Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Höccətül-İslam vəl-muslimin Rəhimiyanı müqəddəs Cəmkəran məscidinin rəhbəri təyin etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Höccətül-İslam vəl-muslimin Hacı Şeyx Məhəmmədhəsən Rəhimiyanın müqəddəs Cəmkəran məscidinin rəhbəri təyin olunması haqqında sərəncam verdi.

Ali Məqamlı Rəhbərin sərəncamının tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Cənab Höccətül-İslam Hacı Şeyx Məhəmmədhəsən Rəhimiyan,

Cəmkəran məscidində göstərdiyi dəyərli xidmətlərə görə cənab Höccətül-İslam vəl-muslimin Vafiyə təşəkkür və qədirdanlığımı bildirərək Sizi o müqəddəs və nurlu məkanın rəhbəri təyin edirəm. Bu uca məkanın xidmətində durmaq, heç şübhəsiz, böyük şərəf və məqamdır. Belə bir şərəf və məqama nail olmağın şükrü isə böyük həvəs və şövqlə bu məscidi ziyarətə gələn insanların rahatlığının təmin olunması, möminlərin bu məkandan ruhi və zehni baxımdan bəhrələnməsinə yardımçı olacaq mənəvi-ilahi bir atmosferin yaradılması istiqamətində əlindən gələni əsirgəməməkdir. Uca Yaradandan bu dəyərli məsuliyyətin öhdəsindən gəlməkdə Sizə mənəvi dəstək olmasını diləyirəm.

Seyid Əli Xamenei
19 şəhrivər 1392-ci il
10 sentyabr 2013-cü il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir




700 /