Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Ayətullah Xoşvəxtin vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ayətullah Hacı Şeyx Əzizullah Xoşvəxtin vəfatı ilə əlaqədar ünvanladığı başsağlığı müraciətində qeyd edir ki, bu rəbbani alimin, Allaha doğru mənəvi yüksəliş yolunun yolçusunun vəfatı o dahi insanın mənəvi məqamına bələd olan şəxslər üçün kədər dolu bir müsibət, bu Tanrı arifinin şagirdləri, onun feyz dolu şəxsiyyətinə mənən bağlı olanlar üçün böyük bir itkidir. Ali Məqamlı Rəhbər öz müraciətində mərhumun möhtərəm ailə üzvlərinə, övladlarına, qohum-əqrəbasına və yaxınlarına başsağlığı verir.


Həzrət Ayətullah Xameneinin başsağlığı müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Rəbbani alim, Allaha doğru mənəvi yüksəliş yolunun yolçusu, Tanrı arifi mərhum Ayətullah Hacı Şeyx Əzizullah Xoşvəxtin (Allah ona Behişti nəsib etsin!) dünyadan köçdüyü barədə xəbəri son dərəcə böyük təəssüf və kədər hissi ilə qarşıladım. Bu saf mənəviyyatlı ruhaninin, əxlaq və mərifət müəlliminin həyat tarixçəsini xülasə şəkildə bu cür təsvir etmək mümkündür: mənəviyyat, ruhu təmizləmə, Allaha doğru mənəvi yüksəliş yolunda durmadan addımlama ilə dolu bərəkətli bir ömür, ruhən hazırlıqlı, həsrətli qəlblərin yetişdirilməsi üçün çəkilən misilsiz əziyyətlər. Şübhəsiz ki, bu qeyri-adi insanın dünyadan getməsi o dahi şəxsiyyətin mənəvi məqamına bələd olan insanlar üçün kədər dolu bir müsibət, bu Tanrı arifinin şagirdləri, onun feyz dolu şəxsiyyətinə mənən bağlı olanlar üçün böyük bir itkidir. Mərhumun möhtərəm ailə üzvlərinə və övladlarına, digər qohum-əqrəbasına, bütün dostlarına və yaxınlarına səmimiyyətlə başsağlığı diləyirəm! Uca Yaradandan onun pak ruhuna dərgahında ən ali dərəcələri və rəhmətini nəsib etməsini, Qiyamət günü Məhşərə ilahi övliyalar sırasında gətirməsini diləyirəm!

Seyid Əli Xamenei
2 isfənd 1391
20 fevral 2013-cü il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /