Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

Böyük Dini Rəhbərin həyat və fəaliyyəti

  • BÖYÜK DİNİ RƏHBƏRİN HƏYAT VƏ FƏALİYYƏTİ
    • Ön söz
    • BİRİNCİ FƏSİL – GÜNƏŞİN DOĞMASI
    • İKİNCİ FƏSİL – İDRAKIN AÇARI
    • ÜÇÜNCÜ FƏSİL – DOST SÖZÜ
      • İslamın öhdədarı və millətin xidmətçisi
      • Mərhum İmamın kəlamında üç dost
      • Elmdə və əməldə qabiliyyətli
      • Cənab Ağa Seyid Əliağa
      • Mən Seyid Əliağanı ədalətli insan hesab edirəm
      • Cənab Xameneyi Səlləməhullah
      • Prezidentin sərəncamını təsdiq etmə
      • Danışan dil
      • Mərhum İmamın əziz rəhbərimiz haqda duası
      • İslamın xidmətçisi
      • Möhtərəm alim
      • Mütəfəkkir və alim
      • “Nə üçün özünüz bilmirsiniz?”
      • O, həqiqətən də rəhbərliyə layiqdir
      • Cənab Xameneyi kimi
      • İmamın böyük xəbərdarlığı
      • Ruhanilərin müqəddəs işi
      • İmamın müşaviri
      • Fədakar əsgər və öyrədən müəllim
        Çap versiyası  ;  PDF
        Fədakar əsgər və öyrədən müəllim
        Həzrət İmam Xomeyni (r) Tehranın Abuzər məscidində böyük dini rəhbərə qarşı törədilmiş sui-qəsddən sonra belə bir açıqlama verir:
        Bismillahir-Rəhmanir-Rəhim
        Cənab Höccətülislam Hacı Seyid Əli Xameneyi (Allah iltifatını artıq etsin!)
        Allah-Təalaya şükürlər olsun ki, İslamın düşmənləri axmaq şəxslərdən və qruplardan ibarətdir. Allah-Təalaya şükürlər olsun ki, böyük İslam inqilabının ilk günlərindən etibarən düşmənlərimizin hazırladıqları bütün planlara, bütün sui-qəsdlərə və çıxışlara baxmayaraq, fədakar millətimiz daha da birləşdi, daha da möhkəmləndi və beləcə “Bu din həmişə mənəviyyatsız insanların axmaq hərəkətləri vasitəsilə güclənər” fikri öz təsdiqini tapdı.
        Bunlar harada danışdılarsa özlərini rüsvay etdilər. Hər nə məqalə yazdılarsa milləti daha da oyatdılar. Hər nə qədər görkəmli şəxsiyyətləri terrora məruz qoydularsa millətimizin müqavimət gücünü daha da artırdılar.
        İndi inqilabımızın düşmənləri sizə – Peyğəmbərin (s), Hüseyn ibn Əlinin (ə) nəslindən olan bir insana, həyatını İslama və İslam ölkəsinə xidmətə sərf edən bir şəxsə, müharibə meydanında fədakar bir əsgərə, mehrabda öyrədən müəllimə, cümə və camaat namazında bacarıqlı natiqə, inqilab meydanında qayğıkeş rəhbərə, öz siyasi təfəkkürünü, millətə sədaqətli olduğunu və zülmkarlara qarşı daim müxalifətdə qalacağını sübuta yetirən bir şəxsə qarşı sui-qəsd etməklə nəinki ölkəmizdə, eləcə də bütün dünyada yaşayan  milyonlarla insana əzab verdilər.Onlar siyasətdə o qədər binəsibdirlər ki, sizin məclislərdə, cümə namazlarında və xalq qarşısında etdiyiniz söhbətlərdən sonra bu cinayətə əl atdılar və elə bir şəxsə qarşı sui-qəsd törətdilər ki, onun çağırışının səsi dünyanın milyonlarla müsəlmanının qulaqlarında indi də əks-səda verməkdədir. Onlar bu qeyri-insani əməlləriylə milyonlarla insanı qorxutmaq istəsələr də, əksinə onların sıralarını daha da möhkəmləndirdilər, daha da sıxlaşdırdılar.
        Görəsən, bu vəhşi əməllərdən və onların dərslərindən sonra aldadılmış gənclərimizin həmin adamların xəyanət tələsindən qurtulmalarının, ataların və anaların öz əziz gənclərini cinayətkarların əməllərinə fəda etməmələrinin, eləcə də onların cinayət əməllərində iştirak etmələrinin qarşısını almağın vaxtı gəlib çatmamışdırmı?
        Məgər valideynlər bilmirlər ki,  gənclərin  müxtəlif cinayətlərə vadar edilməsi onları pis yollara aparıb çıxarır və bununla da gənclərin həyatı cinayətkarların əlində məhv olub gedir? Biz Allah-Təalanın qarşısında və onun haqq vəlisi olan Həzrət Bəqiyyətullahın qarşısında (Canımız ona fəda olsun!) ön və arxa cəbhədə gecələri mehrabda ibadətlə, gündüzləri isə həqiqət yolunda mübarizə aparmaqla keçirən əsgərlərimizlə fəxr edirik.
        Əzizim Xameneyi, sizi təbrik edirəm ki, döyüş cəbhələrində əsgər paltarı ilə, arxa cəbhədə isə ruhani paltarı ilə bu xalqa xidmət edirsiniz. Allah-Təaladan İslama və müsəlmanlara xidmət etmək yolunda sizə cansağlığı arzulayıram.1
        Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuh
        Ruhulla Musəvi Xomeyni

        1 “Səhifeye  nur”, XV cild, səh.41, 7/4-1360

      • İmamın başsağlığı verməsi
      • İnqilab və İslamın qayğıkeşi
      • Həzrət İmam Xomeyninin (r) Həzrət Ayətullah Xameneyiyə ünvanladığı fərman və müraciətlərin tarixi
    • DÖRDÜNCÜ FƏSİL – USTADIN HÜZURUNDA
    • BEŞİNCİ FƏSİL – ŞƏRİƏT ELMİNDƏ YÜKSƏK SƏVİYYƏYƏ ÇATMA
    • İstifadə olunan ədəbiyyat
700 /