Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər avtobusun aşması nəticəsində bir qrup şagird qızın həlak olması ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Borucen rayonunda məktəb avtobusunun aşması nəticəsində bir qrup şagird qızın həlak olması ilə bağlı başsağlığı müraciəti etdi.

Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

انالله و اناالیه راجعون

“ ... Biz Allaha məxsusuq və Onun yanına qayıdacağıq!” (“Bəqərə” surəsi, ayə 156)

Müsəlman diyarımızın əziz fidanlarından bir qrupunun (iyirmidən artıq məktəbli qızın) vəfatı, başqa bir qrupunun isə yaralanması ilə nəticələnmiş faciəli hadisə məni son dərəcə təsirləndirdi və dərin kədərə boğdu.

Ağırlığını yalnız ilahi ruh və bəşarətin azalda biləcəyi bu hadisəyə səbir etmək yasa batmış ata-anaların və digər qohumların dağlanmış qəlblərinə rəhmət yağdırılmasına səbəb olacaqdır.

Vəfat edən şagirdlərin yaxınlarına, xüsusilə də qəlbi dağlanmış valideynlərinə, müəllimlərinə və sinif yoldaşlarına böyük kədərlə ən səmimi başsağlığı diləklərimi çatdırır, Uca Yaradana dualar edirəm ki, onlara mənəvi sakitlik bəxş etsin, səbir edənlərə verdiyi ən yaxşı mükafatı və Öz rəhmətini nazil etsin, mələkuta səfər etmiş o əziz övladlarımızı Qiyamətə şəhidlərlə birgə gətirsin, bütün yaralananlara tam şəfa və sağlamlıq inayət etsin.

Seyid Əli Xamenei
21 oktyabr 2012-ci il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /