Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

Böyük Dini Rəhbərin həyat və fəaliyyəti

  • BÖYÜK DİNİ RƏHBƏRİN HƏYAT VƏ FƏALİYYƏTİ
    • Ön söz
    • BİRİNCİ FƏSİL – GÜNƏŞİN DOĞMASI
    • İKİNCİ FƏSİL – İDRAKIN AÇARI
      • Xidmət göstərməyin iftixarı
      • “1323-cü il – bizim məktəbə getdiyimiz ilk günlər”
      • “Yazıq, könlünü xoş edirdi”
      • “Bizi ibtidai məktəbə apardıqları ilk gün”
      • “Anam bizim əmmaməmizi sarıyırdı”
      • “İbtidai məktəbin II-III sinfindən başımıza əmmamə qoydular”
      • “İbtidai məktəbdə istifadə etdiyim kitablar”
      • “O qədər mütaliə edirdim ki, azan səsini də eşitmirdim”
      • “Qəflətən özümü qorxutdum”
      • Bədii zövq və onun tənqidi
      • Arpa çörəyi
      • İki anadan səkkiz bacı və qardaş
      • Ata ocağı
      • “Atamın köhnə paltarları”
      • Minbəri yamsılama
      • Ata xətrinə Allahla sövdələşmə
      • “Həyatımın unudulmayan günü”
      • “Məni elə məsxərəyə qoydular ki, dostum da xəcalət çəkdi”
      • Feyziyyə hekayəti
      • “Bunlar gedəcəklər, siz isə qalacaqsınız”
      • Xalqın münasibəti
      • “Pis olmadı, xeyli vaxt idi ki, çənəmi görməmişdim”
      • “Təhqir etmək üçün onların üzünə sillə vururdular”
      • Yanlış və ağılsız bir təhlil
      • “Adamlar mənim adımı İmam Xomeyninin adı ilə qarışdırır və deyirdilər: İmam Xomeyni gəlib...”
      • “Özümüz son gecə bölərik”
      • “Gözlə, onun dövlətinin sabahı açılsın...”
      • Məşhəddə İmam Həsən Muctəba (ə) məscidində imamlıq
      • Məşhədin Kəramət məscidində imamlıq etmə
      • Kəramət məscidi Ceyrofta sürgündən sonra əsas fəaliyyət mərkəzi idi
      • Həmin hadisələr inqilab günlərinin tarixini yaradırdı
      • Adamlar 50 kalibrli güllələrə tuş gəldilər
      • Tehran universitetindəki bəstə girmə Məşhəddəki bəstin nəticəsi idi
      • Yetmiş tümən, velosiped və ya kostyum
      • “Mən heç kimə söz vermədim, istefa verməsə, qəbul etmərəm”
        Çap versiyası  ;  PDF
        “Mən heç kimə söz vermədim, istefa verməsə, qəbul etmərəm”
        Böyük dini rəhbər “Seda və sima”nın müxbirinə İmamın ölkəyə daxil olması barədə verdiyi müsahibədə buyurur: “Bu, o gecə ilə bağlı bir xatirədir ki, həmin gün bildirildi ki, ertəsi gün aeroportu bağladılar və Bəxtiyar istəyirdi ki, bu bəyanatı radioda oxusunlar. İnqilab Şurasının bir neçə üzvü Bəxtiyarla keçmişdə dostluq etdiklərindən, həmçinin müəyyən qədər də utandıqlarından bəyanatı göndərdilər ki, İnqilab Şurasında baxıb öz razılıqlarını versinlər.
        Əlbəttə, ola bilsin ki, həmin gün İnqilab Şurasının adını hələ bu qrup insanlara uyğun hesab etmirdilər, ancaq bilirdilər ki, İnqilab Şurası mövcuddur. Hər halda Şuraya kimlərin daxil olması onlara aydın deyildi. Lakin hər bir halda bu məlim idi ki, bir qrup şəxs İmamla əlaqəyə malikdirlər və onlardan şəhid Behiştinin, şəhid Motəhərrinin, bizim bəzi qardaşlarımızın, o cümlədən cənab Haşiminin, şəhid Bahönərin adlarını çəkmək olar. Onlar inqilabi proseslərlə bağlı məsələlərdə İmamla əlaqə saxlayırdılar. O gecə Bəxtiyarın qrupu ilə əlaqə saxlayan həmin şəxslərdən biri Bəxtiyarın bəyanatını gətirib bildirdi ki, o, bəzi məsələləri Ayətullah Xomeyni ilə müzakirə etmək üçün Parisə getmək istəyir. Həmin şəxs bəyanatı gətirib dedi ki, onu Bəxtiyar verib və deyir ki, İmam da bu bəyanatla razılaşmışdır. Əlbəttə, bu məsələ bizim üçün inanılmaz idi və biz İmamın Bəxtiyarla görüşü belə sadəliklə qəbul etməsinə inanmırdıq. Çünki biz əvvəlcədən bilirdik ki, İmamı ziyarət etməyin əsas şərti vəzifədən istefa etmək və hətta ondan daha da yuxarı, yəni şahlıq sistemindən imtina etmək və s. bu kimi məsələlərlə bağlıdır. Bizim aramızda bu şərtlərin İmamın xidmətinə nail olmaq üçün izn rolu oynaya biləcəyi deyilmişdi. Ona görə də biz qətiyyən təsəvvür edə bilmirdik ki, Bəxtiyar belə adi bir yolla İmamın yanına getmək barədə icazə ala bilsin. Ancaq bəyanatı gətirən həmin şəxsin özü də İnqilab Şurasının üzvü idi və deyirdi ki, belə bir işin olmasına heç bir şübhə yoxdur.
        İclasın əvvəlində bəyanatı gətirdilər və şəhid Behişti həmin iclasda yox idi. O gələnədək şəhid Motəhərri bəyanatdakı ifadələrdən birini düzəltdi. Şəhid Behişti gəldikdən sonra o da başqa bir səhvi düzəltdi. Nəticədə bu iki düzəliş təxminən bəyanatın məzmununu dəyişdirdi və onlar bildirdilər ki, əgər bu ifadələr belə olsa, onda Həzrət İmam tərəfindən qəbul edilə bilər. Lakin əksəriyyətin fikrincə, İmamın bu bəyanatı qəbul etməsi inandırıcı deyildi. Söhbət zamanı məclisdə iştirak edən silahdaşlarımızdan biri dedi: “Bu problem deyil, yaxşı olar ki, özümüz Parisə zəng edib ondan soruşaq”.
        Şəhid Motəhərri dedi: “Mən özüm soruşaram”. O, bu sözü deyib telefon olan qonşu otağa keçdi. O, bir qədər sonra qayıdıb dedi: “Bəli, İmam qəbul etdi”. Cənab Motəhərri bildirmişdi ki, biz burada iki məsələni düzəltmişik və onları Bəxtiyara qəbul etdirməliyik. Ancaq o tərəfdən deyilmişdi ki, siz bəyanatı dəyişdirməyə israr etməyin. İmam həmin mətni qəbul edib. Siz ancaq bir iş görün, bəyanatı günortadan sonra, yəni axşam saat səkkizdə “Xəbərlər”ə çatdırın.
        O qayıtdı və dedi ki, İmam qəbul etdi və deyir ki, israr etməyin. Biz dedik onda heç olmasa bu iki düzəliş edilsin. Həmin vaxt görüşmək ümidi ilə Qumdan gələn alimlər və şəhərlərdən gələn başqa alimlər “Əbəvi-ye İslami” adına orta məktəbdə toplaşdılar. Biz də onların toplantısına getdik. Dəqiq yadımda deyil, şəhid Behişti idi, yoxsa şəhid Motəhərri həmin məclisdə bir məsələni yeni xəbər kimi camaata çatdırdı ki, Bəxtiyar belə bir bəyanatı vermişdir, çox güman ki, İmam həmin bəyanatı qəbul etmişdir. Həmin məclisdə olan qardaşlarımız dedilər: “Yox, İmam bu bəyanatı qəbul etməmişdir, bu, bizim fikrimiz idi”.
        Biz də belə düşünürdük ki, bu bəyanatın İmam tərəfindən qəbul olunması mümkün deyildir. Nəhayət, həmin telefon danışığına və Parisdən verilən “İmam qəbul etmişdir” cavabına gəldikdə isə, deməliyik ki, həmin toplantıda iştirak edən dostlarımız dedilər: “Biz özümüz Parislə əlaqə yaratdıq, İmam qəbul etmişdir...”
        Həzrət dedi: “Mən özüm Parislə söhbət etməyincə buna inanmaram. Həmin yığıncaqda bu söhbətlə əlaqədar mübahisə başladı ki, görəsən, İmam düzəliş edilmiş bu yeni mətni qəbul edir, yoxsa yox?”
        Biz hamımız əmin idik ki, əgər İmam bunu qəbul edibsə, çox təəccüblü bir iş olmuşdur və bunu da hamı bilirdi ki, həmin əvvəlki iclasda iştirak edənlərin ixtiyarında elə bir telefon olmamışdır və onlar özləri Parislə söhbət etməmişdilər. Özləri birbaşa olaraq söhbət etmək fikrində idilər...
        O, Parisdəkilərə dedi ki, mənim dediyimi yazın və İmama çatdırın, sonra isə onun cavabını mənə verin. Biz Rifah mədrəsəsinə getdik və İmamın cavabını gözləməyə başladıq. Gecə yarısınadək həmin yığcam şəkildə yazılmış bəyanat Həzrət İmama çatdırıldı və İmam buyurdu: “Xeyr, mən heç bir kəsə söz verməmişəm”.
        Həmin gün səhərisi qəzetlərdə bunu yazdılar və bu, həmin gecə ilə bağlı xatirələrin ən maraqlı parçalarından biri idi ki, indiyədək heç bir kəs söyləməmişdir”.1

        1 Müsahibələr, “Seda və sima”nın müxbiri ilə 22 bəhmən xatirələri haqda müsahibə, 11/XI-1363, səh.180-182

      • “Tehranlıların Allahu-Əkbər fəryadını eşitdim”
      • “Gərək Tehrana gedəm”
      • On beş ildən sonra yürüş
      • “Mənim heç bir otaqda xüsusi stulum olmayıb”
      • “Mən çay dəmləməyi yaxşı bacarıram”
      • “Əksər gecələrimiz həyəcanlı olurdu”
      • İmamın (r) vaxtında qəbul etdiyi qərar
      • Bura İran İslam inqilabının radiosudur
      • İlk qələbədən sonra
      • Bir enlikürək ordu generalı daxil oldu
      • Baş nazir kim olsun?
      • Böyük dini rəhbərin ABŞ-a münasibətdə tutduğu mövqe
      • Nə üçün xalq “Amerikaya ölüm!” ifadəsindən əl çəkmir?
      • “Həft tir” meydanında baş verən böyük nümayiş
      • Müvəqqəti hökumət ABŞ-ın mənafeyini açıq şəkildə müdafiə edirdi
      • “Mənim üçün çox təəccüblü idi”
      • İmamın xəttini davam etdirən tələbələrin ABŞ-ın casusluq yuvasının ələ keçirilməsində inqilabi addımı
      • “Tələbələr təklif etdilər ki, mən həmin şəxs olum”
      • İkinci inqilab
      • “Liberallar deyinə-deyinə həmin yaraya əlac axtarırdılar”
      • “İnqilab Şurasında həmin tələbələrin addımını müdafiə edirdik”
      • Amerika hər şeyi əldən verdi
      • Sadəlövhlük məsələsi və Amerika ilə müzakirə
      • “Mən Amerika ilə müzakirənin əleyhinəyəm”
      • “Amerikadan qorxmadığınızı bilirik, bizi özünüzlə müqayisə etməyin”
      • Şəhid Nujə meydanında çevriliş macərası
      • İnqilabın böyük fədaisi
      • “Mən həmişə istəmişəm ki, siz (fədailər) ən yaxşılardan olasınız”
      • İslam inqilabının rəhbəri 7 tir hadisəsi haqda
      • Döyünən ürək
      • “Bura İslamın mərkəzidir”
      • “Siz yaşayın”
      • “Həyatımızın ən ağır məqamları”
      • Gecə saat 10:20-də
      • İmamın gördüyü hər bir iş Allah qiyamı məqsədi daşıyırdı
      • İmamın “Kumeyl” duası və şəban munacatına bağlılığı
      • İran nümayəndə heyətində İmamı görür və onun ətrini alırdı
      • “Əqidə qoruyucuları ona diqqət yetirməlidirlər”
      • “Bu, mənim etiqadımdır”
      • “Çalışın ki, dinin şöləsi aşağı düşməsin”
      • “Gördün, bu uşaqlar nə etdilər?”
      • Sevincin təsiri
      • “Mən özüm işləri görər və ağır yükləri öz çiynimə götürərəm”
      • “Minbərdə oturduğu ilk gün ağladı”
      • “İlahi bir qüvvə bizə yardım edir”
      • İmamın verdiyi böyük dərs
      • “Hər bir şey bizim borcumuz idi”
      • “Bizim həyatımız bu şeylərə uyğunlaşmamışdı”
      • “Əgər düyü yoxdursa, düyü yemərik”
      • Hacıxanımın sağlamlığı üçün salavat
      • “Bu bahalıqda bananı mənə almısan?”
      • Çörəkxanada başqalarının hüququna riayət etmə
      • “Evin fasadını düzəltməyə ehtiyac yoxdur”
      • “Voleybolu çox xoşlayırdım”
      • Məhəbbətdən yaranan göz yaşları
      • “Ölkəmiz müharibə vəziyyətindədir”
      • Həmin əvvəlki məhəbbət və əvvəlki həvəs
      • “Səni cəddimə and verirəm, bir söz də demə”
      • “Mənim o ağadan heç bir şikayətim yoxdur”
      • “Mən sizdən xahiş edirəm”
      • Qənaət
      • “Namazımın vaxtını ötürmək istəmirəm”
      • “Elə ağlayırdı ki, çiyinləri də tərpənirdi”
      • İmamın (r) böyük dini rəhbərə xüsusi qayğı göstərməsi
      • Azan səsi ruhdan düşmüş könülləri ruhlandırır
      • İstixarə
      • Müqəddəs Cəmkəran məscidi
      • Ağa və şəhidlər
      • İdman
      • Şəhid ailəsi ilə görüş
      • Əmmamənin mənəvi çəkisi çox böyükdür
      • “İslam sisteminin qılınc və qamçısının olmadığını düşünənlər səhv edirlər”
      • Novruz – bəşər tarixində yeni gün
      • “Gedin və həmin döşənəcəkləri gətirin”
      • Sadə yaşama tərzi
      • Mayasız fətirdir
      • Şagird müəlliminin nökəri kimi olmalıdır
      • Məntiqsiz və sadəlövhlüklə irəli sürülən arqument bəladır
      • “Radio və televiziyada ayıq olun ki, aşağıdakı üç eybdən qoruna biləsiniz”
      • “Çox qeyri-adi dualardır”
      • “Pərvərdigara, sənə təvəkkül edirəm”
    • ÜÇÜNCÜ FƏSİL – DOST SÖZÜ
    • DÖRDÜNCÜ FƏSİL – USTADIN HÜZURUNDA
    • BEŞİNCİ FƏSİL – ŞƏRİƏT ELMİNDƏ YÜKSƏK SƏVİYYƏYƏ ÇATMA
    • İstifadə olunan ədəbiyyat
700 /