Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Gənclər ölkəmizin gələcək liderləridir!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Avropadakı İslami Tələbə Təşkilatları Assosiasiyasının 47-ci illik qurultayına ünvanladığı müraciətdə aşağıdakıları vurğuladı: “İran xalqının dünyanın istənilən yerində olan dəyərli gənc övladları ölkənin idarəçiliyində həlledici rol oynamağa, müəyyən olunmuş perspektivlərə aparan yolda böyük və sürətli addımlar atmağa hazırlaşmalıdırlar”.

Ali Rəhbərlik Məqamının Avropada təhsil alan tələbələrlə iş üzrə nümayəndəsi Höccətül-İslam vəl-muslimin Cavad Ejeyinin bu gün Parisdə oxuduğu müraciətin tam mətni aşağıdakından ibarətdir:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Əziz tələbələr!

Siz gənclər ölkəmizin gələcək başçılarısınız. Elmi-praktik rezervə əsaslanan nəhəng bir sərvətə malik olacaq sabahkı İran böyük və layiqli liderlər tərəfindən idarə olunmalı, müəyyən olunmuş perspektivlərə aparan yolda sizin kimi gənclərin əzmi, imanı, uzaqgörənliyi və şücaəti  sayəsində iri və sürətli addımlarla irəliləməlidir.

Siz, eləcə də İran xalqının dünyanın istənilən yerində olan gənc övladları ölkəmizin həyatında belə böyük miqyaslı həlledici rol ifa etmək üçün hazırlaşmalısınız.

Sizin üçün daim dualar edirəm!  Uca Yaradan köməyinizdə dursun!

Seyid Əli Xamenei
12 dey 1391-ci il
1 yanvar 2013-cü il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /