Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

QURANİ-KƏRİM

  • Qurani-Kərimin Azərbaycan dilinə tərcümə və şərhi
    • Ön söz
      Çap versiyası  ;  PDF
      Qurani-Kərimin
      Azərbaycan dilinə tərcümə və şərhi

      Ön söz

      Qurani-Kərim Allah-Taalanın bəşəriyyəti doğru yola istiqamətləndirmək üçün Öz əziz peyğəmbərlərinə göndərdiyi möcüzələr içərisində əbədilik sifəti ilə vəsf edilən yeganə möcüzədir və insanlar artıq min dörd yüz ildən artıqdır ki, ondan feyz alır, bəhrələnirlər. Allah-Taala Özünün bu müqəddəs, əbədi və həmişəyaşar səma kitabının təhrifdən və bəşəriyyətin nadanlıq və bədbəxtlik müdaxiləsindən amanda qalmasını istəyib və onu qoruyub. Buna görə də, Qurani-Kərim insanların əlində olan yeganə müqəddəs ilahi kitabdır. Bəşəriyyət səadət və xoşbəxtliyin düz və doğru yolunu getmək istəsə ona sığınmalıdır. Maddiyyat aləminin sakini olan insanın ömründən gün keçdikcə və bəşər zehninin məhsulu olan ideoloji məktəblərin rüsvayçılıq təbilləri çalındıqca insanın öz Rəbbinə tərəf dönməsinin və Qurani-Kərimin mənəvi və həmişə açıq olan süfrəsindən bəhrələnməsinin vaxtının çatması daha çox hiss olunur. Buna görə də dünyada hökm sürən bütün bər-bəzəklərə, zorakılıqlara, ləzzətpərəstliyə və əxlaqi məhdudiyyətsizliklərə baxmayaraq, müasir dünyada dinə və mənəviyyata qayıdış bəşəriyyətin fikirini özünə ciddi şəkildə məşğul emiş ən böyük məsələdir. Bu arada Qurani-Kərim təhrifdən uzaq olduğu üçün misilsiz etibar və dəyərə malik olaraq ən yüksək yerdə durur.

      Hikmət sahibi olan Allah, göndərdiyi vəhy üçün dillərin ən fəsahətli və bəlağətlisini seçmiş və Qurani-Kərimin aşkar və aydın ərəb dilində nazil etmişdir. Mömin insan Quranda dinin əsas və qolları barəsində olan ilahi maarif xəzinələrini əldə etmək üçün bu dili öyrənərək Qurani-Kərimdən birbaşa bəhrələnməlidir. Lakin bu, Qurani-Kərimin dünyanın işlək dillərinə tərcümə edilməsi ilə ziddiyyət təşkil etmir. Əksinə dillərin çoxluğu, insanların Qurandan tez və rahat bəhrələnmələrinin gərəkliyi və Quran dilinin öyrənilməsinin hamı üçün mümkün olmaması tərcümə işini zəruriləşdirir. Buna görə də Allaha imanı olan alimlər bu işin həyata keçməsi üçün səy göstərməli və insanlara həyat bəxş edən vəhyin sözünü bütün bəşəriyyətə çatdırmalıdırlar.

      Dünyanın diri dillərindən biri olan şirin və dolğun azəri türkcəsi də bu qaydadan müstəsna deyil. Xüsusilə ona görə ki, azəri türkcəsi ilə danışanların hamısı müsəlmandır və onlar Qurani-Kərimə etiqad bəsləyirlər. Digər tərəfdən kommunistlərin hakimiyyəti ilə bu millətin bir hissəsinə qarşı böyük zülm və haqsızlıq edilmişdir və onların yetmiş ildən artıq dini maarifdən, xüsusilə Quranın oxunmasından, başa düşülməsindən və onunla tanışlıqdan məhrum edilmələri Qurani-Kərimin bu dilə tərcümə edilməsinin zəruriliyini bir neçə qat artırır. Sovet İttifaqının dağılmasından və dost və qardaş Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra insanlarda başda Qurani-Kərim olmaqla dini maariflə tanışlığa böyük şövq və rəğbət yaranmışdır. Müstəqilliyin ilk illərində hörmətli alimlərdən bəziləri Qurani-Kərimin tərcümə etməklə bu şövqün sirab edilməsi üçün səylər göstərmişlər və onların bu işləri təqdirəlayiqdir. Uca Allahdan onlara gözəl mükafat və layiqli əvəz verməsini istəyirik. Lakin həmin tərcümələrdə bir çox nöqsanlar var idi ki, bu kiçik yazı onlara toxunmaq yeri deyil. Digər tərəfdən həmin tərcümələr bizim yeni tərcümələrə olan ehtiyacımızı aradan qaldırmır. Bəzən də naşı adamlar Quranı düzgün olmayan şəkildə tərcümə ediblər. Bu arada İran İslam Respublikasının Bakıdakı səfirliyinin Mədəniyyət Mərkəzinin Dini Şöbəsi dini, mədəni və digər cəhətlərdəki ortaq cəhətlərə görə Azərbaycan Respublikası və Qafqazın digər azəri dilli müsəmanları qarşısında öz boynunda böyük məsuliyyət hiss etməsini və mənə edilən çoxsaylı müraciətləri nəzərə alaraq Qurani-Kərimin azəri türkcəsinə tərcüməsinə başlamaq qərarına gəldi. Lakin biz yaxşı bilirdik ki, Qurani-Kərimin tərcümə edən şəxs ən azı aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:

      1. Başlanğıc dil olan ərəb dili ədəbiyyatını, yəni onun lüğət, sintaktika, morfologiya, stilistika, bəyan, bəlağət, fəsahət və sairə ədəbi elmlərini geniş şəkildə bilməlidir.

      2. Məqsəd dili (azəri türkcəsini) və onun ədəbiyyatını gözəl bilməlidir.

      3. Ayə və surələrin məna və məfhumlarını bilməli və onların məna və məqsədlərindən müəyyən təfsirlər səviyyəsində xəbərdar olmalıdır. Çünki tərcümənin kamilliyi üçün onun yalnız bir dildən başqa dilə çevrilməsi və ondan məqsədin nə olmasına diqqət etməmək kifayət deyil və hətta səhvə səbəb olur.

      4. Fiqh və şəriət elmindən kifayət qədər xəbərdar olmaq da tərcüməçi üçün lazım olan şərtlərdəndir. Çünki təqribən beş yüz Quran ayəsi şəriət hökmləri barəsindədir və həmçinin digər ayələrdə də fiqhdə istifadə edilən nöqtələr mövcuddur.

      5. Fəlsəfə və kəlam kimi islami elmlərlə, həmçinin iqtisadi və ictimai nəzəriyyələrlə tanışlıq, eləcə də müqəddəs İslam dinin digər sahələrindən xəbərdar olmaq da əsas şərtlərdəndir. Çünki Quranın ayələrinin bir çoxu bu elmlərin əsasıdır və onlardan məlumatı olmadan düzgün tərcümə etmək qeyri-mümkündür.

      6. Həmçinin Allahın ayələri, onların şərh və təfsiri, mənalarının mütləq və ya şərti, ümumi və ya xüsusi olması barəsində Əhli-beytdən (ə) nəql edilmiş hədis və rəvayətlərlə geniş tanış olmalıdır. Çünki Əhli-beyt (ə) vəhy ailəsidir və onlar evdə baş verənləri digərlərindən daha yaxşı bilirlər. Qəti dəlillərə əsasən məsumlardan (ə) nəql edilmiş səhih və mötəbər rəvayətlər Quranın ümumi hökmlərini məhdudlaşdırmaq, mütləq hökmlərini şərtləndirmək, qaranlıqlarını izah etmək, mütəşabihlərini açıqlamaq səlahiyyətinə malikdir və mötəbər hədislərin müqabilində ayələrin zahirinə əsaslanaraq onlara etina etməmək səhv bir işdir. Halbuki «Peyğəmbər sizə nə gətirirsə götürün və sizə nəyi qadağan edirsə ondan çəkinin» ayəsinə əsasən Peyğəmbərin (s) və o Həzrətin haqq canişinləri olan Əhli-beytin (ə) kəlamlarını əsas götürmək vacibdir. Ən azı «Səqəleyn» hədisi onların kəlamlarının qəti dəlil kimi qəbul edilməsinə dəlalət edir. Buna görə də Allahın kitabına əməl edəndə onun digər «tayını» da nəzərə almaq və Peyğəmbərin (s) tapşırdığı hər iki dəlili – Əhli-beyt (ə) və Quranı birlikdə öyrənmək lazımdır.

      7. Mütərcimin müvəffəqiyyət amillərindən biri də onun digər mütərcimlər tərəfindən edilmiş tərcümələrə nəzər salmasıdır. Çünki bəzən həmin tərcümələrin hansısa birində digər mütərcimlərin zehninə gəlməyən gözəl və dəqiq tərcümə və ya izah verilir. Buna görə də tərcümə etmək istedadı olan mütərcimin başqalarının ifadələrindən istifadə etəmsinə heç bir maneə yoxdur və onların təcrübələrindən istifadə etmək lazımdır.

      Bu səbəbdən və sadalanan şərtləri nəzərə alaraq bütün əsrlərdə Qurani-Kərimin tərcümə işini dövrün görkəmli və çox savadıl alimləri öhdələrinə götürmüşlər. Çünki bu iş üçün lazım olan şərtlərə alimlərdən başqaları malik olmayıblar. Əgər kimsə bu şərtlərə malik olmadan Quranı tərcümə edibsə, ərsəyə gətirdiyi tərcümə müvəffəqiyyətli tərcümə olmayıb və az bir zamandan sonra yaddaşlardan silinib.

      Əlinizdə olan bu tərcümə İslam dünyasının böyük müasir alimlərindən olan fəqih ayətullah Hacı Mirzə Əli Meşkini Ərdəbilinin ərəbcədən tərcüməsinin azəri türkcəsinə çevrilmiş nüsxəsidir. Ayətullah Meşkini uzun illər İslam elmlərinin təhsili və tədrisi ilə məşğul olub və çoxsaylı tədqiqat və əsərlər müəllifidir. O, özünün elm və əməldəki bir ömür səylərinin hasilini bu mübarək tərcümədə İslam dünyasına təqdim etmişdir. Buna görə də Qurani-Kərimin mütərcimi üçün lazım olan şərtlərin böyük bir hissəsi onun tərcüməsindən istifadə edilərək təmin edilmişdir. Bu mübarək tərcümənin bir sıra özünəməxsus xüsusiyyətləri vardır:

      1. Tərcümənin əsas mütərcimi görkəmli islamşünas alim olduğu üçün bu tərcümə dolğunluğu baxımından daha artıq dəqiqliyə və incəliklərə malikdir.

      2. Tərcümə çox səlisdir və onda tərcümənin hər iki üsulundan həm hərfi tərcümə üsulundan, həm də mənanın tərcüməsi üsulundan istifadə edilmişdir və onda bir çox qaranlıq məqamlara aydınlıq gətirilmişdir.

      3. Rəvayətlərdə də deyildiyi kimi, Qurani-Kərimin ayələri bir neçə müxtəlif mənalara yozulmaq qabiliyyətinə malikdir və bir ayədən bir neçə məna çıxarıla bilir. Buna görə də möhtərəm mütərcim mümkün qədər həmin mənaları da gətirmişdir. Bəzən «ya», «yaxud» və sairə bağlayıcılar vasitəsi ilə və ya mötərizənin içində izah verilməklə bir neçə məna gətirilmiş və ayədən lazımı tərzdə istifadə edilmişdir.

      4. Qurani-Kərim oxucularının bu ilahi kitabdan daha çox bəhrələnmələri üçün mötərizədən istifadə edərək bir sıra cümlələrin ardınca yüzlərlə ədəbi, tarixi, etiqadi, fiqhi və əxlaqi nöqtələr gətirilmişdir və bu, tərcüməni yığcam bir şərh halına salmışdır. Amma eyni zamanda bu iş tərcüməyə xələl gətirməyən və onu təfsir halına salmayan incəliklə yerinə yetirilmişdir.

      5. Azərbaycan dili ədəbiyyatının gözəlliklərinə riayət edilməsinə tam diqqət yetirilsə də Quranın mənasının qorunub saxlanılması üçün bəzən ifadələrdə dilçilik qaydaları baxımından eniş-yoxuşlar nəzərə çarpır.

      6. Bəzi kəlmələr Azərbaycan Respublikasının görkəmli alimlərindən olan möhtərəm redaktorun da razılığı ilə olduğu kimi saxlanılmışdır. Bunun səbəbi həmin kəlmələrin Azərbaycan dilində tam qarşılığının olmaması və ya mövcud kəlmənin nəzərdə tutulan mənanı tam çatdırmamasıdır.

      Amma bütün bunlara baxmayaraq həmin kəlmələrin mənasının çatdırılması üçün oxuculara qısa da olsa bir kəlmə və ya cümlə ilə izah verilmişdir.

      Əlbəttə tərcümənin digər özəllikləri də var ki, əziz oxucular mütaliə zamanı özləri bunun şahidi olacaqlar.

      Bu tərcüməyə iki il bundan əvvəl başlanılmışdır. Bu tərcümənin azəri türkcəsinə çevrilməsi üçün hər iki dili çox gözəl bilən, eləcə də İslam elmləri ilə ümumi tanışlığı olan mütərcimlərdən istifadə edilmişdir. Onun iyirmi üç cüzü İslam elmləri sahəsində ali təhsili olan möhtərəm Ağabala Mehdiyev tərəfindən, yeddi cüzi isə İslam elm və maarifi sahəsində təhsili olan möhtərəm xanım Dürdanə Cəfərli tərəfindən azəri türkcəsinə çevrilmişdir. Mütərcimlər öz işlərini İran İslam Respublikasının Bakıdakı Mədəniyyət Mərkəzinin dini mütəxəssisi pəhrizkar alim və çox əziz əməkdaşımız höccətül-İslam vəl-müslimin Adil Mölayinin nəzarəti altında yerinə yetiriblər və qaranlıq nöqtələri onun köməyi ilə aradan qaldırıblar. Tərcümənin bütün mətni əvvəldən axıra kimi orijinal ilə tutuşdurulduqdan sonra redaktora təqdim edilib. Tərcümə edilmiş mətnin redaktəsi üçün də Azərbaycan Respublikasının bu sahədəki ən yaxşı mütəxəssisindən, yəni Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Ali Şurasının üzvü, Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitunun direktoru akademik Hacı Bəkir Nəbiyev cənablarından istifadə edilmişdir. Bəkir müəllim özünün pak təbiəti ilə bu işi şövqlə öhdəsinə götürmüş və tam diqqətlə sona çatdırmışdır.

      Amma bütün bunlarla yanaşı biz işimizdə heç bir eyb və nöqsanın olmamasını iddia etmirik. Çünki tərcümə işi çox dəqiq və çətin bir işdir və onda şəxsi zövqlərin də rolu vardır. Hər hansı bir ifadə bir dildən başqa dilə zövqlərə əsasən müxtəlif şəkillərdə tərcümə edilə bilər. Buna görə də tərcümə barəsindəki tənqidi fikirlər söyləmək, ehtimali səhvləri çatdırmaq qapısı açıqdır. Möhtərəm alim və mütəxəssislərin nəzərlərini eşitməyə tam hazırıq və onların nəzərlərini eşitməkdən məmnun olacağıq. Təbii ki, bildirilən nəzərlər yerində və düzgün olacağı təqdirdə həmin iradı sonrakı çaplarda aradan qaldıracağıq. Artıq bu mühüm iş sona çatıb. Mən Qurani-Kərim barəsində görülmüş bu kiçik işə görə tam sevinclə Allah dərgahına şükr edərək bu dəyərli hədiyyəni Azərbaycan Respublikası müsəlmanlarına, eləcə də Qafqaz bölgəsinin azəri dilli digər müsəlmanlarına təqdim edir və onlar üçün Qurani-Kərimin pənahında izzət, baş ucalığı, dünya və axriət səadəti arzulayıram. İlahi, bizi Quranın pənahında yaşat, Qurana imanla öldür və Məhşərə Quranın himayəsində gətir. Bütün dualarımızın sonu «həmd və səna aləmlərin Rəbbi olan Allaha məxsusdur» deməkdir. 

      Seyyid Əli Əkbər Ocaqnəjad
      İran İslam Respublikasının Azərbaycan
      Respublikasındakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri

    • 1. Fatihə
    • 2. Bəqərə
    • 3. Ali-İmran
    • 4. Nisa
    • 5. Maidə
    • 6. Ənam
    • 7. Əraf
    • 8. Ənfal
    • 9. Tövbə
    • 10. Yunus
    • 11. Hud
    • 12. Yusuf
    • 13. Rəd
    • 14. İbrahim
    • 15. Hicr
    • 16. Nəhl
    • 17. İsra
    • 18. Kəhf
    • 19. Məryəm
    • 20. Ta-ha
    • 21. Ənbiya
    • 22. Həcc
    • 23. Muminun
    • 24. Nur
    • 25. Furqan
    • 26. Şuəra
    • 27. Nəml
    • 28. Qəsəs
    • 29. Ənkəbut
    • 30. Rum
    • 31. Loğman
    • 32. Səcdə
    • 33. Əhzab
    • 34. Səbə
    • 35. Fatir
    • 36. Yasin
    • 37. Saffat
    • 38. Sad
    • 39. Zumər
    • 40. Ğafir
    • 41. Fussilət
    • 42. Şura
    • 43. Zuxruf
    • 44. Duxan
    • 45. Casiyə
    • 46. Əhqaf
    • 47. Muhəmməd
    • 48. Fəth
    • 49. Hucurat
    • 50. Qaf
    • 51. Zariyat
    • 52. Tur
    • 53. Nəcm
    • 54. Qəmər
    • 55. Rəhman
    • 56. Vaqiə
    • 57. Hədid
    • 58. Mücadilə
    • 59. Həşr
    • 60. Mumtəhənə
    • 61. Səff
    • 62. Cümə
    • 63. Munafiqun
    • 64. Təğabun
    • 65. Təlaq
    • 66. Təhrim
    • 67. Mulk
    • 68. Qələm
    • 69. Haqqə
    • 70. Məaric
    • 71. Nuh
    • 72. Cinn
    • 73. Muzəmmil
    • 74. Muddəsir
    • 75. Qiyamət
    • 76. İnsan
    • 77. Mursəlat
    • 78. Nəbə
    • 79. Naziat
    • 80. Əbəsə
    • 81. Təkvir
    • 82. İnfitar
    • 83. Mutəffifin
    • 84. İnşiqaq
    • 85. Buruc
    • 86. Tariq
    • 87. Əla
    • 88. Ğaşiyə
    • 89. Fəcr
    • 90. Bələd
    • 91. Şəms
    • 92. Ləyl
    • 93. Zuha
    • 94. Şərh
    • 95. Tin
    • 96. Ələq
    • 97. Qədr
    • 98. Bəyyinə
    • 99. Zəlzələ
    • 100. Adiyat
    • 101. Qariə
    • 102. Təkasur
    • 103. Əsr
    • 104. Huməzə
    • 105. Fil
    • 106. Qureyş
    • 107. Maun
    • 108. Kövsər
    • 109. Kafirun
    • 110. Nəsr
    • 111. Məsəd
    • 112. İxlas
    • 113. Fələq
    • 114. Nas
700 /