Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Ayətullah Məlikhüseyninin vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə günü) günortadan sonra mücahid alim, vəli-fəqihin nümayəndəsi, Kohgiluyə və Buyer Əhməd ostanında yaşayan əhalinin Xubriqan Məclisindəki nümayəndəsi Ayətullah Hacı Seyid Kəramətullah Məlikhüseyninin vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi.

Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Mücahid alim Ayətullah Hacı Seyid Kəramətullah Məlikhüseyninin vəfatı ilə əlaqədar olaraq, Fars, Kohgiluyə və Buyer Əhməd ostanlarının bütün əhalisinə, böyük din alimlərinə, mərhuma mənən bağlı olan insanlara, özəlliklə də qohum-əqrəbasına, dəyərli və möhtərəm Məlikhüseyni ailəsinə başsağlığı verirəm.

Bu böyük alim və ruhanini tanıdığım, ünsiyyətdə olduğum on illər ərzində onun bariz xüsusiyyətləri kimi, daim misilsiz bir dürüstlük və saf niyyətlə Haqq yolunda çətinlik və əziyyətlərə qatlaşdığının, xalqa xidmətə can atdığının,  tələbələrin, elmi axtarışda olan insanların təlim-tərbiyəsi üçün əlindən gələn səyləri göstərdiyinin şahidi olmuşam. Belə gözəl və təqdirəlayiq keyfiyyətlər Allah dərgahında ən üstün mövqeyə malik olan xeyirxah əməllərdir.

Allah-Taala o rəbbani alimin ruhuna Öz rəhmətini və Cənnətini nəsib etsin!

Seyid Əli Xamenei
3 noyabr 2012-ci il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /