Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

NAMAZ VƏ ORUC RİSALƏSİ

  • NAMAZ
    • Vacib namazlar
    • Gündəlik vacib namazlar
    • Sübh namazının vaxtı
    • Zöhr və əsr namazlarının vaxtı
      Çap versiyası  ;  PDF
       
      Zöhr və əsr namazlarının vaxtı

       

      Məsələ 6. Zöhr namazının vaxtı “şəri zöhr”ün əvvəlindən (Günəş səmanın ortasından qərbə tərəf keçdiyi vaxtdan)[1] başlanır və Günəşin qürub etməsinə yalnız əsr namazını qılmaq ölçüsündə vaxt qaldığı zaman başa çatır.
      Məsələ 7. Əsr namazının vaxtı “şəri zöhr”dən zöhr namazını qılmaq ölçüsündə vaxt keçdikdə başlanır və Günəş qürub edəndə başa çatır.
      Məsələ 8. Zöhr və əsr namazlarının hər birinin xüsusi və müştərək vaxtları vardır.
      Zöhr namazının xüsusi vaxtı “şəri zöhr” olduqda başlanır və zöhr namazını qılmaq ölçüsündə vaxt keçdikdə başa çatır.
      Əsr namazının xüsusi vaxtı Günəşin qürub etməsinə əsr namazını qılmaq ölçüsündə vaxt qaldıqda başlanır və Günəş qürub etməyə başlayanda başa çatır.
      Zöhr namazının xüsusi vaxtı ilə əsr namazının xüsusi vaxtı arasındakı müddət isə zöhr və əsr namazlarının müştərək vaxtıdır.
      Məsələ 9. Əgər mükəlləf[2] əsr namazının xüsusi vaxtınadək zöhr namazını qılmazsa, onun zöhr namazı qəza olur. O, həmin vaxt əsr namazını qılmalıdır.
       

      [1] Günəş şərq tərəfdə doğduğu zaman əşyaların qərb tərəfə uzanan kölgələri əmələ gəlir. Günəş üfüqdən yuxarıya qalxdıqca kölgələr qısalmağa başlayır. Günəş səmanın ortasına gəldikdə isə, əgər Günəş şaquli şəkildə Yer üzünə saçarsa, kölgələr tamamilə aradan gedir. Yox əgər Günəş bir qədər mayili şəkildə Yer üzünə saçarsa, şimal və ya cənub istiqamətlərində əşyaların qısa kölgələri görünür. Günəş qərbə tərəf keçdikdə isə, aradan gedən kölgələr şərq tərəfdə əmələ gəlir, yaxud şimal və ya cənub istiqamətlərində qalan kölgələr şərqə tərəf uzanmağa başlayır. Bu zaman zöhr namazının vaxtıdır.
      Həmçinin Günəşin doğması ilə batması arasındakı müddətin tam yarısı olan zaman “şəri zöhr”dür.
      [2] Mükəlləf – şəri vəzifə daşıyan şəxsə deyilir.
    • Məğrib və işa namazlarının vaxtı
    • Namaz vaxtlarının hökmləri
    • Namazların ardıcıllığı
    • Müstəhəb namazlar
    • Qiblə
    • Namazda örtünmə
    • Namaz qılınan məkanın şərtləri
    • Məscidin hökmləri
    • Azan və iqamə
    • Namazın vacib əməlləri
    • Qunut
    • Namazın təqibatı
    • Namazın tərcüməsi
    • Namazı pozan işlər
    • Namazın şəkləri
    • Səhv-səcdəsi
    • Unudulan səcdə və ya təşəhhüdün qəzası
    • Müsafir namazı
    • Qəza namazı
    • Əcir namazı
    • Ata və ananın qəza namazları
    • Ayat namazı
    • Fitr və Qurban bayramı namazı
    • Camaat namazı
    • Cümə namazı
  • ORUC
700 /