Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Ayətullah Hacıağa İzzəddin Hüseyni-Zəncaninin vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ayətullah Hacıağa İzzəddin Hüseyni-Zəncaninin vəfatı ilə əlaqədar, mərhumun Məşhəd və Zəncandakı bütün mənəvi ardıcıllarına, möhtərəm ailə üzvlərinə, teoloji mərkəzlərə və ruhani alimlərə müraciət edərək başsağlığı verdi.

Ali Məqamlı Rəhbərin müraciətinin tam mətni:


Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Aliqədr alim, mərhum Ayətullah Hacıağa İzzəddin Hüseyni-Zəncaninin (Allah ona Behişti nəsib etsin!) vəfatı ilə əlaqədar, onun Məşhəd və Zəncandakı bütün mənəvi ardıcıllarına, teoloji mərkəzlərə və ruhani alimlərə, özəlliklə də möhtərəm ailə üzvlərinə və oğullarına başsağlığı verirəm.

Zəncan torpağının yetirməsi olan, eyni zamanda uzun illər boyu Müqəddəs Məşhəddə xidmət etmiş, nüfuzlu və görkəmli alimlərdən hesab olunan bu böyük şəxsiyyət ziyalı və mütəfəkkirlərin, incəsənət adamlarının da diqqət mərkəzində idi. Onun hidayət ocağının istisindən xalqın müxtəlif təbəqələrinin nümayəndələri bəhrələnirdilər.

Uca Yaradan dərgahında bu mərhuma daha da yüksək məqamlar ayırsın, yaxınlarına öz fəzl və əcrini nəsib etsin.

Seyid Əli Xamenei
24 ordibeheşt 1392
14 may 2013-cü il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir




700 /