Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Əllamə Seyid Nemətullah Cəzayirinin xatirəsinə həsr olunmuş konfransa müraciət etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Əllamə Seyid Nemətullah Cəzayirinin xatirəsinə həsr olunmuş konfransa ünvanladığı müraciətdə bu böyük alimin elmi və ədəbi məqamını yüksək dəyərləndirir, onun şiə hədisləri sahəsində dəqiq fiqhi yanaşma əsasında dərin biliklərə malik olduğunu qeyd edərək vurğulayır: “Mərhum Seyid Nemətullah Cəzayirini  yüksək dəyərləndirmək, əslində, dini elm və bilgiləri yüksək dəyərləndirmək deməkdir”.

Bu gün (cümə axşamı) səhər vəli-fəqihin Xuzestan ostanındakı nümayəndəsi və Əhvazın imam-cüməsi Ayətullah Seyid Məhəmmədəli Musəvi Cəzayiri tərəfindən oxunan müraciətində Ali Məqamlı Rəhbər həmçinin Seyid Nemətullah Cəzayirinin qələminin məhsulu olan çoxsaylı əsərlərə toxunaraq onun görkəmli bir şəxsiyyət, adı kölgədə qalan bir fəqih olduğunu qeyd edir. Ali Məqamlı Rəhbər mərhum Seyid Nemətullah Cəzayirinin hədislər və hədislərə şərhlərlə bağlı əsərlərinə daha artıq diqqət yetirmək lazım olduğunu bildirir.





Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /