgəsindən sonrakı cərgələrdə dayansalar və onların arxasında şəri büluğa çatan və şəri vəzifə daşıyan şəxslər dayansalar, bu şəxslərin namazının hökmü nədir?
      Cavab: Əgər onlar şəri büluğa çatmayan şagirdlərin namazının düzgün olduğunu bilsələr, iqtida edə və camaat namazına qoşula bilərlər.

       

      Sual 586: Əgər bir imam-camaat müəyyən üzrü olduğuna görə qüsl əvəzinə təyəmmüm etsə, bu, camaat namazına imamlıq etmək üçün kifayət edirmi?
      Cavab: Əgər şəri üzrü olsa, qüsl əvəzinə təyəmmüm ilə imam-camaat ola bilər və ona iqtida etməyin maneəsi yoxdur.
       

      [1] Ehtiyat-müstəhəb – müctəhidin fətvasının kənarında qeyd olunan ehtiyatdır və ona əməl etmək tövsiyə olunur, amma vacib deyildir. Müqəllid həmin məsələdə başqa müctəhidə müraciət edə bilməz.
    • Qiraəti düzgün olmayan imam-camaatın hökmü
    • Əlil şəxsin imam-camaat olması
    • Qadınların camaat namazında iştirak etmələri
    • Əhli-sünnəyə iqtida etmək
    • Cümə namazı
    • Fitr və Qurban bayramı namazları
    • Müsafir namazı
    • Peşəsi səfər etmək olan şəxs və ya səfər etmək peşəsinin müqəddiməsi olan şəxs
    • Tələbələrin hökmü
    • Qəsdi-iqamət və şəri məsafə
    • Tərəxxüs həddi
    • Günah səfəri
    • Vətənin hökmləri
    • Vətən məsələsində zövcənin və övladın ailə başçısına tabe olmaları
    • Böyük şəhərlərin hökmləri
    • İsticari namaz
    • Ayət namazı
    • Nafilələr
    • Namazın müxtəlif məsələləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /