Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Ayətullahül-üzma Qolpayqaninin xatirəsinə həsr edilmiş konfransa müraciət ünvanladı

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mərhum Ayətullahül-üzma Qolpayqaninin xatirəsinə həsr olunan konfransa ünvanladığı müraciətdə aşağıdakıları vurğuladı: “O böyük alim yüksək şəxsi keyfiyyətlərə sahib idi. Onlardan ən bariz olanı dini məsələlərdə mətinliyi, dinə əsasən seçdiyi mövqelərin üzərində möhkəm durması idi”.

Ali Məqamlı Rəhbərlik Baş İdarəsinin sədri Höccətül-İslam vəl-muslimin Məhəmmədi Qolpayqani tərəfindən  bu gün (cümə axşamı) səhər Qumdakı Məsum İmamlar (ə) adına Fiqhi Mərkəzdə oxunan müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Mərhum Ayətullahül-üzma Qolpayqani son 50 ildə şiə məzhəbinin ən böyük mərcələri sırasındadır. Onun 32 il davam etmiş uzun mərcəiyyət dövrü nüfuzlu və adlı-sanlı bir mərcə-təqliddən gözlənən fəaliyyətlər və tədbirlərlə doludur.

Mərhumun gördüyü diqqətəlayiq işlər sırasında mədrəsələrin, məscidlərin, xəstəxanaların, ölkə xaricində nümayəndəliklərin təsis olunmasını, xidmət sferasına gətirdiyi elektron xidmət kimi innovasiyaları, tədris üçün ayrıca məkanın tikintisini qeyd etmək olar.

Şiəlikdə mərcəiyyətin əsas şərti hesab olunan elm və təqvadan başqa, o böyük insan yüksək şəxsi keyfiyyətlərə də malik idi. Onlardan ən bariz olanı dini məsələlərdə mətinliyi, dinə əsasən seçdiyi mövqelərin üzərində möhkəm durması idi. Bu böyük alimə Allahdan rəhmət diləyirəm!

جزاه الله عن العلم و اهله خیرالجزاء

Seyid Əli Xamenei
7 noyabr 2012-ci il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /