Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Höccətül-İslam Şeyx Mustafa Rəhnümanın vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mücahid ruhani Höccətül-İslam Şeyx Mustafa Rəhnümanın vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi.

Müraciətin tam mətni:


Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Mücahid ruhani mərhum Höccətül-İslam Şeyx Mustafa Rəhnümanın (Allah ona rəhmət etsin) vəfatı ilə əlaqədar olaraq, bütün qohum-əqrəbasına, dostlarına və həmfikirlərinə başsağlığı verirəm. Bu imanlı ruhaninin gənclik illərindən başlayaraq yaşlandığı dövrə qədər – yarım əsrdən artıq bir müddət ərzində  Fələstin məsələsi ilə bağlı yorulmaq bilmədən apardığı ideoloji və publisistik mübarizə o təvazökar və mətin alimi tanıyan hər kəsin düşüncəsində nadir və təqdirəlayiq bir şəxsiyyət obrazı yaradırdı. Uca Yaradandan ona rəhmət və ilahi dərgahda ali dərəcələr diləyirəm.

Seyid Əli Xamenei
10 mehr 1392-ci il
2 oktyabr 2013-cü il



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir




700 /