Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
    • Hədiyyə, bank mükafatı, mehriyyə, irs
    • Borc, aylıq maaş, sığorta, pensiya
    • Ev, nəqliyyat vasitələri və torpaq sahəsinin satışı
    • Xəzinə, mədən, harama qarışmış halal mal
    • Məişət ehtiyacları
    • Xümsün alınıb-qaytarılması, müsalihə, xümsün qeyri-xüms ilə qarışması
    • Sərmayə
    • Xümsü hesablamağın qaydası
    • Xüms ilinin müəəyən edilməsi
      Çap versiyası  ;  PDF
       
      Xüms ilinin müəyyən edilməsi

       

      Sual 994: Əgər bir şəxs illik gəlirindən ilin axırına kimi heç nə qalmayacağına və gəlirinin hamısının il ərzində məişət xərclərinə sərf ediləcəyinə əmindirsə, o özünə xüms ili müyyən etməlidirmi? Əgər bir şəxs illik gəlirindən ilin axırına kimi heç nə qalmayacağına əmin olub özünə xüms ili müəyyən etməsə, hökmü nədir?
      Cavab: Xüms ilinin əvvəli mükəlləfin müəyyən etməsi ilə müəyyən olmur. Bu, öz-özlüyündə reallaşır. Belə ki, ticarətlə məşğul olan şəxsin xüms ilinin əvvəli ticarətə başladığı vaxtdan, əkinçinin xüms ilinin əvvəli məhsul yığımının çatdığı vaxtdan, fəhlə və işçinin xüms ilinin əvvəli ilk gəliri əlinə aldığı vaxtdan başlanır. Xüms ilinin əvvəlində hesabat aparmaq və illik gəliri hesablamaq “müstəqil vacib əməl” deyildir, əksinə, xümsün miqdarını bilmək üçün bir yoldur. Hesabat aparmaq o təqdirdə vacib olur ki, mükəlləf ona xümsün vacib olduğunu bilir, amma xümsün miqdarını bilmir. Əgər iş gəlirindən heç nə qalmayıbsa və gəlirin hamısı məişət ehtiyaclarına sərf edilibsə, onların heç birinin xümsü ona vacib deyildir.

       

      Sual 995: Xüms ilinin əvvəli mükəlləfin işə başladığı ilk aydan başlanır, yoxsa maaş aldığı ilk aydan?
      Cavab: Maaş və ya zəhmət haqqı alan idarə işçiləri, fəhlələr və başqaları üçün xüms ilinin əvvəli maaş və ya zəhmət haqqını aldıqları və ya ala bildikləri ilk gündən etibarən başlanır. Amma xüms ilinin sonu dəqiqlik əsasında deyildir və xüms günündən sonrakı bir neçə günə də (beş günə) şamil olur.

       

      Sual 996: Xüms vermək üçün xüms ilinin əvvəli necə müəyyən edilir?
      Cavab: Xüms ilinin əvvəli mükəlləf tərəfindən müəyyən edilmir, əksinə, öz-özlüyündə və ilin gəlirinin hansı tarixdən etibarən əldə olunması əsasında müəyyən olur. Beləliklə, fəhlə və işçilərin xüms ilinin əvvəli, zəhmət haqqı və maaş olaraq ilk gəliri aldıqları və ya ala bildikləri ilk gündən etibarən başlanır. Tacirlərin və mağaza sahiblərinin xüms ilinin əvvəli alış-verişə başladıqları tarixdən etibarən, əkinçilərin xüms ilinin əvvəli isə ilin ilk əkinçilik məhsulunu yığdıqları tarixdən etibarən başlanır.

       

      Sual 997: Ata-anası ilə birlikdə yaşayan subay bir gəncin özünə xüms ili müəyyən etməsi vacibdirmi? Onun xüms ili hansı tarixdən başlanır və xüms ilinin başlanmasını necə hesablamalıdır?
      Cavab: Əgər subay gəncin – az da olsa – şəxsi gəliri olsa, özünün xüms ilini müəyyən etməli və illik gəlirini hesablamalıdır. Beləliklə, ilin axırına kimi gəlirindən nə qalarsa, xümsünü verməlidir. Onun xüms ilinin əvvəli ilk iş gəlirini əldə etdiyi tarixdir.

       

      Sual 998: Maaşlarını müştərək şəkildə məişət ehtiyaclarına sərf edən ər və arvad özlərinə müştərək xüms ili təyin edə bilərlərmi?
      Cavab: Ər və arvadın hər birinin öz gəliri əsasında müstəqil xüms ili olmalıdır. Buna görə də, onların hər biri öz xüms ilinin axırında maaşdan və illik gəlirdən artıq qalan məbləğin xümsünü verməlidir. Amma onlardan biri digərinin icazəsi ilə qarşı tərəfin xümsünü hesablayıb verə bilər.

       

      Sual 999: Mən evdar qadınam. Həyat yoldaşımın xüms ili vardır və xüms ili sonunda o öz əmlakının xümsünü verir. Mənim də bəzən gəlirim olur. Mən xüms vermək üçün özümə xüms ili təyin edə bilərəmmi? Belə ki, xüms ilimin başlanğıcını ilk gəliri əldə etdiyim tarixi təyin edim – hansı ki, bu gəlirin xümsünü verməmişəm – və xüms ilinin axırında məişət ehtiyaclarını gəlirimdən çıxdıqdan sonra qalan məbləğin xümsünü verim? İl ərzində ziyarətə, hədiyyə almağa və bu kimi işlərə xərclədiyim pula xüms düşürmü?
      Cavab: Siz ilin ilk gəlirini əldə etdiyiniz tarixi öz xüms ilinizin başlanğıcı təyin etməlisiniz. İl ərzində iş gəlirinizdən öz şəxsi xərclərinizə, o cümlədən, qeyd etdiyiniz məqsədlərə sərf etdiyiniz pulun xümsü yoxdur. Amma ilin iş gəlirindən xüms ilinin axırında məişət ehtiyacları və xərclərindən artıq qalan məbləğin xümsünü verməlisiniz.

       

      Sual 1000: Xüms ili günəş təqvimi ilə hesablanmalıdır, yoxsa ay təqvimi ilə?
      Cavab: Mükəlləf bu baxımdan seçim sahibidir.

       

      Sual 1001: Bir şəxs deyir ki, onun xüms ilinin sonu ilin on birinci ayıdır. Amma o, xümsünü verməyi unudaraq, ilin on ikinci ayında evinə xalça, saat və döşənəcək almışdır. İndi isə qərara almışdır ki, xüms gününü ramazan ayına dəyişsin. Bunu da qeyd etməliyəm ki, bu şəxsin ötən il və bu ilə görə səksən üç manat xüms borcu vardır və onu hissə-hissə verir. Sözükeçən əşyalarda İmam (ə) payı və seyid payı barəsində sizin nəzəriniz nədir?
      Cavab: Xüms gününü irəliyə çəkmək olar. Belə ki, xüms ilinin əvvəlindən nəzərdə tutulan günədək iş gəlirinin xüms hesabatını aparıb ödəyirsən və bundan sonra sənin xüms günün həmin gün olur. Amma xümsü verməyi gecikdirmək və sonrakı ildə və ya illərdə vermək olmaz. Əgər bir şəxs xüms ilinin sonunda öz gəlirinin xümsünü verməsə və xüms ili başa çatdıqdan sonra onu məişət ehtiyaclarına sərf etsə, bu xüms onun öhdəsindədir. O, pulun dəyərdən düşməsi (inflyasiya) miqdarını da hesablayıb, xümsü verməldiir. Əgər inflyasiya miqdarı məlum olmazsa, şəri-hakimlə müsalihə etməlidir.

       

      Sual 1002: Mükəlləf öz əmlakının xümsünü özü hesablayıb, ona vacib olan məbləği sizin nümayəndələrə verə bilərmi?
      Cavab: Əgər xümsün hökmlərini bilirsə, maneəsi yoxdur.

       

    • Xüms işlərini idarə edən şəxs
    • Seyidlər və seyid hesab olunmanın hökmü
    • Xümsün istifadə yerləri, icazə almaq, hədiyyə etmək, din elmləri tələbələrinin təqaüdü
    • Xümsün müxtəlif məsələləri
    • Ənfal (ümumi sərvət)
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /