Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

Böyük Dini Rəhbərin həyat və fəaliyyəti

  • BÖYÜK DİNİ RƏHBƏRİN HƏYAT VƏ FƏALİYYƏTİ
    • Ön söz
    • BİRİNCİ FƏSİL – GÜNƏŞİN DOĞMASI
    • İKİNCİ FƏSİL – İDRAKIN AÇARI
      • Xidmət göstərməyin iftixarı
      • “1323-cü il – bizim məktəbə getdiyimiz ilk günlər”
      • “Yazıq, könlünü xoş edirdi”
      • “Bizi ibtidai məktəbə apardıqları ilk gün”
      • “Anam bizim əmmaməmizi sarıyırdı”
      • “İbtidai məktəbin II-III sinfindən başımıza əmmamə qoydular”
      • “İbtidai məktəbdə istifadə etdiyim kitablar”
      • “O qədər mütaliə edirdim ki, azan səsini də eşitmirdim”
      • “Qəflətən özümü qorxutdum”
      • Bədii zövq və onun tənqidi
      • Arpa çörəyi
      • İki anadan səkkiz bacı və qardaş
      • Ata ocağı
      • “Atamın köhnə paltarları”
      • Minbəri yamsılama
      • Ata xətrinə Allahla sövdələşmə
      • “Həyatımın unudulmayan günü”
      • “Məni elə məsxərəyə qoydular ki, dostum da xəcalət çəkdi”
      • Feyziyyə hekayəti
      • “Bunlar gedəcəklər, siz isə qalacaqsınız”
      • Xalqın münasibəti
      • “Pis olmadı, xeyli vaxt idi ki, çənəmi görməmişdim”
      • “Təhqir etmək üçün onların üzünə sillə vururdular”
      • Yanlış və ağılsız bir təhlil
      • “Adamlar mənim adımı İmam Xomeyninin adı ilə qarışdırır və deyirdilər: İmam Xomeyni gəlib...”
      • “Özümüz son gecə bölərik”
      • “Gözlə, onun dövlətinin sabahı açılsın...”
      • Məşhəddə İmam Həsən Muctəba (ə) məscidində imamlıq
      • Məşhədin Kəramət məscidində imamlıq etmə
      • Kəramət məscidi Ceyrofta sürgündən sonra əsas fəaliyyət mərkəzi idi
      • Həmin hadisələr inqilab günlərinin tarixini yaradırdı
      • Adamlar 50 kalibrli güllələrə tuş gəldilər
      • Tehran universitetindəki bəstə girmə Məşhəddəki bəstin nəticəsi idi
      • Yetmiş tümən, velosiped və ya kostyum
      • “Mən heç kimə söz vermədim, istefa verməsə, qəbul etmərəm”
      • “Tehranlıların Allahu-Əkbər fəryadını eşitdim”
      • “Gərək Tehrana gedəm”
      • On beş ildən sonra yürüş
      • “Mənim heç bir otaqda xüsusi stulum olmayıb”
      • “Mən çay dəmləməyi yaxşı bacarıram”
      • “Əksər gecələrimiz həyəcanlı olurdu”
      • İmamın (r) vaxtında qəbul etdiyi qərar
      • Bura İran İslam inqilabının radiosudur
      • İlk qələbədən sonra
      • Bir enlikürək ordu generalı daxil oldu
      • Baş nazir kim olsun?
      • Böyük dini rəhbərin ABŞ-a münasibətdə tutduğu mövqe
      • Nə üçün xalq “Amerikaya ölüm!” ifadəsindən əl çəkmir?
      • “Həft tir” meydanında baş verən böyük nümayiş
      • Müvəqqəti hökumət ABŞ-ın mənafeyini açıq şəkildə müdafiə edirdi
      • “Mənim üçün çox təəccüblü idi”
      • İmamın xəttini davam etdirən tələbələrin ABŞ-ın casusluq yuvasının ələ keçirilməsində inqilabi addımı
      • “Tələbələr təklif etdilər ki, mən həmin şəxs olum”
      • İkinci inqilab
      • “Liberallar deyinə-deyinə həmin yaraya əlac axtarırdılar”
      • “İnqilab Şurasında həmin tələbələrin addımını müdafiə edirdik”
      • Amerika hər şeyi əldən verdi
      • Sadəlövhlük məsələsi və Amerika ilə müzakirə
      • “Mən Amerika ilə müzakirənin əleyhinəyəm”
      • “Amerikadan qorxmadığınızı bilirik, bizi özünüzlə müqayisə etməyin”
      • Şəhid Nujə meydanında çevriliş macərası
      • İnqilabın böyük fədaisi
      • “Mən həmişə istəmişəm ki, siz (fədailər) ən yaxşılardan olasınız”
      • İslam inqilabının rəhbəri 7 tir hadisəsi haqda
        Çap versiyası  ;  PDF
        İslam inqilabının rəhbəri 7 tir hadisəsi haqda
        Böyük dini rəhbər 1360-cı ildə Tehranın Abuzər məscidində çıxış edərkən sui-qəsdə məruz qaldı və sağ əlindən ağır yara alaraq 42 gün müddətində müalicə olundu.
        Tir ayının 7-də son dərəcə acı və ürək yandırıcı bir hadisə İslam Respublikası Partiyasında baş verdi və şəhid doktor Behişti, habelə 72 nəfər İmama (r) sadiq olan şəxs şəhid oldu. Ona görə də böyük dini rəhbər bu  hadisə, yəni partiyada baş verən hadisədən xəbər tutması ilə əlaqədar olaraq buyurur:
        – Həmin vəziyyətdə çox istəyirdim ki, onu (doktor Behiştini) öz yanımda görüm və hiss edirdim ki, əgər onu görsəm yaxşılaşaram, daha da güclü olaram, əhvalım yüksələr. Sonra da soruşdum ki, Behişti xəstəxanaya gəlmədi?
        Dedilər ki, o gəlmişdi, ancaq siz huşsuz vəziyyətdə idiniz və yatmışdınız. Ona görə də getdi. Ondan sonra heç bir şey başa düşmədim. Bir neçə gündən sonra dostlar yanıma gəldilər, ancaq cənab Behişti gəlmədi. Öz-özümə belə təsəvvür edirdim ki, onun işləri çox olduğundan və daim özü üçün iş düzəltdiyindən xəstəxanaya gələ bilmir. Ancaq mən yenə də onun yolunu gözləyirdim.
        Birinci və ikinci gecə mürgüləməkdə idim ki, həkimlərdən biri yanıma gəlib, başını mənə tərəf əydi və dedi: mən bir həqiqəti sizə deməliyəm və o da bundan ibarətdir ki, partiyada bir partlayış olub. Ancaq keyləşdirilmiş vəziyyətdə və azacıq huşsuz olduğumdan həqiqətdə məsələyə həssaslıq göstərə bilmədim və həmin hadisə mənə o qədər də mühüm hadisə kimi görünmədi. Ona görə də xəstəxana xidmətçilərindən mənə qəzet gətirilməsini xahiş etdim. Amma onlar imtina etdilər. Mənim başıma gələn hadisənin səkkizinci və ya doqquzuncu günü idi, bir gün axşam cənab Haşimi və Hacı Əhmədağa gəldilər və mənim yanımda oturdular. Məni müalicə edən həkim otağa daxil oldu və dedi ki, əgər icazə verirsinizsə, qəzet və radio məsələsini bu cənablara deyim. Mən israrla radio gətirilməsini tələb etdiyimdən onlar da dedilər ki, əgər radio gətirsək, həmin elektron aparatlar sıradan çıxacaqdır. (Mənim bədənimdə – ciyərimdə, ürəyimdə və s. də çoxlu sistemlər var idi.) Həmin vaxt, yəni birinci gecə radionu gətirdilər, İmamın (r) müraciətinə qulaq asdıq. Amma dedilər ki, xəstəxanada bunu mənə irad tutdular.
        Bir gün uşaqlardan birisini göndərdim ki, gedib qəzet alıb gətirsin. Getdi, ancaq qayıtmadı. Mən çox əsəbiləşdim və başqa birisini göndərdim və qəzet almağı tapşırdım. O, qayıdanda bildirdi ki,bu ətraflarda qəzet yoxdur.
        Ona dedim ki, get, gəz dolan, bu böyüklükdə bir şəhərdən bir qəzet alıb gətir, ancaq əliboş qayıtma.
        O da getdi və qayıtmadı. Başqa birisini göndərdim, o da getdi və qayıtmadı. Mən xəstəlik müddətindəki əsəbiliklə əlaqədar olaraq bir qədər çılğınlıq etdim. Həmin gün, yaxud ertəsi gün gördülər ki, məni heç cürə sakitləşdirə bilmirlər, cənab Haşimi xəstəxanaya gələndə həkim ona dedi ki, mən radio və qəzet gətirilməsini tələb edirəm. Biz bilmirik, məsləhətdir, yoxsa yox?
        Cənab Haşimi mənə dedi:
        – Qəzet və radionu nə üçün istəyirsən?
        Dedim: Mənim heç bir şeydən xəbərim yoxdur, burada tək qalmışam.
        O dedi: İndi sən elə fikirləşirsən ki, xəstəxanadan kənarda çox yaxşı xəbərlər vardır və sən burada özünü narahat edirsən?
        Dedim: Hər halda eybi yoxdur.
        Dedi: Sizin partiyada baş vermiş partlayış haqda xəbəriniz vardır?
        Elə bu zaman həkimin birinci gün mənə dediyi “partiyada partlayış olub” – fikri yadıma düşdü və mən dedim:
        – Partiyada partlayış olub? Orada nə baş verib?
        Dedi: Heç, bəzi dostlarımız üçün narahat oldum.
        Dedim: Cənab Behiştiyə nə olmuşdur? Çox narahatam.
        Dedi: Cənab Behişti də yaralanıb. Yaralanıb sözünü eşidəndə özümdən asılı olmayaraq ağlamağa başladım. Əhmədağa da ona köməklik etdi.
        Soruşdum: Cənab Behiştinin yarası hansı səviyyədədir? Mənim kimidir, məndən yaxşıdır, yoxsa məndən daha ağırdır?
        Dedi: Xeyr, elə sizin kimidir.
        Mən ondan xahiş etdim ki, cənab Behiştinin xilas edilməsi üçün ölkənin bütün tibbi imkanlarını səfərbər etsin. Əsla ona diqqətsizlik göstərməyin. Sonra isə soruşdum ki, o, haradadır?
        Dedi: Filan xəstəxanadadır, nə isə məni nigaran qoyub getdi.
        O gedəndən sonra oradakı adamların birindən məsələnin necə baş verdiyini soruşdum, cənab Behiştinin harada yaralandığını öyrənmək istədim. Başa düşdüm ki, nəyisə məndən gizlədirlər. Bu zaman mənim ətrafımda olan uşaqlardan biri otağa daxil oldu. İndi yadımda deyil, nə olmuşdur – deyə ondan soruşdum. Amma yadımda qalan budur ki, necə deyərlər, fürsəti fövtə verməmişdim. O dedi, bəli, bir qədər əvvəl ömrünü başa vurdu. Mən onun artıq şəhid olduğunu bildim, ancaq hadisənin bütün incəliklərini sonradan öyrəndim. Ağa Məhəmmədrzanın mənə baş çəkməyə gəldiyi gün dedilər ki, Məhəmmədrza Behişti görüşə gəlib. Mən son dərəcə narahat olduğumdan danışa bilmirdim. Bu hadisəni qəbul etmək mənim üçün çox ağır idi. Hətta indi də yadıma salanda düşünürəm ki, həmin vaxt çox ağır zərbə almışdım.
        Böyük dini rəhbər Ayətullah Behiştinin şəxsiyyəti barədə buyurur:
        – Mərhum Behiştinin şəxsiyyətinin iki tərəfi vardır: Biri cənab Behiştinin şəxsiyyət tərəfi, o birisi isə onun cəmiyyətdə tutduğu mövqe ilə bağlıdır. O, həqiqətən də öz yaxın dostlarından ötrü cəmiyyətdə tutduğu mövqe baxımından çox əziz bir insan idi. Keyfiyyətlərinə gəldikdə çox mehriban bir insan idi, heç vaxt kiminləsə düşmənçilik etməzdi, pisliklə işi olmazdı, yersiz əsəbiləşməzdi və əbəs yerə kimisə incitməzdi.
        İnsanın bəzən öz dostlarında və tanışlarında müşahidə etdiyi ikiüzlülük və hiyləgərlik kimi hallar əsla onda özünü büruzə verməzdi, heç vaxt özünün bu kimi xüsusiyyətlərin əsirinə çevrilməsinə imkan verməzdi.1

        1 Müsahibələr, səh.260-261

      • Döyünən ürək
      • “Bura İslamın mərkəzidir”
      • “Siz yaşayın”
      • “Həyatımızın ən ağır məqamları”
      • Gecə saat 10:20-də
      • İmamın gördüyü hər bir iş Allah qiyamı məqsədi daşıyırdı
      • İmamın “Kumeyl” duası və şəban munacatına bağlılığı
      • İran nümayəndə heyətində İmamı görür və onun ətrini alırdı
      • “Əqidə qoruyucuları ona diqqət yetirməlidirlər”
      • “Bu, mənim etiqadımdır”
      • “Çalışın ki, dinin şöləsi aşağı düşməsin”
      • “Gördün, bu uşaqlar nə etdilər?”
      • Sevincin təsiri
      • “Mən özüm işləri görər və ağır yükləri öz çiynimə götürərəm”
      • “Minbərdə oturduğu ilk gün ağladı”
      • “İlahi bir qüvvə bizə yardım edir”
      • İmamın verdiyi böyük dərs
      • “Hər bir şey bizim borcumuz idi”
      • “Bizim həyatımız bu şeylərə uyğunlaşmamışdı”
      • “Əgər düyü yoxdursa, düyü yemərik”
      • Hacıxanımın sağlamlığı üçün salavat
      • “Bu bahalıqda bananı mənə almısan?”
      • Çörəkxanada başqalarının hüququna riayət etmə
      • “Evin fasadını düzəltməyə ehtiyac yoxdur”
      • “Voleybolu çox xoşlayırdım”
      • Məhəbbətdən yaranan göz yaşları
      • “Ölkəmiz müharibə vəziyyətindədir”
      • Həmin əvvəlki məhəbbət və əvvəlki həvəs
      • “Səni cəddimə and verirəm, bir söz də demə”
      • “Mənim o ağadan heç bir şikayətim yoxdur”
      • “Mən sizdən xahiş edirəm”
      • Qənaət
      • “Namazımın vaxtını ötürmək istəmirəm”
      • “Elə ağlayırdı ki, çiyinləri də tərpənirdi”
      • İmamın (r) böyük dini rəhbərə xüsusi qayğı göstərməsi
      • Azan səsi ruhdan düşmüş könülləri ruhlandırır
      • İstixarə
      • Müqəddəs Cəmkəran məscidi
      • Ağa və şəhidlər
      • İdman
      • Şəhid ailəsi ilə görüş
      • Əmmamənin mənəvi çəkisi çox böyükdür
      • “İslam sisteminin qılınc və qamçısının olmadığını düşünənlər səhv edirlər”
      • Novruz – bəşər tarixində yeni gün
      • “Gedin və həmin döşənəcəkləri gətirin”
      • Sadə yaşama tərzi
      • Mayasız fətirdir
      • Şagird müəlliminin nökəri kimi olmalıdır
      • Məntiqsiz və sadəlövhlüklə irəli sürülən arqument bəladır
      • “Radio və televiziyada ayıq olun ki, aşağıdakı üç eybdən qoruna biləsiniz”
      • “Çox qeyri-adi dualardır”
      • “Pərvərdigara, sənə təvəkkül edirəm”
    • ÜÇÜNCÜ FƏSİL – DOST SÖZÜ
    • DÖRDÜNCÜ FƏSİL – USTADIN HÜZURUNDA
    • BEŞİNCİ FƏSİL – ŞƏRİƏT ELMİNDƏ YÜKSƏK SƏVİYYƏYƏ ÇATMA
    • İstifadə olunan ədəbiyyat
700 /