Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

Rəhbərin çağırışı

  • İmam Xomeyni (r.ə)
  • Həcc
  • Fələstin
  • İctimai azadlıq
  • Qadınlar
  • İslam dövlətinin xüsusiyyətləri
    • Əməlisaleh
    • Vicdanlı təbliğat
    • Həqiqi kimlik və əsl ləyaqət
    • Xalqa xidmət işində ciddilik və məsuliyyət
    • Şüar və deviz
    • Antiimperializm
    • Milli şərəf və heysiyyəti uca tutmaq
    • Düşmənlərin zorakılığı və yersiz tələbkarlığı qarşısında müqavimət göstərmək
    • Sekularizm təmayüllərinin nüfuzunun qarşısını almaq
    • Dəyişikliklər etmək əzmi
    • Dünya arenasındakı hegemon qüvvələrə qarşı mübarizədə hücuma keçmək əzmi
    • Xalqa yaxın olmaq əhval-ruhiyyəsi
    • Sadə həyat tərzi keçirmək
    • Qanunlara riayət etmək
    • Tabeçiliyində olan kollektivə nəzarət
    • Digər hakimiyyət orqanları ilə əməkdaşlıq
    • Hakimiyyət nümayəndələrinin görkəmli şəxslər və ziyalılarla həmkarlıq etməsi
    • Mədəniyyətə diqqət göstərmək
    • Tənqidlərə qarşı diqqətli olmaq
    • “Tərəqqi və ədalət” şüarı
      Çap versiyası  ;  PDF

      “Tərəqqi və ədalət” şüarı

      Qarşıdan gələn onillik bizim üçün “tərəqqi və ədalət” onilliyidir. Bu iki şüar gələcək onilliyin şüarlarıdır: tərəqqi və ədalət. Bu, o demək deyil ki, indiyə qədər biz inkişaf etməmişik, yaxud indiyə kimi ədalətə tamamilə etinasız yanaşılmışdır. Xeyr! Bizim əsl məramımız budur ki, bu onillikdə sıçrayışlı, hərtərəfli bir tərəqqi, geniş, çoxcəhətli bir ədalət meydana gəlsin. Xoşbəxtlikdən, bunun üçün artıq lazımi zəmin hazırlanmışdır. Bu onillikdə ölkədə məsul vəzifələrdə çalışanların devizi mütləq “tərəqqi və yüksəliş” olmalıdır, “tərəqqi və ədalət” olmalıdır.

      Şübhəsiz, aydındır ki, mənəviyyat və rasional yanaşma olmadan ədalətin gerçəkləşməsi qeyri-mümkündür. Mən bunu əvvəllər də qeyd etmişəm. Mənəviyyatın olmadığı yerdə ədalət riyakarlığa (gözdən pərdə asmağa) çevrilir. Məntiqi yanaşma olmadan ədalət qətiyyən gerçəkləşə bilməz və həqiqi ədalətin yerini insanın ədalət hesab etdiyi yanlış bir şey tutar. Buna görə də mənəviyyat və məntiqi yanaşma ədalətin gerçəkləşməsi üçün zəruri şərtdir.

      Lakin ədalətin olmadığı yerdə tərəqqi və yüksəlişin heç bir mənası yoxdur. Tərəqqi olmadan isə ədalət özünün həqiqi mənasını kəsb edə bilməz. Həm tərəqqi, həm də ədalətin olması olduqca vacibdir. Əgəs özünüz başqalarına nümunə olmaq, bu ölkənin də müsəlman ölkələri üçün nümunə olmasını istəyirsinizsə, sizin əsl deviziniz, hamının uğrunda çalışdığı ali hədəf məhz bu olmalıdır.

      Ölkə başçısı və hökumət nümayəndələri ilə görüş (02.06.1387)


      Ədalətə söykənmək hər bir İlahi işin ən əsas və fundamental prinsipi, bütün peyğəmbərlərin, tarix boyu gəlib-getmiş bütün əzəmətli, saleh insanların öz missiyasını davam etdirməsinin zəruri amilidir. Əlbəttə, ədalətin düşmənləri çox olur. Çörəyi ədalətsizlikdən çıxanların hamısı ədalətə düşmən kəsilmişlər. İstər milli, istərsə də beynəlxalq arenada qarnını quldurluq və zorakılıqla doyuranlar ədalətə müxalifdirlər. Ədalət İslam İnqilabının, İslam Respublikası dövlət quruluşunun əsas şüarı və ən böyük hədəfi olmuşdur, hal-hazırda da belədir!

      Bəziləri “hiddət, hirslilik, qeyzlilik” damğası vuraraq ədaləti ittiham etmək istəyirlər. Ədalət hiddət və qeyzlilik yox, haqqı tələb etməkdir. Xalqın nümayəndələrinin hüquqlarına diqqət yönəltməkdir. Ayrı-seçkiliyin qarşısını almaqdır. Məzlumların hüquqlarına təcavüzün yaranmasına mane olmaqdır. Hər hansı bir ölkədə bir çox insanlar tapılar ki, əgər hüquq-mühafizə orqanları onların imdadına çatmasa, cürbəcür çaxnaşma dalğaları arasında ayaqlar altında tapdanıb qalarlar. “Ədalət” prinsipi üzərində qurulmuş bir dövlətin vəzifəsi yoxsul təbəqəyə xüsusi diqqət göstərməkdir. Ədaləti hiddət və qeyzlə eyniləşdirmək, rasional intellektual metodların əleyhinə olan bir prinsip kimi qavramaq lazım deyil. Rasional metodlardan, məqsədəuyğun tədbirlərdən istifadə etməklə cəmiyyətdə ədaləti bərqərar etmək mümkündür.

      Ölkə prezidentinin inauqurasiya mərasimi (12.05.1384)

       

      Dövlətin şüarlarından biri ədalətdir. Şübhəsiz ki, ədalət İslam İnqilabının mehvəri idi. Buna heç bir şəkk-şübhə yoxdur. Heç bir dövlət hakimiyyətə gələn kimi açıq-aşkar “Mən ədalətlə rəftar etmək fikrində deyiləm” – deyə elan etmir. Lakin mən onlara yeni bir iş gördükləri üçün öz təşəkkürümü bidirməliyəm. Onlar “ədalətsevərlik” prinsipini bir şüar kimi ortaya qoydular. Bu, həddən artıq böyük bir iş idi. O, öz seçki kampaniyalarını həyata keçirdikdə mən öz ailə üzvlərimə deyirdim ki, səs toplamasa belə “ədalət” şüarını irəli sürməsi ilə İslam İnqilabı üçün böyük xidmət göstərmiş oldu. O, heç bir vəchlə “ədalət” prinsipinə, “ədalət” şüarına etinasızlığın cəmiyyətdə adi bir hala çevrilməsinə imkan vermədi. Bu şüar irəli sürüldü və zehinləri özünə cəlb etdi. Xoşbəxtlikdən, xalq da bunu anladı, bəyəndi, sevdi və səs verdi. Bu, çox mühüm bir işdir. Buna görə də bu dövlətin təməlində “ədalət” prinsipinin durması olduqca böyük bir məna kəsb edən önəmli bir faktdır. Bu şüarın dövlətin hərəkət strategiyası kimi irəli sürülməsi yeni bir işdir. Bunun özü bir dəyişiklikdir. Bu şüara lazımi əhəmiyyət verərək daim ona sədaqətli olun!  

      Ölkə prezidenti və nazirlərlə görüş (08.06.1384)

    • Prinsipial dövlət
    • Çoxsaylı problemləri olan ucqar məntəqələrə yardım
    • İslami dəyərlərə qəlbən bağlı olmaq
    • Sözün əsl mənasında gərgin əmək və səy göstərmək
    • Dini rəhbər tutaraq mövqe seçmək və inqilabi dəyərləri uca tutmaq
    • Ən çox sevilən dövlət
    • İqtisadi sferada müsbət istiqamətli işlərin görülməsi
700 /