Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Bocnurdun “Şəhidlər gülzarı”nı və imamzadə Seyid Abbas ibn Musa (ə) ziyarətgahını ziyarət etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gecə (çərşənbə axşamı) Bocnurdun “Şəhidlər gülzarı”nı ziyarət etdi.

“Fatihə” oxuyan Ali Məqamlı Rəhbər İslam İnqilabı və Müqəddəs Müdafiə uğrunda həlak olmuş dəyərli şəhidlərin xatirəsini ehtiramla yad etdi, Uca Yaradandan dərgahında onlara ən ali dərəcələri nəsib etməsini dilədi.

Həzrət Ayətullah Xamenei şəhid komandir Rəcəbəli Məhəmmədzadənin də (vəhdət şəhidlərindəndir) məzarı başına gələrək ruhuna “Fatihə” oxudu.

O həmçinin Bocnurddakı “İbn Abbas” imamzadə məqbərəsini də ziyarət etdi.







Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /