Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər mücahid qələm sahibi Əmir Hüseyn Fərdinin vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei öhdəsinə düşən məsuliyyəti daim dərk edən, mücahid incəsənət xadimi və yazıçı Əmir Hüseyn Fərdinin vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi.

Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Məsuliyyətli və mücahid sənət adamı, qələm sahibi Əmir Hüseyn Fərdinin sonsuz təəssüf doğuran vəfatı ilə əlaqədar olaraq, inqilabi ədəbiyyat və sənətin bütün xadimlərinə, mərhumun ailə üzvlərinə, qohum-əqrəbasına və dostlarına başsağlığı verirəm.

İnqilab dövründəki ədəbi fəaliyyətlərin qocaman xadimlərindən olan bu mömin və zəhmətkeş sənət adamı inqilabi ruhlu sənətə maraq göstərən gənc istedadları bir araya gətirən mərkəzlərin əsasını qoyanlardan biri idi. Onun adı tükənməz əzmi və imanı ilə inqilabi incəsənətin körpə fidanını İslam dövlətinin qatı düşmənlərinin, eləcə də zəif iradəli sənət yoldaşlarının gözləri önündə qoruyaraq inkişaf etdirən, bugünkü çiçəklənmə və barvermə mərhələsinə çatdıran görkəmli şəxsiyyətlərin sırasındadır. Allah ona və sədaqətlə göstərdiyi səylərə rəhmət etsin!

Seyid Əli Xamenei
7 ordibeheşt 1392
27 aprel 2013-cü il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /