Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Ayətullah Hairi Şirazinin həyat yoldaşının vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ayətullah Hairi Şirazinin həyat yoldaşının vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi.

Müraciətdə deyilir:

Allahın adı ilə!

Cənab Höccətül-İslam vəl-muslimin Hairi Şirazi,

Mücahid alim mərhum Ayətullah Seyid Nurəddin Şirazinin qızı, möhtərəm seyid övladı, dəyərli və dözümlü həyat yoldaşınızın vəfatı ilə əlaqədar olaraq, Sizə, möhtərəm övladlarınıza və qohum-əqrəbanıza başsağlığı verir, Uca Yaradandan mərhuma rəhmət və bağışlanma, Sizə və bu müsibətin acısını yaşayan hər kəsə səbir və əcr diləyirəm.

Seyid Əli Xamenei
30 mehr 1392
22 oktyabr 2013



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /