Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər ustad Müşfiq Kaşaniyə həsr olunmuş konfransa müraciət etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ustad Abbas Keyməneşə (Müşfiq Kaşani) həsr olunmuş konfransa ünvanladığı müraciətdə ölkənin bu görkəmli şairinin yaradıcılığındakı bəzi qabarıq xüsusiyyətlərə toxunaraq qeyd edir ki, böyük şairlərə layiqli dəyər verilməsi, onlara yüksək ehtiramın göstərilməsi fars şeiri və ədəbiyyatının inkişafına, gənc istedadların həvəsləndirilməsinə səbəb olur. Müraciətdə deyilir: “Cənab Müşfiqin yaradıcılığının mühüm xüsusiyyətlərindən biri   dini və inqilabi hədəflərə xidmət etməkdir”.

Ali Məqamlı Rəhbərin 01.06.2013-cü il tarixində ustad Müşfiq Kaşaniyə həsr olunmuş konfransın təşkilatçıları ilə görüşü zamanı etdiyi çıxışdan götürülmüş və bu gün (bazar ertəsi) günortada sonra İslam Mədəniyyəti və İrşadı naziri cənab Hüseyni tərəfindən oxunan bu müraciətdə Həzrət Ayətullah Xamenei cənab Müşfiq Kaşaninin yüksək əxlaqi keyfiyyətlərə malik bir insan olduğunu qeyd edərək deyir: “Onun istər dini, istərsə də inqilabi məzmunlu şeirlərinin hamısı faydalı və təsirli şeirlərdir”.







Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir




700 /