Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

Böyük Dini Rəhbərin həyat və fəaliyyəti

  • BÖYÜK DİNİ RƏHBƏRİN HƏYAT VƏ FƏALİYYƏTİ
    • Ön söz
    • BİRİNCİ FƏSİL – GÜNƏŞİN DOĞMASI
    • İKİNCİ FƏSİL – İDRAKIN AÇARI
    • ÜÇÜNCÜ FƏSİL – DOST SÖZÜ
    • DÖRDÜNCÜ FƏSİL – USTADIN HÜZURUNDA
    • BEŞİNCİ FƏSİL – ŞƏRİƏT ELMİNDƏ YÜKSƏK SƏVİYYƏYƏ ÇATMA
      • İmamın (r) silahdaşlarının böyük Dini Rəhbərin fəaliyyəti və şəriət elmi sahəsində məqamı haqda mülahizələri
        Çap versiyası  ;  PDF
        İmamın (r) silahdaşlarının böyük Dini Rəhbərin fəaliyyəti və şəriət elmi sahəsində məqamı haqda mülahizələri

        Bu fəsildə Həzrət İmamın (r) və onun silahdaşlarının Həzrət Ayətullah Xameneyi haqda söylədiklərini yığcam şəkildə bəyan edəcək və bununla da onun şəxsiyyətinin bəzi tərəflərini araşdırmağa çalışacağıq. Qoy, bu fikirlər Allah-Təala tərəfindən qəbul olunsun. İnşallah.

        Həzrət Ayətullah Hacı Şeyx Əli Meşkini:
        Bismillahir-Rəhmanir-Rəhim!
        – Aydındır ki, çox hörmətli Həzrət Ayətullah Hacı Seyid Əli Xameneyi şəriət qanunvericiliyi məqamına cavab verdiyindən və şəriət ehkamlarından nəticə çıxarmaq qüdrətinə malik olduğundan böyük dini rəhbər məqamına layiqdir. Həzrət xalqa, müsəlman cəmiyyətinə rəhbərlik etmək qabiliyyətinə malik olduğundan, habelə böyük rəhbərimiz mərhum İmam Xomeyninin müxtəlif vaxtlradakı çıxışlarından və sübutlarından istifadə edərək Dini İşlər üzrə Ali Mütəxəssislər Məclisi bu əmri təsdiq edir. Ona görə də dünyanın bütün müsəlmanlarına – istər sünnilərə, istər şiələrə, istərsə də möhtərəm ruhanilərə və böyük din alimlərinə, eləcə də İran İslam inqilabının davamında maraqlı olan bütün şəxslərə və İslamın dünyada daha da geniş yayılmasını istəyənlərə bildiririk ki, Həzrət Xameneyini şəriətdə və rəhbərlikdə müsəlmanların hakimi kimi tanısınlar və qəbul etsinlər. Qurani-Məcidin bütün davamçılarına Allah-Təaladan daha böyük uğurlar diləyirəm.

        Əli Meşkini
        15/5-1369; 14/1-1411

        Həzrət Ayətullah Fazil Lənkərani:
        Mən də Dini İşlər üzrə Ali Mütəxəssislər Məclisinin üzvü olduğumdan və Ayətullah Xameneyini tanıdığımdan bildirmək istəyirəm ki, o, fikir və ictihad əhlidir.
        İyirmi il bundan əvvəl, Məşhəddə Gövhərşad məscidində onu görmüşdüm. Həmin vaxt o, Məşhədin möhtərəm müəllimlərindən idi. Ondan soruşdum ki, nəyi tədris edirsiniz? Buyurdu: Məkaseb ən mühüm və ən çətin elmi kitablardandır. Mənim fikrimcə, o, fiqh alimi və müctəhiddir. Əlbəttə ki, uzun illər boyu siyasət dünyasında millətin İmamı kimi bir müəllimi olan və özü də böyük istedada malik olan belə bir insan böyük vəzifələrə layiqdir. Onun səkkizillik prezidentliyi bunun şahididir. Onun xarici ölkələrə etdiyi səfərlər isə Həzrəti dünya siyasət meydanında böyük siyasətçi kimi tanıtmışdır.
           
        Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Fazil Lənkərani:
        Allahın adı ilə!
        – Böyük dini rəhbər Həzrət Ayətullah Xameneyi (Allah iltifatını artıq eləsin!) haqda bildirirəm ki, həzrətin elmi, ictihad və fiqhi barədə heç bir tərəddüd yeri yoxdur. Mən onunla keçmiş tanışlığımı nəzərə alaraq, habelə onun ictihada yetişməsindən xəbərdar olduğumu, bundan əlavə, böyük imamımızın dəfələrlə onun rəhbərliyə layiq olduğunu açıqlayan fikirlərini həzrətin ictihad məqamı üçün başlıca dəlil hesab edirəm.

        Qum  Elmi Mərkəzi, Məhəmməd Fazil,
        7 məhərrəm 1411 h.q

        Həzrət Ayətullah Hacı Şeyx Abdulla Cavadi Amili:
        Allahın adı ilə!
        – Həzrət Ayətullah Hacı Şeyx Əli Xameneyinin (Allah iltifatını artıq eləsin!) ictihad və ədaləti təsdiq olunur. Odur ki, İslam ümməti Həzrətin rəhbərliyinin daha da möhkəmləndirilməsi üçün heç bir şeyi əsirgəməməlidir.

        Cavadi Amili,
        30 zilhiccə 1410 h.q

        Həzrət Ayətullah Hacı Şeyx Yusif Saneyi:
        Allahın adı ilə!
        – Həzrət Ayətullah Xameneyinin ictihadı sübut olunduğundan bu barədə heç bir fikir söyləməyə ehtiyac yoxdur. O, nəinki müsəlmanların müctəhididir, eyni zamanda bütün şərtlərə cavab verən və itaəti vacib olan bir din alimi olduğundan ümid edirik ki, onun müsəlmanların başı üzərindəki kölgəsi daimi olacaqdır.

        Yusif Saneyi,
        4 səfər 1411 h.q

        Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Mömin:
        Allahın adı ilə!
        – Dini İşlər üzrə Ali Mütəxəssislər Məclisində Həzrət Ayətullah Xameneyinin (Allah iltifatını artıq eləsin!) rəhbərliyi üçün səs verilərkən, həzrətin ictihadi şəri yolla sübut olunan ictihadı mənim yanımda öz təsdiqini tapmışdı. Ancaq sonradan fiqh məsələləri ilə bağlı müzakirələr aparılan iclaslarda iştirak edərək şəxsən onun ictihadı mənə bəlli oldu və indi təsdiq edirəm ki, həzrət ədalətli və bütün şərtlərə cavab verən bir müctəhiddir.

        Məhəmməd Mömin,
        12 məhərrəm 1411 h.q

        Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Yəzdi:
        Allahın adı ilə!
        – İnqilabın və İran İslam Respublikasının rəhbəri Həzrət Ayətullah Hacı Seyid Əli Xameneyi yüksək vəzifə tutan şəriət bilicisi və ali rütbəli bir müctəhiddir. O, həqiqi elmlərə yaxşı bələd idi, çox yüksək səviyyədə dil və ədəbiyyatı, üsul və hədisləri, təfsiri, hətta fətvanın möhkəmləndirilməsində misilsiz rolu olan rical və dirayədə müəllim və alim idi. Nəticə çıxarmaqda və fətva verməkdə möhkəm əsaslara malik idi, İslam cəmiyyətinin ehtiyac duyduğu yeni baş məsələləər sahəsində geniş məlumatlarla və dəqiq fikirlərlə çox maraqlı fətvaları vardır. Onun bu üstünlükləri və başqa elmi və mənəvi keyfiyyətləri Dini İşlər üzrə Ali Mütəxəssislər Məclisinin möhtərəm üzvləri olan görkəmli müctəhidlər və tanınmış fiqh alimləri tərəfindən seçilməsində başlıca meyar olmuşdur.
        Ey Allah, səh şahidsən ki, əgər o, hazırda boynuna götürdüyü həmin ağır məsuliyyət və vəzifə istiqamətində olmasaydı, mən adi bir tələbə kimi, özümün məhdud biliyimlə onu təsdiq edərdim.

        Məhəmməd Yəzdi,
        27/3-1369

        Həzrət Ayətullah Misbah Yəzdi:
        – Mən əgər istəsəm ki, onun haqqında, Allah-Təala tərəfindən ona bəxş olunmuş keyfiyyətlər və üstün cəhətlər barədə söz açım, həqiqəti çatdıra bilməyəcəyəm. Amma bir neçə yığcam cümlə ilə fikirlərimi bildirmək istərdim ki, o, fiqhi dindarlıqla; zirəkliyi və fərasətliyi təmkinliliklə; rəhbərlik etməyi möminliklə və İslam prinsiplərinə əsaslanmaqla; aydın, parlaq fikirləri uzaqgörənliklə və İslam ümmətinin uzunmüddətli mənafelərini müəyyən etməklə; qətiliyi və ehtiyatlılığı şücaət və cəsarətlə; müxtəlif İslam elmlərindən bəhrələnməyi həqiqi incəsənət cərəyanları və zövqü ilə; nəfsə etimadı Allah-Təalaya təvəkkül etməklə; çalışqanlığı, ciddiyyəti və proqramlaşdırmanı Vəliyye-əsrlə və müqəddəs imamlarla təvəssüllə, bir sözlə, ibadət, mütilik və sadiqlik ruhu ilə rəhbərlik etmək üçün bütün üstünlükləri və keyfiyyətləri özündə cəmləşdirir.

        Həzrət Ayətullah İbrahim Əmini:
        – Həzrət Ayətullah Xameneyi fiqh və ictihadda elə bir səviyyədədir ki, rəhbərlik üçün bütün imkanlara malikdir.

        Həzrət Ayətullah İmami Kaşani:
        – Ayətullah Xameneyi siyasət və rəhbərlik etməyin bütün sirlərinə bələd olan, mömin, sevimli, səmimi, alim və fiqhi köklərə malik olan bir şəxsdir.

        Həzrət Ayətullah Xəzəli:
        – Kifayət qədər təcrübəli, ağıllı, siyasətcil və işgüzar bir şəxs olan Ayətullah Xameneyinin İslam respublikasının rəhbərliyinə seçilməsi xaricdə düşmənləri susdurdu, ölkənin daxilində isə əmin-amanlığı bərqərar etdi.

        Həzrət Ayətullahul-uzma Əraki (r):
        – Həzrət Ayətullahul-uzma Əraki (r) Dini işlər üzrə Ali Mütəxəssislər Məclisində böyük dini rəhbərin bu vəzifəyə seçilməsi zamanı demişdir:
        – Möhtərəm cənabınızın İran İslam Respublikasının rəhbəri vəzifəsinə seçilməsi İranın qəhrəman millətinin ümid və əminlik mənbəyidir.

        Höccətülislam vəl-Müslimin Hacı Seyid Əhməd Xomeyni (r):
        – Həzrət İmam (r) dəfələrlə cənabınız haqqında danışarkən sizi həqiqi bir müctəhid və rəhbərliyə layiq ən yaxşı şəxs adlandırmışdır. Sizin Allahın bəyəndiyi bir şəxs olaraq ləyaqətlə seçilməyiniz bütün dünyada İslamın və İslam inqilabının dostlarının sevincinə səbəb oldu. Cənabınız İran İslam inqilabının ən parlaq simalarından biridir və həmişə bizim əzizimiz olaraq sizə ehtiram və sayqı göstərilib.

        Həzrət Ayətullah Hayeri Şirazi:
        – Ayətullah Xameneyi rəhbərlik üçün ən ləyaqətli bir şəxsdir. Ayətullah Xameneyi bütün özünəməxsus xüsusiyyətləri ilə yanaşı, islami məsələlərə bələd olan bir alim və siyasətdə xüsusi bəsirətə malik olan bir şəxsdir. 

        Həzrət Ayətullahul-uzma Bəhaəddini:
        – Həmin vaxtdan etibarən Ayətullah Xameneyinin rəhbərlik etmək qabiliyyətini görürdüm. Ona görə ki, o, İmamdan sonrakı dövr üçün ilahi bir ehtiyat idi. Ona məqsədlərinə çatmaqda kömək olmalıyıq. Rəhbərilyə qarşı müxalifətdə olmağın sadə bir iş olmamasına diqqət yetirməliyik.

        Həzrət Ayətullah Haşimi Rəfsəncani:
        – Ayətullah Xameneyinin İslam respublikası rəhbərliyinə seçilməsi bizim böyük uğurumuzdur və bu seçim Həzrət İmamın (r) buyurduqları əsasında həyata keçirilmişdir. O, Dini işlər üzrə Ali Mütəxəssislər Məclisinin  iclasında böyük əksəriyyətin səsini qazanmışdır.
        İnsafən yerində verilmiş səslər idi. Burada bir məsələ hər birimiz üçün böyük əhəmiyyət kəsb edirdi və bu da onun ölkənin daxili məsələləri ilə tanışlığı idi. Onun mübarizliyini, alimliyini, ədalətli olmasını və s. məsələləri bir kənara qoyaq, on-on iki il müddətində ölkənin bütün daxili məsələlərində iştirak edən bir şəxs indi əlbəttə ki, məmləkətin ən xırda işlərini belə biləcəkdir. Onun üçün hazırda hər bir məsələ göz qabağındadır. Rəhbərlik də əslində elə odur ki, öz əvvəlki məlumatlarınla fikir söyləyə biləsən, istədiyin siyasəti müəyyən edəsən. Mən tamamilə razıyam, yəni öz vicdanıma müraciət edəndə görürəm ki, bizim artıq gedilən bir yoldan daha yaxşı bir yolumuz yox idi. İstənilən digər bir fərz, məsələn, bir şura yaradılsaydı, bir sıra başqa problemlər ortaya çıxacaqdı. Əgər Ayətullah Xameneyi yox, başqa bir şəxs gəlsəydi, çətinliklərlə üzbəüz olardıq... Allah-Təala bizə doğru yolu göstərdi.

        Həzrət Ayətullah Məhdəvi Kəni:
        – Bu, ilahinin ilhamlarından biri idi ki, Həzrət İmamın (r) ruhunun mənəvi hidayəti sayəsində indi də bizim millətimizi tənha qoymamışdır və bu, Allah-Təala tərəfindən göndərilən bir mərhəmət idi ki, həmin kədərli hadisələrin davam etdiyi bir dövrdə İmamın sədaqətli və etibarlı tərəfdaşlarından birini – müctəhid və ədalətli şəxs olan Ayətullah Xameneyini İran İslam Respublikasına rəhbər təyin etməklə ölkədə əmin-amanlığı, etibar və etimadı bərqərar etdi.
           
        Höccətülislam vəl-Müslimin Vaizzadə Xorasani:
        – Onun fiqh və dinin prinsipləri üzrə məlumatlarına, ilahi ehkamları başa düşməklə üslubuna, habelə çağdaş əsrimizdə baş verən hadisələrdən çıxardığı nəticələrə əsasən, o, ən görkəmli şəriət bilicisidir və öz müasirlərinin böyük əksəriyyətindən üstündür.
        O, yazıçılıq üslubu ilə, aparılan təhqiqatlarla və gündəlik nəşrlərlə tam tanış  və kifayət qədər mütaliə ilə məşğuldur. Çox bəlağətli və ölçülüb-biçilmlş formada danışır və yazır. O, danışdığı və yazdığı zaman mübaliğəli fikirlərdən və kənara çıxmalardan çox uzaqdır. Bu günədək bir neçə məqaləsi, kitabı və çoxsaylı çıxışları vardır.
        O, öncədən müxtəlif təhqiqat xarakterli layihələri – Fiqh Ensiklopediyasını, Kəlam fiqhi haqqında Təhqiqatlar Mərkəzini, Beynəlxalq Yaxınlaşma Cəmiyyətini, Neologizm məsələləri üzrə Fiqh Komitəsini, Kompüter müəssisəsini, habelə digər təhqiqat mərkəzlərini təsis etmiş və onları idarə etmişdir. Bütün bunlar onun fəaliyyət metodlarını sübut etmək üçün kifayətdir.
        O, bəzi ziyalılardan fərqli olaraq islami birliyə və İslam dünyasına diqqət yetirmək, bütün dünya müsəlmanlarının qayğısına qalmaq və İslam məzhəblərinin Beynəlxalq Yaxınlaşma Cəmiyyətinin yaradılması ilə yanaşı, Əhli-beytə (ə), onların ismətinə, təmizliyinə, onların qəbirlərinin ziyarət edilməsinə, onların maarifçiliyinin və elminin inkişaf etməsinə daha çox maraq göstərir, Əhli-beytin (ə) rəhbərliyinin və onların məhəbbətinin dünya müsəlmanları arasında daha geniş yayılmasına çalışır.1

        1 “Kövsər nəslindən müdrik bir rəhbər”, səh.88-94

      • “Onun dini rəhbərlik üçün ictihadı yetərlidir”
      • “Seyid Əli Xameneyi bizim fikrimizcə ən layiqli şəxsdir”
      • İlahinin İmamdan (r) sonrakı ehtiyatı
      • Böyük dini rəhbərin həyat tarixçəsinə qısa bir baxış
    • İstifadə olunan ədəbiyyat
700 /