Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
    • Namazın əhəmiyyəti və şərtləri
    • Namazın vaxtı
    • Qiblə
    • Namaz qılanın məkanı
    • Məscidin hökmləri
    • Başqa dini məkanların hökmləri
    • Namaz qılanın paltarı
    • Qızıl və gümüşdən istifadə etmək
    • Azan və iqamə
    • Qiraət və onun hökmləri
    • Namazın zikri
    • Səcdə və onun hökmləri
    • Namazın düzgün olmamasına səbəb olan işlər
    • Salam
    • Namazın şəkləri
    • Qəza namazı
    • Ata və ananın qəza namazı
    • Camaat namazı
    • Qiraəti düzgün olmayan imam-camaatın hökmü
    • Əlil şəxsin imam-camaat olması
    • Qadınların camaat namazında iştirak etmələri
    • Əhli-sünnəyə iqtida etmək
    • Cümə namazı
    • Fitr və Qurban bayramı namazları
    • Müsafir namazı
    • Peşəsi səfər etmək olan şəxs və ya səfər etmək peşəsinin müqəddiməsi olan şəxs
    • Tələbələrin hökmü
    • Qəsdi-iqamət və şəri məsafə
    • Tərəxxüs həddi
    • Günah səfəri
    • Vətənin hökmləri
    • Vətən məsələsində zövcənin və övladın ailə başçısına tabe olmaları
    • Böyük şəhərlərin hökmləri
    • İsticari namaz
    • Ayət namazı
    • Nafilələr
    • Namazın müxtəlif məsələləri
      Çap versiyası  ;  PDF
       
      Namazın müxtəlif məsələləri

       

      Sual 723: Ailə üzvlərini sübh namazına necə oyatmaq lazımdır?
      Cavab: Bu barədə ailə üzvləri ilə əlaqədar xüsusi bir qayda mövcud deyildir.

       

      Sual 724: Müxtəlif tayfalardan və dəstələrdən olub bir-birinə qarşı kin, həsəd və hətta düşmənçilik bəsləyən şəxslərin namaz və orucunun hökmü nədir?
      Cavab: Mükəlləf başqalarına qarşı həsəd, kin və düşmənçilik bəsləyə bilməz, amma bu məsələlər namaz və orucun düzgün olmamasına səbəb olmur.

       

      Sual 725: Əgər bir əsgər cəbhədə döyüş qızğın olduğuna görə Fatihə surəsini oxumağa və ya səcdə və rüku etməyə qadir deyilsə, orada namazını necə qılmalıdır?
      Cavab: Onun üçün necə mümkündürsə, namazını o şəkildə qılsın. Əgər rüku və səcdə etməyə qadir deyilsə, rüku və səcdə əvəzinə işarə etmək kifayət edir.

       

      Sual 726: Ata və ana öz övladlarına hansı yaşda şəriət hökmlərini və ibadətləri öyrətməlidirlər?
      Cavab: Uşaq yaxşını pisdən ayırd edə bildiyi yaşa çatanda valideynin ona şəriət hökmlərini və ibadətləri öyrətməsi müstəhəbdir.

       

      Sual 727: Şəhərlərarası marşurut avtobusların bəzi sürücüləri sərnişinlərin namazına əhəmiyyət vermir, sərnişinlər namaz qılmaq üçün avtobusu saxlamalarını istədikdə, onların sözünə etina etmirlər. Buna görə də, sərnişinlərin namazı bəzən qəzaya gedir. Bu xüsusda avtobus sürücülərinin vəzifəsi nədir? Sərnişinlərin öz namazları barəsində vəzifələri nədir?
      Cavab: Namaz vaxtının keçəcəyindən qorxduqları təqdirdə avtobusu uyğun bir yerdə saxlamağı sürücüdən tələb etmək sərnişinlərə vacibdir. Sürücü də onların tələbini qəbul etməlidir. Əgər sürücü məqbul bir səbəbə görə və ya səbəbsiz olaraq avtobusu saxlamaqdan boyun qaçırarsa, namaz vaxtının keçəcəyindən qorxduqları təqdirdə sərnişinlər namazı avtobus hərəkət etdiyi halda avtobusda qılmalıdırlar. Mümkün olduğu qədər qiblə istiqamətinə, qiyam, rüku və səcdələrin yerinə yetirilməsinə riayət etməlidirlər.

       

      Sual 728: “Şərab içən şəxsin namazı və orucu qırx gün namaz və oruc deyildir” kəlamının mənası nədir? Yəni bu müddətdə namaz qılmaq ona vacib deyildir və sonradan namazların qəzasını qılmalıdır? Yoxsa həm namazı qılmalı, həm də sonradan qəzasını qılmalıdır? Yaxud da namazın qəzasını qılmaq ona vacib deyildir və təkcə namazı öz vaxtında qılmaq kifayət edir, amma bu namazın savabı digər namazlardan azdır?
      Cavab: Bu kəlamın mənası budur ki, şərab içmək namaz və orucun qəbul olunmasına maneədir[1]. Belə deyildir ki, şərab içəndə daha namaz qılmaq və oruc tutmaq bu şəxsə vacib olmur və o, bu ibadətlərin qəzasını yerinə yetirməlidir, yaxud da həm bu ibadətləri öz vaxtında yerinə yetirməli, həm də onların qəzasını yerinə yetirməlidir.

       

      Sual 729: Əgər mən görsəm ki, bir şəxs namazın əməllərini səhv yerinə yetirir, bu halda mənim şəri vəzifəm nədir?
      Cavab: Namazın şərtləri və əməlləri bir baxımdan iki qismə ayrılır:
      1- Mükəlləf namazın müəyyən şərtləri və əməllərini bilmir və buna görə də səhvə yol verir, amma bu səhv namazın düzgünlüyünə xələl gətirmir;
      2- Mükəlləf namazın müəyyən şərtləri və əməllərini bilmir və buna görə də səhvə yol verir, amma bu səhv namazın düzgünlüyünə xələl gətirir.

      Birinci halda bu şəxsə səhvini demək vacib deyildir. Amma ikinci halda bu səhv – məsələn, dəstəmaz, qüsl, namazın vaxtı, rüku, səcdələr və s. bu kimi namazın şərtləri və əməllərində yol verilən səhvlər – namazın pozulmasına səbəb olduğuna və namazı yenidən qılmaq lazım gəldiyinə görə, düzgün hökmü ona demək vacibdir.
       
      Sual 730: Namaz qurtardıqdan sonra namaz qılanların əl-ələ görüşmələri barəsində sizin nəzəriniz nədir? Qeyd etmək lazımdır ki, bəzi alimlər “Bu barədə İmamlardan (ə) heç bir hədis yoxdur” deyə buyurublar, odur ki, əl-ələ görümək üçün heç bir səbəb yoxdur. Amma eyni halda müşahidə edirik ki, əl-ələ görüşmək namaz qılanlar arasında dostluğun və sevginin artmasına səbəb olur.
      Cavab: Namazın salamından sonra və namaz qurtadıqdan sonra əl-ələ görüşməyin heç bir maneəsi yoxdur. Ümumiyyətlə, möminlərin əl-ələ görüşməsi müstəhəbdir.
       

      [1] “Namazın qəbul olunmasına maneədir” dedikdə bu nəzərdə tutulur ki, bu namaza savab yazılmır. Amma əgər o, namazı düzgün şəkildə qılarsa, namazı tərk edən bir şəxs hesab olunmayacaq və namazı tərk etmək cəzası ona verilməyəcək. Baxmayaraq ki, namaza görə ona savab və mükafat da verilməyəcək.
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /