Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər əməkdar Quran ustadı Hacı Məhəmmədəli Əvhədinin vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei əməkdar Quran ustadı Hacı Məhəmmədəli Əvhədinin vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi.

Başsağlığı müraciətinin tam mətni:

Allahın adı ilə!

Tilavət və təcvid ustadı, şəhid atası Hacı Məhəmmədəli Əvhədinin (Allah ona rəhmət etsin!) vəfatı ilə əlaqədar olaraq, Məşhədin Quran ictimaiyyətinə, mərhumun möhtərəm ailə üzvlərinə və yaxınlarına başsağlığı verirəm.

O, uzun illər boyu Quranın, qəlbəyatan tilavət üslublarının öyrədilməsinə xidmət etmiş, görkəmli Quran xadimlərindən hesab olunmuşdur.  Uca Yaradana dualar edirəm ki, mərhumun əcrini versin və Qiyamət günü onu Quranla məhşur etsin.

Seyid Əli Xamenei
30 dey 1391
19 yanvar 2013-cü il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /