Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Qurumun Mənafeyini Müəyyənləşdirən Şuraya yeni üzv təyin etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Dr. Səid Cəlilinin Qurumun Mənafeyini Müəyyənləşdirən Şuraya üzv təyin olunması barədə sərəncam imzaladı.

Sərəncamın tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Cənab Dr. Səid Cəlili,

Son bir neçə ildə Ali Milli Təhlükəsizlik Şurasının katibi postunda qazandığınız dəyərli təcrübəni nəzərə alaraq, eləcə də zəhmətlərinizə və xidmətlərinizə görə təşəkkürümü bildirərək Cənabınızı Qurumun Mənafeyini Müəyyənləşdirən Şuraya cari dövr üçün üzv təyin edirəm.

Uca Yaradandan Sizə dəstək olmasını arzu edirəm.

Seyid Əli Xamenei
21 şəhrivər 1392-ci il
12 sentyabr 2013-cü il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir




700 /