Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

Böyük Dini Rəhbərin həyat və fəaliyyəti

  • BÖYÜK DİNİ RƏHBƏRİN HƏYAT VƏ FƏALİYYƏTİ
    • Ön söz
    • BİRİNCİ FƏSİL – GÜNƏŞİN DOĞMASI
    • İKİNCİ FƏSİL – İDRAKIN AÇARI
      • Xidmət göstərməyin iftixarı
      • “1323-cü il – bizim məktəbə getdiyimiz ilk günlər”
      • “Yazıq, könlünü xoş edirdi”
      • “Bizi ibtidai məktəbə apardıqları ilk gün”
      • “Anam bizim əmmaməmizi sarıyırdı”
      • “İbtidai məktəbin II-III sinfindən başımıza əmmamə qoydular”
      • “İbtidai məktəbdə istifadə etdiyim kitablar”
      • “O qədər mütaliə edirdim ki, azan səsini də eşitmirdim”
      • “Qəflətən özümü qorxutdum”
      • Bədii zövq və onun tənqidi
      • Arpa çörəyi
      • İki anadan səkkiz bacı və qardaş
      • Ata ocağı
      • “Atamın köhnə paltarları”
      • Minbəri yamsılama
      • Ata xətrinə Allahla sövdələşmə
      • “Həyatımın unudulmayan günü”
      • “Məni elə məsxərəyə qoydular ki, dostum da xəcalət çəkdi”
      • Feyziyyə hekayəti
      • “Bunlar gedəcəklər, siz isə qalacaqsınız”
      • Xalqın münasibəti
      • “Pis olmadı, xeyli vaxt idi ki, çənəmi görməmişdim”
      • “Təhqir etmək üçün onların üzünə sillə vururdular”
      • Yanlış və ağılsız bir təhlil
      • “Adamlar mənim adımı İmam Xomeyninin adı ilə qarışdırır və deyirdilər: İmam Xomeyni gəlib...”
      • “Özümüz son gecə bölərik”
      • “Gözlə, onun dövlətinin sabahı açılsın...”
      • Məşhəddə İmam Həsən Muctəba (ə) məscidində imamlıq
      • Məşhədin Kəramət məscidində imamlıq etmə
      • Kəramət məscidi Ceyrofta sürgündən sonra əsas fəaliyyət mərkəzi idi
      • Həmin hadisələr inqilab günlərinin tarixini yaradırdı
      • Adamlar 50 kalibrli güllələrə tuş gəldilər
      • Tehran universitetindəki bəstə girmə Məşhəddəki bəstin nəticəsi idi
      • Yetmiş tümən, velosiped və ya kostyum
      • “Mən heç kimə söz vermədim, istefa verməsə, qəbul etmərəm”
      • “Tehranlıların Allahu-Əkbər fəryadını eşitdim”
      • “Gərək Tehrana gedəm”
      • On beş ildən sonra yürüş
      • “Mənim heç bir otaqda xüsusi stulum olmayıb”
      • “Mən çay dəmləməyi yaxşı bacarıram”
      • “Əksər gecələrimiz həyəcanlı olurdu”
      • İmamın (r) vaxtında qəbul etdiyi qərar
      • Bura İran İslam inqilabının radiosudur
      • İlk qələbədən sonra
      • Bir enlikürək ordu generalı daxil oldu
      • Baş nazir kim olsun?
      • Böyük dini rəhbərin ABŞ-a münasibətdə tutduğu mövqe
      • Nə üçün xalq “Amerikaya ölüm!” ifadəsindən əl çəkmir?
      • “Həft tir” meydanında baş verən böyük nümayiş
      • Müvəqqəti hökumət ABŞ-ın mənafeyini açıq şəkildə müdafiə edirdi
      • “Mənim üçün çox təəccüblü idi”
        Çap versiyası  ;  PDF
        “Mənim üçün çox təəccüblü idi”
        Həzrət inqilabın ilk vaxtlarında Müdafiə Şurası ilə bağlı xatirələrində buyurur:
        – Mənim Ali Müdafiə Şurası haqqında bir xatirəm var və indi onu sizə danışmaq istəyirəm. Yadımda qaldığına görə həmin günlər Ali Müdafiə Şurasının iclaslarından birində bir məsələ müzakirə olundu və həmin məsələ mənim üçün çox təəccüblü idi. O zaman Ali Müdafiə Şurası baş nazirdən, onun köhnə dostlarından olan müdafiə nazirindən, o vaxtkı qərargah rəisindən, iki nəfər dövlət başçısının müşaviri olan hərbçidən və məndən ibarət idi.
        Ancaq mənim həmin iclasda iştirak etməyimin səbəbini bilmirəm və dəqiq yadımda deyil. Görəsən, necə oldu ki, mən də həmin iclasda iştirak etdim. Axı bizə həmin iclaslarda iştirak etmək hüququ verilmirdi. Sonralar mərhum şəhid Çəmran da həmin iclaslarda iştirak edirdi. Ancaq mən şəhid Çəmrandan əvvəl həmin iclasların üzvü idim və yadımda qaldığına görə iki nəfər hərbçini cənab Mühəndis Bazərqan seçmişdi. Onlardan biri şah dövründə Hərbi Hava Qüvvələri komandanının müavini, korpus generalı Azər Bərzeyn, digəri isə piyada qoşunları üzrə diviziya generalı general Xəzayi idi. Təsəvvür edirəm, bu iki nəfər şah rejimi ilə bağlı orduların tərkib hissəsi və onlara çox yaxın idilər. O dövrün qərargah rəisi ilə çox ehtimal ki, Hərbi Hava Qüvvələrinin komandanı sonralar həbs olunub həbsxanaya salındılar. Burada başqaları da var idi. Bir gün Ali Müdafiə Şurasının yığıncağında iclasın katibi gündəlikdəki məsələləri oxuyanda belə bir söz dedi və şərh etdi ki, Amerikanın İrandakı müşavirliyinin bürosu özlərinin İrandakı hərbi kontoru üçün dörd nəfəri təklif edirlər. Onlar deyiblər ki, öncə bizim hərbi kontorumuz hərbi müşavirlik adlandırılsa da, indi həmin müşavirlik sistemi əvvəlki parametrlərə malik deyil. Həmin dörd nəfərdən birini qeyd etdiyimiz qurum üçün təklif edirik.
        Mən həmin yerdə gözlənilmədən tam təəccüb içində idim ki, amerikalılar hələ də ordunun içindədilər. Halbuki biz belə düşünürdük ki, amerikalılar tamamilə kənarlaşdırılıblar və ordudan çıxarılıblar. Bununla belə, həmin iclasda məlum oldu ki, amerikalılar orduda iştirak edirlər. Ona görə də mən təəccüblə soruşdum: “Nə ad, nə büro, nə mərkəz? Məgər amerikalılar hələ də Hərbi Hava Qüvvələrində və orduda vardırlar?”
        Dedilər ki, bəli, belə bir büro vardır.
        Ona görə də mən dedim ki, belə bir mərkəzin, büronun mövcudluğundan xəbərim olmadığı üçün bu məsələ müzakirə olunmayacaqdır. Buna görə də öncə bizim üçün bu suallara cavab verin: bu büro nə vaxt yaradılıb, üzvləri neçə nəfərdir? Onun təşkil edilməsinə kim icazə verib? Daha bir neçə başqa suallar da verdim ki, indi həmin sualları tam dəqiqliklə xatırlamıram. Ancaq hər halda dedim ki, öncə həmin sualların cavabını bizə söyləyin, sonra bu məsələ ətrafında müzakirə apararıq.
        Əlbəttə, həmin iclasda heç bir kəs mənim bu suallarıma qarşı çıxmağa cürət etmədi. Məsələ amerikalılarla əlaqədar olduğundan və təhlükəli xarakter kəsb etdiyindən qorxurdular ki, mənə qarşı çıxsalar, özləri üçün pis olacaqdır.
        Məqsədim budur ki, məmləkətin ən həssas siyasi və hərbi orqanlarından biri olan Ali Müdafiə Şurasında amerikalıların İranda bürosu haqda müzakirə açılır və o dövrün hökumət başçısı bunu çox rahatlıqla dinləyib, məsələyə münasibətdə heç bir həssaslıq nümayiş etdirmir. Görünür, əgər mən o iclasda olmasaydım, ona bir nəfər də təyin edərdilər və bununla da məsələ bitirdi, qanuniləşirdi və ya ona bənzər olurdu. Beləliklə amerikalılar İrana qayıtmaq ümidinə malik olurdular və bu ümid yersiz də deyildi.

      • İmamın xəttini davam etdirən tələbələrin ABŞ-ın casusluq yuvasının ələ keçirilməsində inqilabi addımı
      • “Tələbələr təklif etdilər ki, mən həmin şəxs olum”
      • İkinci inqilab
      • “Liberallar deyinə-deyinə həmin yaraya əlac axtarırdılar”
      • “İnqilab Şurasında həmin tələbələrin addımını müdafiə edirdik”
      • Amerika hər şeyi əldən verdi
      • Sadəlövhlük məsələsi və Amerika ilə müzakirə
      • “Mən Amerika ilə müzakirənin əleyhinəyəm”
      • “Amerikadan qorxmadığınızı bilirik, bizi özünüzlə müqayisə etməyin”
      • Şəhid Nujə meydanında çevriliş macərası
      • İnqilabın böyük fədaisi
      • “Mən həmişə istəmişəm ki, siz (fədailər) ən yaxşılardan olasınız”
      • İslam inqilabının rəhbəri 7 tir hadisəsi haqda
      • Döyünən ürək
      • “Bura İslamın mərkəzidir”
      • “Siz yaşayın”
      • “Həyatımızın ən ağır məqamları”
      • Gecə saat 10:20-də
      • İmamın gördüyü hər bir iş Allah qiyamı məqsədi daşıyırdı
      • İmamın “Kumeyl” duası və şəban munacatına bağlılığı
      • İran nümayəndə heyətində İmamı görür və onun ətrini alırdı
      • “Əqidə qoruyucuları ona diqqət yetirməlidirlər”
      • “Bu, mənim etiqadımdır”
      • “Çalışın ki, dinin şöləsi aşağı düşməsin”
      • “Gördün, bu uşaqlar nə etdilər?”
      • Sevincin təsiri
      • “Mən özüm işləri görər və ağır yükləri öz çiynimə götürərəm”
      • “Minbərdə oturduğu ilk gün ağladı”
      • “İlahi bir qüvvə bizə yardım edir”
      • İmamın verdiyi böyük dərs
      • “Hər bir şey bizim borcumuz idi”
      • “Bizim həyatımız bu şeylərə uyğunlaşmamışdı”
      • “Əgər düyü yoxdursa, düyü yemərik”
      • Hacıxanımın sağlamlığı üçün salavat
      • “Bu bahalıqda bananı mənə almısan?”
      • Çörəkxanada başqalarının hüququna riayət etmə
      • “Evin fasadını düzəltməyə ehtiyac yoxdur”
      • “Voleybolu çox xoşlayırdım”
      • Məhəbbətdən yaranan göz yaşları
      • “Ölkəmiz müharibə vəziyyətindədir”
      • Həmin əvvəlki məhəbbət və əvvəlki həvəs
      • “Səni cəddimə and verirəm, bir söz də demə”
      • “Mənim o ağadan heç bir şikayətim yoxdur”
      • “Mən sizdən xahiş edirəm”
      • Qənaət
      • “Namazımın vaxtını ötürmək istəmirəm”
      • “Elə ağlayırdı ki, çiyinləri də tərpənirdi”
      • İmamın (r) böyük dini rəhbərə xüsusi qayğı göstərməsi
      • Azan səsi ruhdan düşmüş könülləri ruhlandırır
      • İstixarə
      • Müqəddəs Cəmkəran məscidi
      • Ağa və şəhidlər
      • İdman
      • Şəhid ailəsi ilə görüş
      • Əmmamənin mənəvi çəkisi çox böyükdür
      • “İslam sisteminin qılınc və qamçısının olmadığını düşünənlər səhv edirlər”
      • Novruz – bəşər tarixində yeni gün
      • “Gedin və həmin döşənəcəkləri gətirin”
      • Sadə yaşama tərzi
      • Mayasız fətirdir
      • Şagird müəlliminin nökəri kimi olmalıdır
      • Məntiqsiz və sadəlövhlüklə irəli sürülən arqument bəladır
      • “Radio və televiziyada ayıq olun ki, aşağıdakı üç eybdən qoruna biləsiniz”
      • “Çox qeyri-adi dualardır”
      • “Pərvərdigara, sənə təvəkkül edirəm”
    • ÜÇÜNCÜ FƏSİL – DOST SÖZÜ
    • DÖRDÜNCÜ FƏSİL – USTADIN HÜZURUNDA
    • BEŞİNCİ FƏSİL – ŞƏRİƏT ELMİNDƏ YÜKSƏK SƏVİYYƏYƏ ÇATMA
    • İstifadə olunan ədəbiyyat
700 /