Qurban bayramı günü qurban kəsmək müstəhəbdir və bu, vacib həcc ziyarətində Mina adlı məkanda kəsilən qurban deyildir. Yaşadığınız yerdə sizin kəsdiyiniz qurbanlıq Qurban bayramının müstəhəb qurbanlığı niyyətilədir.
Ümumiyyətlə, qadının rəng, model və ya tərz baxımından naməhrəmin diqqətini çəkən, yaxud fəsada və günaha zəmin yaradan geyimlər geyinməsinə icazə verilmir.
İslam dinində kişinin geyimi barəsində müəyyən bir tərz və model göstərilməyibdir. Sadəcə fəsada səbəb olmayan və ya qərbin azğın mədəniyyətinin təbliği sayılmayan geyimlər geyinməlidir.
Fitrə zəkatı nə zaman verilməli və ya kənara qoyulmalıdır? Fitrə zəkatının miqdarı adambaşına nə qədərdir? Fitrə zəkatı kimə verilməlidir? Fitrə pulunu kartdan fəqirin kartına köçürmək olarmı? Bu və digər məsələlər barəsində Ayətullah Xameneiyə verilən suallara cavablar.
Aliməqamlı Rəhbərdən soruşulan sualların cavablarına istinadən, ekspertlərin sözü əsasında insanda ayın hilalının müşahidə olunduğuna dair əminlik yarandığı təqdirdə, bu sözə müvafiq şəkildə hərəkət etməyin şəri baxımdan maneəsi yoxdur.
Müstəhəbdir ki, oruc tutan şəxs iftar etməmişdən qabaq məğrib namazını qılsın. Amma əgər kimsə onu süfrə başında gözləyirsə, yaxud özü çox ac olduğuna görə namazı hüzuri-qəlb ilə qıla bilməyəcəkdirsə, yaxşı olar ki, o, əvvəlcə iftar etsin. İmkan daxilində də namazı fəzilətli vaxtında qılsın.
Əgər oruc tutmaq qoca kişiyə və ya qadına olduqca çətin və əziyyətlidirsə, onlara oruc tutmaq vacib olmur. Onlar hər gün üçün bir müdd təam fəqirə verməlidirlər.