Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər “Ürvə” kitabının müəllifi Əllamə Seyid Məhəmmədkazım Təbatəbayi Yəzdinin xatirəsinə həsr olunmuş konfransa müraciət ünvanladı

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei “Ürvə” kitabının müəllifi Əllamə Ayətullah Seyid Məhəmmədkazım Təbatəbayi Yəzdinin xatirəsinə həsr olunan konfransa ünvanladığı müraciətdə mərhum Seyid Məhəmmədkazım Təbatəbayi Yəzdi məfkurəsini tədqiq etməyin, onun şəxsiyyətinin müxtəlif aspektlərini insanlara tanıtmağın vacib olduğunu vurğulayır.

Ali Məqamlı Rəhbərlik Baş İdarəsinin sədri Höccətül-İslam vəl-muslmin Məhəmmədi Qolpayqani tərəfindən bu gün (cümə axşamı) səhər oxunan müraciətdə Ali Məqamlı Rəhbər Ayətullah Seyid Məhəmmədkazım Təbatəbayi Yəzdinin hərtərəfli şəxsiyyətə malik olmasına toxunur, bu böyük fəqihin üç aspektdən: elm, mənəviyyat və cihada hazırlıq baxımından misilsiz və görkəmli bir şəxsiyyət olduğunu qeyd edərək deyir: “Seyid Kazım Təbatəbayinin fiqh prinsipləri daha dərindən tədqiq edilməlidir”.






Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /