Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
    • Hamiləliyin qarşısının alınması
    • Uşaq saldırmaq
    • Süni mayalanma
    • Cinsiyyəti dəyişdirmək
    • Meyitin yarılması və üzv köçürülmə
    • Sünnət etmək
    • Tibbi təhsil
      Çap versiyası  ;  PDF
       
      Tibbi təhsil

       

      Sual 1308: Tibb universitetinin tələbələri (istər oğlan, istərsə də qız) təhsil üçün naməhrəmə toxunaraq və baxaraq onu müayinə etmək məcburiyyətindədirlər. Bu müayinələri aparmaq dərs proqramıdır və gələcəkdə xəstələri müalicə edə bilmələri üçün lazımi bacarıqları və hazırlıqları əldə edə bilmələrindən ötrü buna ehtiyac vardır. Bu müayinələri aparmamaq xəstələrin xəstəliklərini təyin etməkdə onların aciz qalmalarına səbəb olacaq və bu da öz növbəsində xəstələrin xəstəliyinin uzanması, bəzən isə onların ölümü ilə nəticələnə bilər. Elə isə, bu müayinələri aparmağa icazə verilirmi, yoxsa yox?
      Cavab: Əgər təcrübə yığmaq, xəstələrin müalicə üsulunu təyin etmək və onların canını xilas etmək üçün zəruri olan hallardan sayılırsa, bunun maneəsi yoxdur.

       

      Sual 1309: Əgər tibb universiteti tələbələrinin zəruri hallarda naməhrəm xəstələri müayinə etmələrinə icazə verilirsə, bu zərurəti kim müəyyən edir?
      Cavab: Şəraiti nəzərə almaq şərtilə bu zərurəti müəyyən etmək tələbənin öz nəzərinə həvalə olunur.

       

      Sual 1310: Bəzən təhsil zamanı naməhrəmləri müayinə etmək məsələsi ilə qarşılaşırıq və bu işin gələcək üçün zəruri olub-olmadığını bilmirik. Amma bu, universitetin dərs proqramı və tibb tələbələrinin üzərinə düşən öhdəlik, hətta müəllimin verdiyi dərs tapşırığıdır. Bunları nəzərə alaraq, biz bu müayinələri apara bilərikmi?
      Cavab: Bu müayinələrin aparılmasının dərs proqramı olması, yaxud müəllimin verdiyi dərs tapşırığı olması öz-özlüyündə şəriətə zidd işin görülməsi üçün şəri icazə hesab olunmur. Bu xüsusda meyar, insan həyatını xilas etmək üçün lazımi biliyi və təcrübəni toplamaq və ya zərurətin tələbidir.

       

      Sual 1311: Tibbi bilikləri öyrənmək və təcrübə toplamaq zərurətinə görə naməhrəmin müayinə edilməsi məsələsində cinsiyyət üzvünü və ya başqa üvzləri müayinə etməyin hökmü arasında fərq vardırmı? Bəzi tələbələr təhsili başa vurduqdan sonra xəstələri müalicə etməkdən ötrü kəndlərə və uzaq məntəqələrə gedirlər. Bəzən qadının doğuşunu aparmaq və ya doğuşun fəsadlarını, məsələn, qanaxmanı aradan qaldırmaq məcburiyyətində qalırlar. Bu işin hökmü nədir? Məlum məsələdir ki, əgər bu qanaxma tez bir zamanda dayandırılmasa və ya başqa fəsadlara tez bir zamanda müdaxilə edilməsə, yeni doğuş edən qadının həyatı təhlükəyə düşəcəkdir. Nəzərə almaq lazımdır ki, bu xəstəliklərin müalicə yollarını bilmək tibbi təhsil zamanı lazımi bilikləri öyrənməyə və təcrübə toplamağa bağlıdır.
      Cavab: Zərurət olduğu zaman cinsiyyət üzvünü və ya başqa üzvləri müayinə etməyin hökmü arasında fərq yoxdur. Ümumi meyar, insan həyatını xilas etmək üçün tibbi bilikləri öyrənmyə və təcrübə toplamağa ehtiyacın mövcud olmasıdır. Bu kimi hallarda zərurət həddi ilə kifayətlənmək lazımdır.

       

      Sual 1312: Cinsiyyət üzvü müayinə edilərkən – istər eyni cinsin nümayəndəsi tərəfindən, istərsə də əks cinsin nümayəndəsi tərəfindən – şəri hökmlərə, məsələn, həkimin və ya tibb tələbəsinin ayna vasitəsilə baxması kimi hökmlərə riayət olunmur. Xəstəliklərin necə təyin edildiyini öyrənmək üçün biz həkimlərin etdiklərini təkrarlamalı olduğumuza görə bizim şəri vəzifəmiz nədir?
      Cavab: Öz-özlüyündə haram sayılan müayinələr vasitəsilə tibbi bilikləri öyrənməyə gəlincə, əgər bu bilikləri öyrənmək və xəstəliklərin müalicəsi yollarını bilmək bu kimi müayinələri etməyə bağlı olarsa, bu müayinələri etməyin maneəsi yoxdur. Bu şərtlə ki, tələbə əmin olmalıdır ki, gələcəkdə insanların həyatını xilas etmək bacarığı bu yolla əldə edilən biliklərə bağlıdır. Həmçinin əmin olmalıdır ki, gələcəkdə xəstələr ona müraciət edəcəkdir və o da onların həyatını xilas etmək məsuliyyəti daşıyacaqdır.

       

      Sual 1313: İxtisas dərsliklərimizdəki qeyri-müsəlman kişi və qadınların yarımçılpaq vəziyyətdə olan şəkillərinə baxa bilərikmi?
      Cavab: Əgər harama düşmək və fəsad qorxusu olmazsa, maneəsi yoxdur.

       

      Sual 1314: Tibb sahəsinin tələbələri təhsil dönəmində tibbi biliklərə yiyələnmək məqsədilə cinsiyyət üzvünün müxtəlif şəkillərinə baxır və video çarxları izləyirlər. Bu işə icazə verilirmi, yoxsa yox? Əks cinsin nümayəndəsinin cinsiyyətinə baxmağın hökmü nədir?
      Cavab: Video çarxları izləməyin və şəkillərə baxmağın öz-özlüyündə maneəsi yoxdur, bu şərtlə ki, şəhvani ləzzət almaq məqsədilə olmamalı və harama düşmək qorxusu da mövcud olmamalıdır. Haram olan iş, əks cinsin nümayəndəsinin bədəninə baxmaq və toxunmaqdır. Başqalarının övrətindən çəkilən video çarxı izləmək və ya şəklinə baxmaq maneəsiz deyildir.

       

      Sual 1315: Doğuş zamanı qadının vəzifəsi nədir? Doğan qadına yardım göstərən tibb bacılarının qadının övrətini açmaq və övrətə baxmaqda vəzifəsi nədir?
      Cavab: Məcburiyyət yaranmadan tibb bacısının doğan qadının övrətinə bilərəkdən baxmasına icazə verilmir. Həkim də məcburiyyət yaranmayanadək xəstə qadının bədəninə baxmaq və toxunmaqdan çəkinməlidir. Qadın bunu gördükdə, özünü örtə bildiyi təqdirdə örtməli, yaxud bu işi görməyi başqasından istəməlidir.

       

      Sual 1316: Universitetdə tədris zamanı plastikdən hazırlanan süni cinsiyyət üzvlərindən istifadə edilir. Bunlara baxmağın və toxunmağın hökmü nədir?
      Cavab: Süni cunsiyyət üzvləri həqiqi övrət hökmündə deyildir və onlara baxmağın və toxunmağın maneəsi yoxdur. Amma əgər harama düşmək qorxusu olarsa və ya şəhvətin təhrik olunmasına səbəb olarsa, bu halda onlara baxmaq və toxunmağın maneəsi vardır.

       

      Sual 1317: Mən qərb elmi-araşdırma mərkəzlərində musiqi, toxunuş, rəqs, dərman preparatları, elektrik cərəyanı ilə müalicə üsulu vasitəsilə ağrının sakitləşdirilməsi zəminində aparılan araşdırmalar barədə araşdırma aparıram. Qeyd etməliyəm ki, onların bu zəmində olan araşdırmaları nəticə də vermişdir. Bu barədə araşdırma aparmağa şəriət baxımından icazə verilirmi?
      Cavab: Qeyd edilən üsullar və xəstəliklərin müalicəsində onların nə qədər təsir qoyduğu barədə araşdırma aparmağın şəriət baxımından maneəsi yoxdur, bu şərtlə ki, şəriət baxımından haram olan işlərin görülməsi ilə yanaşı olmamalıdır.

       

      Sual 1318: Təhsil tələb etdiyi təqdirdə tibb bacılarının başqa bir qadının övrətinə baxmalarına icazə verilirmi?
      Cavab: Əgər xəstəliklərin müalicəsi və ya insan həyatını xilas etmək başqalarının övrətinə baxmağı lazımlı edən dərsin öyrənilməsinə bağlı olarsa, bu işi görməyin maneəsi yoxdur.

       

  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /