Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

Rəhbərin çağırışı

  • İmam Xomeyni (r.ə)
  • Həcc
  • Fələstin
    • Fələstinlilərin İslami qiyamına dəstək olmalıyıq
      Çap versiyası  ;  PDF
      Fələstinlilərin İslami qiyamına dəstək olmaq hər bir müsəlmana vacibdir

      Bu gün İslam dünyasinda Fələstinin işğalı qədər böyük problem yoxdur. Bu, son zamanlarda İslam ümmətinin düçar olduğu ən böyük bəladır. Belə ki, İslamın düşmənləri müsəlmanların yurdunu, evini işğal edərək oranı müsəlmanların əleyhinə olan hücumlarının səngərinə çevirmişlər. Fələstinlilərin İslami qiyamları “müdafiə cihadı”nın bariz nümunəsidir və ona görə də onlara dəstək olmaq hər bir müsəlmana vacibdir.

      Fələstin torpağının hər bir qarışı müsəlmanın evidir və orada İslam və müsəlmanların hökümətindən savayı hər bir hökümət işğalçı hökümət sayılır. Söhbət yəhudilərlə mübarizədən getmir, müsəlmanların işğal olunmuş torpaqlarından gedir.

      Hər bir müsəlmanın dini vəzifəsidir ki, İslam adı ilə qiyam edən Fələstin millətinə səlahiyyəti çatdığı hər bir sahədə – siyasi, mədəni, iqtisadi, informasiya və s. sahələrdə – yardım etsin.

      Fələstini işğal edən siyonist rejimi və onun himayədarları ilə həmkarlıq etmək çox böyük və bağışlanmayan bir səhvdir. Siyonistlərə və İsrailə dəstək olanlar və əl tutanlar, onlarla müzakirə aparanlar və saziş bağlayanlar elə onlardan sayılır. Mübarizə sazişlə ziddiyyət təşkil edir. Fələstin məsələsinə gəlincə mübarizə aparmaq bir dini vəzifə, saziş bağlamaq isə xəyanətdir.

      İslam dünyasının hər bir guşəsində yaşayan ziyalılar, yazıçılar, mədəniyyət və incəsənət xadimləri bu gün Fələstin millətinə edilən zülmləri və vəhşilikləri dünya ictimaiyyətinə çatdırmalıdırlar.

      Ali Məqamlı Rəhbər Ayətullah Xameneinin Fələstin İslam Konfransının iştirakçıları qarşısındakı çıxışından bir parça. 13/09/1369
    • İlahi vədənin gerçəkləşməsi
    • Fələstinliləri dəstəkləmək
    • Fələstin torpağı fələstinlilərə aiddir
    • Son əsrdə müsəlmanların oyanışı
  • İctimai azadlıq
  • Qadınlar
  • İslam dövlətinin xüsusiyyətləri
700 /