Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Düşmənin fikri İran xalqı üçün heç vaxt əhəmiyyətli olmayıb

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkədə keçirilən 11-ci prezident və 4-cü şəhər və kənd islami şuralarına seçkilərin ilk dəqiqələrində səsverməyə qatılaraq öz səs bülletenlərini İmam Xomeyni (r.ə) adına hüseyniyədə yerləşdirilmiş 110-cu səyyar seçki qutusuna atdı.

Şəban ayının mübarək günləri münasibətilə hər kəsi təbrik edən Ali Məqamlı Rəhbər bildirdi ki, xalqın seçkidə effektiv, zamanında, hamılıqla və yüksək əhval-ruhiyyəli iştirakı olduqca böyük əhəmiyyətə malikdir. O vurğuladı: “Əziz iranlılarımız həvəs və stimulla seçkiyə qatılsınlar və bilsinlər ki, ölkənin müqəddəratı və xalqın xoşbəxtliyi onların iştirakından və seçimindən asılıdır”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, xalqa düşmən və müxalif olan qüvvələrin apardığı genişmiqyaslı mənfi təbliğatı xalqın seçkidə iştirakının nə qədər əhəmiyyətli olması ilə izah etmək olar. O, əlavə etdi: “Düşmənlər pessimizm və bədbinlik əhval-ruhiyyəsi yayaraq xalqı seçkidə iştirakdan çəkindirmək üçün çox çalışdılar. Bu hədəflərini gerçəkləşdirmək üçün onlar mediada apardıqları mənfi təbliğatla da kifayətlənmədilər. Bu dövr ərzində düşmən cəbhəsindən asılı olan Qərb siyasətçiləri və rəsmiləri xalqın seçkidə aktiv iştirakının qarşısını almaq üçün açıq-aşkar fəaliyyət göstərdilər”.

Həzrət Ayətullah Xamenei Amerika rəsmilərinin: “Biz İrandakı seçkiləri qəbul etmirik”, – deyə bəyanatlar vermələrinə toxunaraq aşağıdakıları vurğuladı: “Düşmənin fikri İran xalqı üçün heç vaxt əhəmiyyətli olmayıb. Xalqımız nəyə ehtiyacı olduğunu həmişə özü müəyyənləşdirərək buna əsasən seçimini edib və edəcək”.

Üzünü bütün xalqa tutaraq seçkidə ilk saatlarda iştirak etməyi tövsiyə edən Ali Məqamlı Rəhbər prezident seçkiləri ilə bağlı aşağıdakıları da qeyd etdi: “Mənim seçimimdən heç kəsin – hətta yaxınlarımın da məlumatı yoxdur və hər kəs öz seçimi haqqında düşünməlidir”.

Ali Məqamlı Rəhbər şəhər və kənd islami şuralarına seçkilərlə əlaqədar olaraq da bir-neçə fikir bildirdi: “Bu seçkidə mən 31 nəfərə səs verdim. Onlardan bəzilərini yaxından tanıyıram, bəzilərini isə siyahılardan birinə etimad əsasında seçdim”.

Seçkinin nəticələrinin ölkənin və xalqın xeyrinə olacağına, xalqın maddi və mənəvi rifahına xidmət edəcəyinə ümidvar olduğunu bildirən Ali Məqamlı Rəhbər üzünü seçkinin keçirilməsinə məsul olan orqanlara tutaraq dedi: “Seçki məntəqələrinin rəsmiləri, səslərin hesablanmasında iştirak edən insanlar üçün seçicilərin səsi bir əmanət, insanların onların boynunda olan bir haqqıdır. Ona görə də bu məsələdə son dərəcə diqqətli olmaq lazımdır”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /