Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Dr. Həsən Həbibinin vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Dr. Həsən Həbibinin vəfatı ilə əlaqədar ünvanladığı başsağlığı müraciətində onun İran İslam Respublikasına etdiyi xidmətlərin tarixçəsinə toxunaraq mərhum Dr. Həbibinin sadiq, əsl ruhani təbiətli, daim xalqa xidmətə can atan bir mömin olduğunu qeyd etdi.

Ali Məqamlı Rəhbərin müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

İnqilabın köhnə dostu, məsuliyyətli alim Dr. Həsən Həbibinin (Allah ona rəhmət etsin!) dünyadan köçdüyü haqda xəbəri böyük təəssüf və kədər hissi ilə qarşıladım.

O, sadiq, əsl ruhani təbiətli, daim xalqa xidmətə can atan bir mömin idi. Onun İslam Respublikasına xidmətlərinin tarixçəsi inqilabdan əvvəl – Konstitusiyanın ilkin variantının hazırlandığı dövrdə başlamış və İnqilab Şurasına üzvlüyü, ardınca digər böyük məsuliyyətləri öhdəsinə götürməsi ilə uzun illər boyu davam etmişdir. Ucun sürən, üzücü xəstəlik Dr. Həbibinin təqdirəlayiq şəxsi keyfiyyətləri sırasına səbir, təslimkarlıq və təvəkkülü də artırdı. Ümidvaram ki,  Tanrının rəhməti, bağışlaması və Behişti ona nəsib olacaq. Mərhumun dəyərli və vəfalı həyat yoldaşına, digər qohum-əqrəbalarına, eləcə də iş yoldaşlarına və yaxınlarına başsağlığı verirəm.

Seyid Əli Xamenei
31 yanvar 2013-cü il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /