Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər cənab Murtəzayifərin vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günortadan sonra inqilabın səmimi dostlarından olan cənab Hacı Mahmud Murtəzayifərin vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi.

Müraciətin tam mətni:

Mehriban və Bağışlayan Allahın adı ilə!

İslam İnqilabının səmimi dostlarından və Tehranda qılınan cümə namazlarının sadiq xidmətçilərindən biri olan cənab Hacı Mahmud Murtəzayifərin vəfatı ilə əlaqədar olaraq, yaxınlarına və dostlarına başsağlığı verir, mərhuma Allahdan rəhmət və bağışlanma diləyirəm.

Seyid Əli Xamenei
22 ordibeheşt 1392
12 may 2013-cü il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir




700 /