Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Şəhid və Veteranlar Günü münasibətilə şəhid ailələrinə və veteranlara müraciət etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkədə qeyd olunan Müqəddəs Müdafiə həftəsi, habelə Şəhid və Veteranlar Günü münasibətilə şəhid ailələrinə və müharibə veteranlarına bu gün (cümə axşamı) günortadan sonra ünvanladığı müraciətdə aşağıdakıları vurğulayır: “İran xalqı şəhidlərinin fədakarlığı, veteranlarının səbri və mətinliyi, habelə onların ailə üzvlərinin böyüklüyü və dözümlülüyü sayəsində izzət və qürurun zirvəsinə yetişməyə müvəffəq olmuşdur”.

Ali Məqamlı Rəhbərin müraciəti ölkənin dörd bir yanında şəhid məzarlarını ziyarət mərasimlərinin keçirildiyi gün Tehrandakı “Qolzar-e şohəda” şəhidlər xiyabanında vəli-fəqihin Şəhid və Veteranlar Fondundakı nümayəndəsi Höccətül-İslam vəl-muslimin Şəhidi Məhəllati tərəfindən oxundu.

Müraciətin tam mətni:


Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Şəhidlərin anılması, o böyük insanların xatirəsinin ehtiramla yad edilməsi onların özündən çox bu saf gövhərləri qoynunda yetişdirmiş xalqın başını ucaldır. Xatirələrini yad etməklə onların boynunda bizim heç bir minnətimiz qalmır. Məhz onların parlaq əməlləri bizim başımızı ucaltmış, üzümüzü ağ etmiş, boynumuza minnət qoymuşdur. İran xalqı şəhidlərinin fədakarlığı, veteranlarının səbri və mətinliyi, habelə onların ailə üzvlərinin böyüklüyü və dözümlülüyü sayəsində izzət və qürurun zirvəsinə yetişməyə, işıqlı gələcəyə aparan yola çıxmağa müvəffəq olmuşdur.

Şəhidlərə, müharibə veteranlarına, onların səbirli və fədakar ailə üzvlərinə Allahın, mələklərin və ilahi övliyaların salamı olsun!

Seyid Əli Xamenei
4 mehr 1392
26 sentyabr 2013-cü il



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /