Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Ayətullah Müctəba Tehraninin vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ayətullah Hacıağa Müctəba Tehraninin vəfatı ilə bağlı etdiyi müraciətdə elminə əməl edən o ruhani alim və əxlaq ustadının dünyadan getməsini Tehranın teoloji mərkəzi, ruhani ictimaiyyəti və dini icması üçün böyük itki adlandıraraq baş vermiş müsibətlə əlaqədar mərhumun möhtərəm ailə üzvlərinə başsağlığı dilədi.

Ali Məqamlı Rəhbərin müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Elminə əməl edən dəyərli ruhani alim Ayətullah Hacıağa Müctəba Tehraninin dünyadan getdiyi haqda xəbəri böyük təəssüf hissi ilə, son dərəcə təsirlənərək qarşıladım. Bu kədərli hadisə Tehranın teoloji mərkəzi, ruhani ictimaiyyəti və dini icması, xüsusilə də ona mənən bağlı olan, bu əxlaq ustadının feyz dolu məclislərindən və dərslərindən bəhrələnən gənclər və şagirdləri üçün böyük bir itkidir.

Mərhumun ailəsinə və qohum-əqrəbasına, xüsusilə də möhtərəm qardaşına, həyat yoldaşına və oğullarına, habelə bu möhtərəm ailənin digər üzvlərinə öz səmimi başsağlığı diləklərimi çatdırır, Uca Yaradana mərhuma dərgahında ən ali dərəcələri nəsib etməsi üçün dualar edirəm.

Seyid Əli Xamenei
13 dey 1391
2 yanvar 2012-cü il



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /