Ali Məqamlı Rəhbərin informasiya bloku

Şəvval ayının əvvəlinin təyin edilməsi qaydası

Aliməqamlı Rəhbərin son fətvalarına əsasən (eyni üfüqə malik olmaq şərti, ayın hilalını müşahidə vasitələri ilə görməyin kifayət etməsi, sabahkı günün ayın əvvəli olduğunu təsdiqləmək üçün bu gün gündüz vaxtı ayın hilalının müşahidə olunmasına əsaslanmaq) hicri-qəməri 1445-ci il şəvval ayının əvvəlinin təyin edilməsi aşağıdakı qaydadadır:
1- Cənubi Amerikanın şimal-qərb hissələrində, Mərkəzi Amerikanın bütün ərazisində, Birləşmiş Amerika Ştatlarında, Kanadanın mərkəzi və qərb hissələrində 2024-cü il 8 aprel bazar ertəsi günü qürub vaxtı ayın hilalının müşahidəsinə cəhd edilsin. Ayın hilalı müşahidə edildiyi təqdirdə 9 aprel çərşənbə axşamı günü onlar üçün şəvval ayının 1-i olacaqdır. Dünyanın digər ərazilərində isə 9 aprel çərşənbə axşamı günü ayın hilalının müşahidəsinə cəhd edilsin.
2- İranda 2024-cü il 10 aprel çərşənbə günü şəvval ayının 1-i və mübarək Fitr bayramı elan olunduğu təqdirdə, aşağıda adı çəkilən ölkələr və məntəqələr bu elana müvafiq şəkildə əməl etməlidirlər, çünki bu məntəqələrdə ayın hilalını İran ilə eyni səviyyədə və ya daha yaxşı müşahidə etmək mümkün olacaqdır:
Asiyanın qərb ölkələri, Türkmənistanın mərkəzi və qərb hissələri, Qırğızıstanın qərb hissəsi, Azərbaycan Respublikası, Ermənistan, Gürcüstan, Naxçıvan Muxtar Respublikası, Rusiyanın cənub-qərb hissəsi, Avropanın bütün ərazisi, Afrikanın şimal yarımhissəsi, Şimali və Mərkəzi Amerikanın bütün ərazisi və Cənubi Amerikanın şimal yarımhissəsi.
3- Ayın hilalının müşahidəsi ekspertləri belə proqnozlaşdırırlar ki, şəvval ayının hilalını 8 aprel bazar ertəsi günü qürub vaxtı dünyanın heç bir yerində müşahidə etmək mümkün deyildir. Amma 9 aprel çərşənbə axşamı günü ayın hilalı Okeaniya və Rusiyanın şimal-şərqi istisna olmaqla, bütün dünyada müşahidə oluna biləcəkdir.
* Aliməqamlı Rəhbərdən soruşulan sualların cavablarına istinadən, ekspertlərin sözü əsasında insanda ayın hilalının müşahidə olunduğuna dair əminlik yarandığı təqdirdə, bu sözə müvafiq şəkildə hərəkət etməyin şəri baxımdan maneəsi yoxdur.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər