Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Ayətullah Tahiri İsfahaninin vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ayətullah Hacı Seyid Cəlaləddin Tahiri İsfahaninin vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi.

Ali Məqamlı Rəhbərin müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Mücahid alim Ayətullah Hacı Seyid Cəlaləddin Tahiri İsfahaninin vəfatı ilə əlaqədar olaraq, mərhumun bütün yaxınlarına, xüsusilə də möhtərəm ailə üzvlərinə başsağlığı verirəm. Mərhum Ayətullah Tahiri İsfahani İslam İnqilabından sonra İsfahanın ilk imam-cüməsi olmuş, illərlə bu postda xidmət etmiş, övladlarından biri şəhadət şərəfinə nail olmuş bir insandır. Allahdan mərhumun və onun şəhid övladının ruhuna rəhmət və bağışlanma, ilahi dərgahda ən ali dərəcələr diləyirəm.

Seyid Əli Xamenei
13 xordad 1392
3 iyun 2013-cü il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /