Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Larestanın imamcüməsinin vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə günü) günortadan sonra Larestanın imamcüməsi, dəyərli alim Ayətullah Hacı Seyid Əbdüləli Ayətullahinin vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi.

Müraciətin tam məni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Aliqədr alim Ayətullah Hacı Seyid Əbdüləli Ayətullahinin vəfatı ilə əlaqədar olaraq, Fars vilayətinin bütün din alimlərinə, ruhanilərinə və dəyərli əhalisinə, ayrıca, Larestan bölgəsinin mömin və qeyrətli  camaatına, özəlliklə də mərhumun ailəsinə, möhtərəm Ayətullahi sülaləsinə, bütün qohumlarına başsağlığı verirəm.

Bu möhtərəm ailənin dünyasını dəyişmiş bütün aliməqam üzvləri kimi, o böyük alim də yaşadığı bölgənin əhalisi üçün dini, siyasi və ictimai işlərlə bağlı müraciət edəcək dəyərli mənbə, pənah yeri olmuş, bərəkətli ömrünü insanların dininə və dünyasına xidmətə həsr etmiş, heç şübhəsiz, İran İslam Respublikasının Larestan bölgəsindəki sosial dayaqlarından biri olmuşdur. Ayətullah Hacı Seyid Əbdüləli Ayətullahinin vəfatı elə bir zərbədir ki, onun əvəzi, inşallah, Allahın verdiyi mənəvi dəstəklə, bu böyük alimin niyyət və hədəflərini davam etdirməklə ödənməlidir.

Uca Yaradandan o rəbbani alimin ruhuna ilahi rəhmət və bərəkətlərini nazil etməsini, möhtərəm qohum-əqrəbasına isə səbir və əcr diləyirəm.

Seyid Əli Xamenei
20 xordad 1391
9 iyun 2012-ci il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /