Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

Böyük Dini Rəhbərin həyat və fəaliyyəti

  • BÖYÜK DİNİ RƏHBƏRİN HƏYAT VƏ FƏALİYYƏTİ
    • Ön söz
    • BİRİNCİ FƏSİL – GÜNƏŞİN DOĞMASI
    • İKİNCİ FƏSİL – İDRAKIN AÇARI
      • Xidmət göstərməyin iftixarı
      • “1323-cü il – bizim məktəbə getdiyimiz ilk günlər”
      • “Yazıq, könlünü xoş edirdi”
      • “Bizi ibtidai məktəbə apardıqları ilk gün”
      • “Anam bizim əmmaməmizi sarıyırdı”
      • “İbtidai məktəbin II-III sinfindən başımıza əmmamə qoydular”
      • “İbtidai məktəbdə istifadə etdiyim kitablar”
      • “O qədər mütaliə edirdim ki, azan səsini də eşitmirdim”
      • “Qəflətən özümü qorxutdum”
      • Bədii zövq və onun tənqidi
      • Arpa çörəyi
      • İki anadan səkkiz bacı və qardaş
      • Ata ocağı
      • “Atamın köhnə paltarları”
      • Minbəri yamsılama
      • Ata xətrinə Allahla sövdələşmə
        Çap versiyası  ;  PDF
        Ata xətrinə Allahla sövdələşmə
        Böyük dini rəhbər atası üçün etdiyi bir yaxşı işi öz uğurlarının əsası hesab edir və bu barədə buyurur:
        – Özüm haqda bir məsələni sizə danışmağım pis olmazdı. Mən müsahibələr verəndə həyatda qazandığım uğurlarımı həmişə bir məsələ ilə əlaqələndirirəm və bu da mənim valideynlərimdən biri üçün gördüyüm yaxşı işlə bağlıdır. Mərhum atam qocalıq yaşlarında, təxminən vəfat etməzdən iyirmi neçə il əvvəl (o vaxtı onun 70 yaşı var idi) korluqla nəticələnə biləcək göz xəstəliyinə tutulmuşdu. Onun gözlərindən yaş axırdı. Mən həmin vaxt Qum şəhərində idim. Onun yazdığı məktublardan tədricən mənə aydın olurdu ki, gözləri yaxşı görmür. Mən Məşhədə gəldim və gördüm ki, onun göz həkiminə ehtiyacı vardır.
        Bir qədər həkimin yanında olduq və sonra mən təhsilimi davam etdirmək üçün Qum şəhərinə qayıtdım. Mən Qumda yaşayırdım və tətil olanda yenidən Məşhədə qayıtdım və atama müəyyən qədər köməklik göstərdim. Yenə də təhsilimi davam etdirmək üçün Quma qayıtdım.
        Müalicə heç bir nəticə vermirdi. 1343-cü ildə onu Tehrana gətirməli oldum. Ümid edirdim ki, Tehrandakı həkimlər onun gözlərini müalicə edə biləcəklər.
        Müraciət etdiyim bir neçə həkim məni məyus etdi. Dedilər ki, onun hər iki gözü artıq görmür və onları sağaltmaq mümkün deyil.
        Əlbəttə, iki, üç ildən sonra onun bir gözü sağaldı və ömrünün sonunadək gözləri görürdü. Ancaq qeyd etdiyim vaxt onun gözləri tamamilə görmürdü və yol gedərkən onun əllərindən tutmalı olurduq. Ona görə də məni qəm-qüssə bürümüşdü. Əgər həmin vaxt atama diqqət yetirməsəydim və Qum şəhərinə gəlsəydim, o, evin bir küncündə oturmalı olacaq və heç bir mütaliə, yaxud işlə məşğul ola bilməyəcəkdi. Bu isə mənə çox ağır gəlirdi.
        Atamın mənə olan münasibəti də tamamilə başqa cür idi, digər qardaşlarımla bu cür ünsiyyəti yox idi. Mənimlə həkimə də gedirdi. Başqa qardaşlarımla həkimə getməsi onun üçün bir problem idi.
        Mən onun yanında olanda onun üçün kitablar oxuyur və biz bir-birimizlə elmi mübahisələr edirdik. Buna görə də mənimlə dost idi, amma qardaşlarım belə bir imkana malik deyildilər. Yaxud da belə bir imkan olmurdu.
        Hər bir halda hiss edirdim ki, onu Məşhəddə tək qoysaydım və özüm Qum şəhərinə qayıtsaydım, o, işsiz və əldən düşmüş bir adama çevrilərdi. Bu isə onun üçün çox ağır ola bilərdi. Mənim üçün də çox ağrılı və deyərdim ki, bədbəxtlik olardı.
        Digər tərəfdən əgər onunla birgə olsaydım və Qumdan əl çəksəydim, bu da mənim üçün məqbul deyildi. Ona görə ki, mən Qum şəhərinə qəlbən bağlı idim və belə bir qərara gəlmişdim ki, ömrümün sonunadək orada qalım və bu şəhərdən çıxmayım.
        O zaman mənim müəllimlərim, xüsusilə onlardan bəziləri israrla tələb edirdilər ki, mən Qum şəhərindən getməyim. Onlar deyirdilər ki, əgər sən Qum şəhərində qalsan, gələcək üçün faydalı ola bilərsən. Mən özüm də çox istəyirdim ki, Qum şəhərində qalım. Mən iki yol arasında qalmışdım.
        Bu məsələ Tehrana müalicə məqsədilə gəldiyimiz vaxtlarda baş verirdi. Belə ağır günləri mən tərəddüd içərisində keçirirdim.
        Bir gün mən çox narahat idim və həmin günü tərəddüd, nigarançılıq və iztirab içərisində başa vurdum. Əlbəttə, belə qərara gəlmişdim ki, atamı Məşhədə gətirim və onu orada saxlayıb Qum şəhərinə qayıdım. Amma mənim üçün çox ağır və dözülməz olduğundan Tehran şəhərinin Həsənabad məntəqəsində, dördyol ayrıcında yaşayan dostlarımdan birinin evinə getdim. Dostum çox mərifətli bir adam idi. Gördüm ki, çox narahatam, telefon etdim və dedim: “Əgər vaxtımız varsa, mən sizin yanınıza gəlirəm”. O da razılığını bildirdi.
        Mən onlara gedəndə yay axşamı idi və hər şeyi olduğu kimi danışdım. Dedim ki, mən çox narahatam və ürəyim ağrıyır. Narahatçılığımın da səbəbi məlumdur. Atamı indiki vəziyyətində tək qoya bilmirəm. Bu, mənim üçün çox ağırdır. Başqa bir tərəfdən əgər qismət olsa, atamla birgə olum, mən dünyanı və axirətimi Qumda görürəm və əgər dünya əhli olsam, mənim dünyam da Qumdadır. Əgər axirət əhli olsam, mənim axirətim də Qumdadır. Mənim dünyam və axirətim Qum şəhərindədir. Mən dünyadan və axirətimdən keçməliyəm ki, atamla gedib Məşhəd şəhərində qalım.
        Dostum azacıq fikrə gedib dedi: “Siz gəlin bir iş görün. Allah xatirinə Qum şəhərindən əl çəkin və gedib Məşhəddə qalın. Allah-Təala sizin dünya və axirətinizi Qumdan Məşhədə gətirə bilər”.
        Mən bir qədər fikrə getdim və gördüm ki, çox qeyri-adi və maraqlı söz söyləyir, adam Allah-Təala ilə sövdələşmə apara bilər. Mən hiss edirdim ki, mənim dünyam və axirətim Qum şəhərindədir. Əgər burada qalsaydım, həm Qum şəhərinə, həm buradakı dini mərkəzə, həm də Qumdakı hücrəyə böyük məhəbbətim var idi. Əslində ürəyim Quma bağlı idi və mən belə fikirləşirdim ki, dünyam və axirətim Qumdadır.
        Gördüm ki, yaxşı sözdür və mən Allah xatirinə atamı Məşhədə aparıb, onun yanında qala bilərəm. Allah-Təala əgər istəsə mənim dünya və axirətimi Qumdan Məşhədə gətirə bilər. Beləcə, qərara gəldim və könlüm açıldı. Gözlənilmədən əhvalım tamamilə dəyişildi, yəni tamamilə rahatlaşdım. Həmin məqamda qərara gəldim və çox rahat, sevinclə evə qayıtdım.
        Valideynlərim görürdülər ki, mən narahatam. Eyni zamanda mənim şadlanmağıma da təəccüb edirdilər. O zaman dedim ki, mən Məşhədə gəlməyi qərara almışam. Onlar da öncə inanmaq istəmədilər. Ona görə ki, mənim belə bir qərara gəlməyimi, yəni Qumdan əl çəkməyimi mümkünsüz hesab edirdilər. Biz Məşhədə getdik və Allah-Təala bizə böyük uğurlar bəxş etdi. Hər halda öz iş-gücümün dalınca getdim. Ona görə də əgər mən həyatda hansısa uğurlara nail olmuşamsa, tam əminəm ki, onlar həmin yaxşılıqla, yəni atam, bəlkə də ata və anam üçün etdiyim işlərlə bağlıdır.
        Bu söhbəti ona görə etdim ki, siz məlum məsələnin Allah-Təala yanında nə qədər mühüm olduğunu biləsiniz.1

        1 “Əxlaq dərsi” kitabçası, 1371-ci il, xordad ayı,  “Vəli-ye fəqih”in ordudakı nümayəndəliyinin nəşri

      • “Həyatımın unudulmayan günü”
      • “Məni elə məsxərəyə qoydular ki, dostum da xəcalət çəkdi”
      • Feyziyyə hekayəti
      • “Bunlar gedəcəklər, siz isə qalacaqsınız”
      • Xalqın münasibəti
      • “Pis olmadı, xeyli vaxt idi ki, çənəmi görməmişdim”
      • “Təhqir etmək üçün onların üzünə sillə vururdular”
      • Yanlış və ağılsız bir təhlil
      • “Adamlar mənim adımı İmam Xomeyninin adı ilə qarışdırır və deyirdilər: İmam Xomeyni gəlib...”
      • “Özümüz son gecə bölərik”
      • “Gözlə, onun dövlətinin sabahı açılsın...”
      • Məşhəddə İmam Həsən Muctəba (ə) məscidində imamlıq
      • Məşhədin Kəramət məscidində imamlıq etmə
      • Kəramət məscidi Ceyrofta sürgündən sonra əsas fəaliyyət mərkəzi idi
      • Həmin hadisələr inqilab günlərinin tarixini yaradırdı
      • Adamlar 50 kalibrli güllələrə tuş gəldilər
      • Tehran universitetindəki bəstə girmə Məşhəddəki bəstin nəticəsi idi
      • Yetmiş tümən, velosiped və ya kostyum
      • “Mən heç kimə söz vermədim, istefa verməsə, qəbul etmərəm”
      • “Tehranlıların Allahu-Əkbər fəryadını eşitdim”
      • “Gərək Tehrana gedəm”
      • On beş ildən sonra yürüş
      • “Mənim heç bir otaqda xüsusi stulum olmayıb”
      • “Mən çay dəmləməyi yaxşı bacarıram”
      • “Əksər gecələrimiz həyəcanlı olurdu”
      • İmamın (r) vaxtında qəbul etdiyi qərar
      • Bura İran İslam inqilabının radiosudur
      • İlk qələbədən sonra
      • Bir enlikürək ordu generalı daxil oldu
      • Baş nazir kim olsun?
      • Böyük dini rəhbərin ABŞ-a münasibətdə tutduğu mövqe
      • Nə üçün xalq “Amerikaya ölüm!” ifadəsindən əl çəkmir?
      • “Həft tir” meydanında baş verən böyük nümayiş
      • Müvəqqəti hökumət ABŞ-ın mənafeyini açıq şəkildə müdafiə edirdi
      • “Mənim üçün çox təəccüblü idi”
      • İmamın xəttini davam etdirən tələbələrin ABŞ-ın casusluq yuvasının ələ keçirilməsində inqilabi addımı
      • “Tələbələr təklif etdilər ki, mən həmin şəxs olum”
      • İkinci inqilab
      • “Liberallar deyinə-deyinə həmin yaraya əlac axtarırdılar”
      • “İnqilab Şurasında həmin tələbələrin addımını müdafiə edirdik”
      • Amerika hər şeyi əldən verdi
      • Sadəlövhlük məsələsi və Amerika ilə müzakirə
      • “Mən Amerika ilə müzakirənin əleyhinəyəm”
      • “Amerikadan qorxmadığınızı bilirik, bizi özünüzlə müqayisə etməyin”
      • Şəhid Nujə meydanında çevriliş macərası
      • İnqilabın böyük fədaisi
      • “Mən həmişə istəmişəm ki, siz (fədailər) ən yaxşılardan olasınız”
      • İslam inqilabının rəhbəri 7 tir hadisəsi haqda
      • Döyünən ürək
      • “Bura İslamın mərkəzidir”
      • “Siz yaşayın”
      • “Həyatımızın ən ağır məqamları”
      • Gecə saat 10:20-də
      • İmamın gördüyü hər bir iş Allah qiyamı məqsədi daşıyırdı
      • İmamın “Kumeyl” duası və şəban munacatına bağlılığı
      • İran nümayəndə heyətində İmamı görür və onun ətrini alırdı
      • “Əqidə qoruyucuları ona diqqət yetirməlidirlər”
      • “Bu, mənim etiqadımdır”
      • “Çalışın ki, dinin şöləsi aşağı düşməsin”
      • “Gördün, bu uşaqlar nə etdilər?”
      • Sevincin təsiri
      • “Mən özüm işləri görər və ağır yükləri öz çiynimə götürərəm”
      • “Minbərdə oturduğu ilk gün ağladı”
      • “İlahi bir qüvvə bizə yardım edir”
      • İmamın verdiyi böyük dərs
      • “Hər bir şey bizim borcumuz idi”
      • “Bizim həyatımız bu şeylərə uyğunlaşmamışdı”
      • “Əgər düyü yoxdursa, düyü yemərik”
      • Hacıxanımın sağlamlığı üçün salavat
      • “Bu bahalıqda bananı mənə almısan?”
      • Çörəkxanada başqalarının hüququna riayət etmə
      • “Evin fasadını düzəltməyə ehtiyac yoxdur”
      • “Voleybolu çox xoşlayırdım”
      • Məhəbbətdən yaranan göz yaşları
      • “Ölkəmiz müharibə vəziyyətindədir”
      • Həmin əvvəlki məhəbbət və əvvəlki həvəs
      • “Səni cəddimə and verirəm, bir söz də demə”
      • “Mənim o ağadan heç bir şikayətim yoxdur”
      • “Mən sizdən xahiş edirəm”
      • Qənaət
      • “Namazımın vaxtını ötürmək istəmirəm”
      • “Elə ağlayırdı ki, çiyinləri də tərpənirdi”
      • İmamın (r) böyük dini rəhbərə xüsusi qayğı göstərməsi
      • Azan səsi ruhdan düşmüş könülləri ruhlandırır
      • İstixarə
      • Müqəddəs Cəmkəran məscidi
      • Ağa və şəhidlər
      • İdman
      • Şəhid ailəsi ilə görüş
      • Əmmamənin mənəvi çəkisi çox böyükdür
      • “İslam sisteminin qılınc və qamçısının olmadığını düşünənlər səhv edirlər”
      • Novruz – bəşər tarixində yeni gün
      • “Gedin və həmin döşənəcəkləri gətirin”
      • Sadə yaşama tərzi
      • Mayasız fətirdir
      • Şagird müəlliminin nökəri kimi olmalıdır
      • Məntiqsiz və sadəlövhlüklə irəli sürülən arqument bəladır
      • “Radio və televiziyada ayıq olun ki, aşağıdakı üç eybdən qoruna biləsiniz”
      • “Çox qeyri-adi dualardır”
      • “Pərvərdigara, sənə təvəkkül edirəm”
    • ÜÇÜNCÜ FƏSİL – DOST SÖZÜ
    • DÖRDÜNCÜ FƏSİL – USTADIN HÜZURUNDA
    • BEŞİNCİ FƏSİL – ŞƏRİƏT ELMİNDƏ YÜKSƏK SƏVİYYƏYƏ ÇATMA
    • İstifadə olunan ədəbiyyat
700 /