Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Ayətullah Hacı Şeyx Qulamrza Rizvaninin vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei böyük fəqih Ayətullah Hacı Şeyx Qulamrza Rizvaninin vəfatı ilə əlaqədar rəsmi başsağlığı müraciəti etdi.

Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Böyük fəqih Ayətullah Hacı Şeyx Qulamrza Rizvaninin (Allah ona rəhmət etsin!) vəfatı ilə əlaqədar möhtərəm ailə üzvlərinə, bütün dostlarına və şagirdlərinə başsağlığı verirəm. İmam Xomeyninin (r.ə) etibarlı şagirdlərindən olan bu dahi alim bir sıra dövlət strukturlarında, o cümlədən Keşikçi Şurada vəzifə postları tutmuşdur. Onun digər hökumət strukturları ilə əməkdaşlıq etmək, Keşikçi Şuranın fiqhi rəylərini onlara daha ətraflı izah etmək istiqamətində göstərdiyi xidmətlər, inşallah, Allahın inayətinə layiq və qəbul olacaq və mərhum üçün Behiştə yol açacaq.

Uca Yaradandan bu aliməqam ruhaniyə dərgahında ən ali dərəcələri nəsib etməsini diləyirəm.

Seyid Əli Xamenei
31 fərvərdin 1392
20 aprel 2013-cü il



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir




700 /