Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər böyük Xorasan şairi Məhəmməd Qəhrəmanın vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei fars şeiri və ədəbiyyatının unudulmaz və görkəmli simalarından biri, böyük Xorasan şairi Məhəmməd Qəhrəmanın vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi.

Ali Məqamlı Rəhbərin müraciətinin tam mətni:


Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Böyük Xorasan şairi Məhəmməd Qəhrəmanın vəfatı barədə xəbəri böyük təəssüf hissi ilə qarşıladım. Sonsuz feyz mənbəyi olan bu dəyərli şeir,  mənalı və gözəl qəzəl çeşməsinin quruması müasir şeir və ədəbiyyatla tanışlığı olan, ən çox da onun yüksək yaradıcılığına və mətin, vəfalı şəxsiyyətinə, bədii ideyalarla dalğalanan, daim yeni mövzu axtarışında olan iti təfəkkürünə bələd olan hər kəsi təəssüf və kədərə boğur.

Heç şübhəsiz, fars şeiri və ədəbiyyatının unudulmaz və görkəmli simalarından olan Qəhrəmanın qəzəlləri insana hind üslubu ilə yazan böyük şairləri xatırladır. Bu çoxdankı və səmimi dostumuzun vəfatı ilə əlaqədar, ölkənin ədəbi ictimaiyyətinə, Xorasanın şair və ədiblərinə, xüsusilə də mərhumun dəyərli həyat yoldaşına və övladlarına başsağlığı verir, Uca Yaradanın dərgahından onun ruhuna bağışlanma diləyirəm.

Seyid Əli Xamenei
30 ordibeheşt 1392
20 may 2013-cü il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /