Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər görkəmli şair Əli Baqirzadəyə həsr olunmuş konfransa müraciət etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Bəqa təxəllüsü ilə yazan poeziya ustadı Əli Baqirzadəyə həsr olunmuş konfransa ünvanladığı müraciətdə qeyd edir ki, bu görkəmli şair və ədibə yüksək ehtiram ifadə etmək şeir və ədəbiyyatın haqqını vermək, poetik dilini, rəvan təbini yalnız düzlük və yaxşılıq yolunda işlətmiş uca bir insanı layiqincə dəyərləndirmək deməkdir.

Ali Məqamlı Rəhbərin müraciətinin tam mətni aşağıdakından ibarətdir:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Görkəmli şair və ədib Əli Baqirzadəyə (Bəqa) böyük ehtiram ifadə etmək şeir və ədəbiyyatın haqqını vermək, şeirin və şairin məqamını daim yüksək tutmuş, poetik dilini, rəvan təbini yalnız düzlük və yaxşılıq yolunda işlətmiş uca bir insanı layiqincə dəyərləndirmək deməkdir.

Bu köhnə və mehriban dostumuz müəyyən etapda Məşhədi dövrünün qabaqcıl poeziya mərkəzinə çevirmiş, poeziyasevərləri, şeir-sənət xiridarlarını öz ədəbi məqamını tərif etməyə, uca tutmağa vadar etmiş ustad şairlərin azsaylı yadigarlarından biridir. O dövrdə Məşhəddə yazılmış yüzlərlə gözəl qəzəl və qəsidə içərisində Bəqanın şeirləri al-əlvan, nəfis bir ipəyin parçaları kimi, özəl, insanın könlünü və gözünü oxşayan bir parlaqlığa malik idi. Ümidvaram ki, Bəqa yaradıcılığı bu gözəlliyi, bu parlaqlığı həmişə qoruyub saxlayacaq.

Konfransı təşkil etmiş dostlarımıza səmimi təşəkkürümü bildirirəm.

Seyid Əli Xamenei
6 şəhrivər 1392
28 avqust 2013-cü il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir




700 /